» » » İkinci dərs - “Fələq” surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İkinci dərs - “Fələq” surəsi
    +5
    Müəllif: Yusifi Zehra | 9-09-2015, 13:00 | Baxılıb: 1 794
     

    İkinci Dərs "Fələq” surəsi 

     بسم الله الرحمن الرحيم
    قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ  مِن شَرِّ مَا خَلَقَ  وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ  وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ  وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ 
     
    "Fələq” surəsinin kəlmələri:


    قل - De
    رب - Padşah, Yaradan, Sahib, Malik, məxluqatı yaratdıqdan sonra özbaşına buraxmayıb tərbiyə və nəzarət edərək yol göstərən
    فلق - Sübh vaxtı, gecənin qaranlığının acılması, batilin qalın pərdələrinin acılıb həqqin onun arasından aşkar olması, yaratmaq, yaradılan.
    ن -  dan, dən (şəkilçi)
    شر - şər, ziyan, fəsad, pislik
    ما - bir şey, nə, o ki, o şey ki
    خلق - yaratdı, yaranıbdır
    غاسق - qaranlıq, zülmət qaranlıq, ayın tutulan vaxtı, hücüm edən, daxil olan
     اذا -  o zaman, o vaxt
    وقب - daxil oldu, gizləndi, tutuldu, əhatə etdi
     فاسات - sehr edən qadınlar, düyünlərə üfürənlər
    فى -  - da, də (şəkilçi)
    عقد - düyün
    حاسد - həsəd edən, pislik istəyən
    حسد - həsəd etdi
     
    Hərfi tərcümə
     
    "De pənah aparıram sübhün sahibinə, (gecəni gündüz edənə) bütün yaradılmışların şərrindən, bütün qaranlıqların şərrindən, o zülmət və qaranlıq ki, cəmiyyəti əhatə edir, pənah aparıram bütün sehr edənlərin sehrindən (düyünlərə piləyənlərin şərrindən) həsəd edənlərin şərrindən, o vaxt ki, həsəd edirlər”.
     
    "Fələq” surəsinin təfsiri.

     
    قل اعوذ برب الفلق ( Qul əuzu birəbbil-fələq)
     - Ey peyğəmbər de: Pənah aparıram "fələqin” Allahına. Yəni zülmətləri nura çevirənə, dənəni sındırıb içərisindən bitkilər göyərdən Allaha, batili sındırıb içərisindən haqqı aşkar edən Allaha. O, Allaha ki, xurafat və batil fikrlərin arasından aydın olan şüuru kainata bəxş edir, daşları yarıb arasından duru suları cari edən Allaha. Fələqin ümumi bir mənası da vardır - hər bir şeyi yaratmaq. Yəni pənah aparıram bütün yaranmışları yaradana
    من شر ما خلق  (min şərri ma xələq)
    bütün yaranmışların şərrindən. Bəli, pənah aparıram Allaha tamam məxluqatdan. Xususən bu şərr quvvə insandan ola və insanların arasında yaşaya onun təhlükəsi daha çox olar. Bu ayənin zahirindən belə hesab olunmasın ki, Allah-Təalanın yaratdığı hər nə varsa şərdir. Xeyr; Qurani-Kərim buyurur:
    (Əlif lam mim səcdə) "Allah elə bir varlıqdır ki, nə yaradıbsa gözəl yaradıb Allahın hər yaratdığı gözəldir. Lakin onlar ilahi qanunları pozaraq şər qüvvəyə çevrilirlər və o zaman ziyanverici olurlar.”
     ومن شر غاسق اذا وقب  (və min şərri ğəsiqin iza vəqəb )
    (Pənah aparıram Allaha hər bir ziyanverici mövcuddan, o zaman ki, varid olarlar) "غاسق” (ğasiq) gecənin zülmət qaranlığına deyirlər. Bu vaxt yırtıcıların və oğruların hücum eyləyən vaxdıdır. Ona görə gərək Allaha pənah aparasan. Bu ayədə söz üçün ümümi bir məfhum nəzərdə tutulubdur. Pənah apariram Allaha zülmət qaranlıqdan, o vaxt ki, cəmiyyəti əhatə edir. Hansı zülmət? Dinsizlik zülməti, kafirlik, cəhalət və nadanlıq qaranlığı; Bəli, hər hansı bir cəmiyyəti belə bir qaranlıq tutsa, orada xəyanət, cinayət, qan tökmə, adam öldürmə, xurafat və fəsaddan başqa bir şey olmaz. O cəmiyyət ən qorxulu cəmiyyət hesab olunar. Ona görə də gərək elə bir mühitdən Allaha pənah aparasan, ona sığınasan ki, amanda qala biləsən.
    وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ  (və min şərrin-nəffasati fil uqəd)
    "pənah aparıram Allaha, düyünlərə piləyənlərin şərrindən”. Cadugərlər və sehr edənlərin şərrindən. Onların vurduğu ziyan və fəsadlardan Allaha pənah aparıram. Bu ayədə olan cadugərlərin üç hissəyə bölmək olar.
    1. Elə həmin cadugərlər ki, sehr və cadu ilə insanları bədbəxt edirlər.
    2. Əxlaq və insanlığın ziddinə proqramlar, seriallar və filimlər göstərənlər. Onlar da bir növ cadugərdirlər. Insanları tilsimləyərək bütün ictimi və fərdi əxlaq normalarından çıxarıb özlərinə tabe edirlər. Həqiqətən bizim zamanımızda ən böyük cadu yuxarda dediklərimizdir. Diqqətlə fikirləşsək görərik
    ki, onlar bizim əxlaqımızda və həyatımızda neçə-neçə çirkinliklər formalaşdırıblar. İnsan getdikcə inkişaf etməlidir. Amma biz hansı təsirlər altında gələcəyə gedirik. O gələcəkdə bizi hansı bədbəxtçiliklər, hansı qaranlıqlar gözləyir. Biz isə elə bilirik qarşıda işıqlı gələcəyimiz vardır. Bəli, qarşıda işıqlı gələcək var, amma kimlər üçün? Dediyimiz cadugərlər üçün? Yoxsa onların tilsiminə düşənlər üçün? Ya tam başqa bir dəstə üçün ki, onlar nə cadugərlik etmir, nə də cadu və sehrin tilsiminə düşməyiblər. "Onların nə  qəmi var nə qorxusu" لا خوف عليهم ولا هم يحزنون
    3. İffətsiz qadınlar, Həqiqətən onlar xususən bu zamanda ən böyük cadugərdilər. Cəmiyyətin əsaslı olan təbəqəsi, gənc nəsli öz əxlaqsızlıqları ilə müsəxxər edərək onların üzərində hakimiyyət edirlər. Allah-Təala bizi və bütün gəncləri onların şərrindən qorusun.
    ومن شر حاسد اذا حسد  (və min şərri hasidin iza həsəd )
    "Həsəd edənlərin həsəd etdiyi vaxtın şərrindən” Ayə "həsədi” ən pis sifətlərdən hesab edir. Bu xasiyyət insanın daxilində baş qaldıranda heç bir cinayət insan üçün pis görünmür. Qüdrəti catan hər işə əl atır, döğma və yad onun üçün bərabər olur. Hətta öz canına da insanın heyfi gəlmir. Burada yadıma bir dastan düşdü; Qonşusunun paxıllıqını çəkən bir nəfər hər vasitə ilə istəyir onu ləkələsin, amma bacarmır. Axırda öz qulamına əmr edir ki, çıxaq onun evinin damına. Çıxdıqdan sonra qulamına öz başını kəsməyə əmr edir. Qulam yalvarır ki, ağa sən öz başını kəsdirməklə heç nəyə nail ola bilməzsən. Ağa deyir: nə üçün? Mənim meyyitimi bunun damında görənlər məmurlara xəbər verəcəklər. Məmurlar onu tutub edam edəndə ömrü boyu qazandığı hörmət və abrını itirəcək. Beləcə qulam ağasının başını kəsir. Məmurlar ev sahibini tutur. Ittiham edib edam ağacının altına gətirirlər. Amma asmaq zamanı gələndə qulam gələrək hər şeyi olduğu kimi etiraf edir. Beləliklə Allaha sığınan abırlı və inamlı bir mömin Onun pənahında qorunur.
    Bəli, həsəd xəstəliyi belədir. İnsanın öz-özünün qatili edir. Amma möminlər qorunaraq Allahın pənahında hifz olunurlar. Şair şerlərinin birində belə buyurub:

    İlahi be həqqi əmiri ərəb
    Həsəd əhlinə ver kəmali ədəb.
    Həsəd bir bəladır, bəlayi əzim.
    Bəla içrə qıl həsudi muqim. 
     
    Allah-Təala bu böyük bəladan bizi qoruyub saxlasın. Bizə tofiq versin ki, tamam ömrümüz boyu ona pənah apara bilək. Amin

    "Fələq” surəsinin xususiyyətləri.

    1- Bu surədə "Fələq” kəlməsi işləndiyinə görə belə adlanır. "Muəvvəzə” də deyilir. Çünki o kəlmədə işlədilib.
    2-Məşhurdur ki, bu surə Məkkədə nazil olub.
     
    "Fələq” surənin hədəfi.
     
    Bu surə yeddi dəstədən çəkinməyi təkid edir:
    1 - Fasid olan məxluqlardan.
    2 - Cəhalət və nadanlığın zülmətindən.
    3 - Cadugərlərdən.
    4 - İctimaiyyəti qarət etmək istəyənlər ki, fəsad yayırlar.
    5 - İffətsiz qadınlardan.
    6 - Küfrün qaranlığından.
    7 - Gözü dar paxıllardan.
     
    Sonda həsəd barəsində bir neçə hədisə diqqət edək:
    İmam Baqir(ə) buyurur: "Alov odunu yeyən kimi həsəd də imanı yeyir”.
    İmam Sadiq (ə): "Dinin bəlası həsəddir”.
    Həsəd həmişə peyğəmbərlərə mane olan yollardan biri olub. Yer üzündə ilk qətl hadisəsi, Qabilin Habili (Adəm (ə) övladları) öldürməsi həsəd nəticəsində olmuşdur.
     İlahi, bu ayədə buyurduğun məxluqatın şərrindən bizləri qoru.
     
     
    Sual və tapşırıqlar.
    1. Bu surənin adları nədir? Niyə bu adlarla adlanıb ?
    2 Sahir və cadugərlər neçə dəstədirlər ?
    3 "ما” (ma) kəlməsinin mənası nədir ?
    4 "فلق” (Fələq) kəlməsinin mənasını izah edin.
    5 Fələq (فلق) surəsinin hədəfini izah edin.
     

    Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: Dərslər / Təfsir
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 9 Eylül 2015 20:19 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun Allah imanvu kamil etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.