» » » Onuncu dərs - "Fil” surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Onuncu dərs - "Fil” surəsi
    +5
    Müəllif: Yusifi Zehra | 17-09-2015, 13:00 | Baxılıb: 3 331
     
     
    Onuncu dərs - "Fil” surəsi

     
     

    "Fil” surəsinin kəlmələri.

    أَ - Aya (sual sözü) – mi4 (sual şəkilçisi)
    َلَمْ - Yox (inkar hissəciyi)
    تَرَ - Görürsən – görəcəksən 
    كَيْفَ - Necə - nə cür
    فَعَلَ - etdi - əmələ gətirdi
    رَبُّكَ - Allah – sahib – malik – tərbiyə edən 
    بِ - sən – sənin
    أَصْحَابِ - köməkçilər – dostlar
    فِيلِ - fil
    يَجْعَلْ  - edir – düzəldir – qərar verir
    كَيْدَ - hiylə - məkr
    هُمْ - onlar – özləri
    فِي  – da2
    تَضْلِيلٍ - batil etmək – nabud etmək – azdırmaq
    أَرْسَلَ - göndərdi – ezam etdi
    عَلَيْ - üzərinə
    هِمْ - onlara
    طَيْرًا - quş – uçan 
    أَبَابِيلَ - qaranquşlar – dəstələr – dağınıq dəstələr
    تَرْمِي - atır – tullayır
    هِم - ona – onu – vasitəsi ilə 
    حِجَارَةٍ - daş
    مِّن - dan2
    سِجِّيلٍ - daş – palçıq daşlar
    فَ - sonra - nəticədə - səbəbi ilə 
    جَعَلَ - dolandırdı – düzəltdi – qərar verdi
    كَ - kimi, (onun mislində)
    عَصْفٍ - saman
    مَّأْكُولٍ - çeynənmiş yeyilmiş

    "Fil” surəsinin hərfi tərcüməsi. 

    "Görmədinmi Allah-Təala fil ilə gələnləri nə etdi? (onlar Əbrəhənin qoşunu idilər, Kəbəni xarab etməyə gəlmişdilər). Onların fikrini və özlərini zərarətə düçar etmədimi? Onların üzərinə dəstə-dəstə quşları göndərdi. Kiçik daşları onların üzərinə atdılar. Nəticədə onları çeynənmiş samana döndərdi”. 

    "Fil” surəsinin təfsiri. 

    Surənin təfsirinə başlamazdan əvvəl bu hadisə və surənin nazil olma səbəbi barədə aydınlıq gətirək. 
    Zunəvas Yəmənin padşahı idi. Özü də yəhudi dininə inanırdı. Həbəşistanın padşahı Nəcaşi də məsihi dinində idi. Əqidə ixtilafına və başqa səbəblərə görə Həbəşistan padşahı böyük bir qoşunla yəmənə hücum etdi və onlarla müharibə etdi. Onları məğlub edib istismar etdi. Yəməni Həbəşistanın bir əyalətinə çevirdi. Əbrəhə adında bir nəfəri ora başçı qoyub, öz ölkəsinə qayıtdı. Əbrəhə öz dinini təbliğ etməklə məşğul idi. Insanların Kəbəni ziyarət etmək üçün getmələrini görüb Yəmənin paytaxtı Səna şəhərində "Məbədül Quleys” adında bitr kilsə tikdirdi və camaatı oranı ziyarət etməyə dəvət etdi. Yenə də camaat Kəbə ziyarətindən əl çəkmədilər.
    Bunu görən Əbrəhə böyük bir ordu ilə, fillərə səvar olaraq Məkkəyə tərəf hərəkət etdi. Fikirləşirdi ki, gəlib "Kəbəni” viran etsin, camaatı oradan kilsəyə göndərsin. 
    Onlara müqavimətə gücü çatmayan camaat dağlara pənah apardılar. Amma Peyğəmbər (s)-in babası Əbdül Mütəllib bir dəstə ilə Kəbəyə gəlib dua edib, ağladılar və Allahdan Kəbəni qorunasını istədilər. Əbdül Mütəllib yoldaşları ilə dağlara çəkildi. Dəstə-dəstə quşlar görünməyə başladı. Ayaq və dimdiklərindəki daşları qoşunun üstünə atıb onları məhv etdi. Bəli Allah-Təala öz evini belə qorudu. O, il fil ili kimi yaddaşlarda qaldı. Həzrət Peyğəmbər (s) o ildə dünyaya gəldi. Allah-Təala bu hadisəni yad edərək Həzrət Peyğəmbər (s)-ə buyurur: 
    أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ   ləm təra kəyfə fə'alə rəbbukə biashâbilfîl)
    Aya sən görmədinmi sənin Allahın fillərlə Kəbəni dağıtmağa gələnləri nə etdi? Onların başlarına nə bəla gətirdi? Onları necə xar və zəlil etdi? 
    Bu ayədə Allah-Təala Peyğəmbər (s)-ə "Görmədinmi?” deyə xitab edir. Ona görə ki, bu hadisə elə aşkar olub dünyaya yayılmışdır ki, elə bil hamı və Peyğəmbər (s) onu gözləri ilə görübdür. 
    أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ  ( Ələm yəc'al kəydəhum fî tazlîl)
    "Allah-Təala öz evini müdafiə edərək onları dağıtdı. Onların təchizatlı qoşununu məhv etdi”. 
    وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ  (Və ərsələ ələyhim tayran əbâbîl tərmîhim bihicâratin min siccîl)
    "Quşlar dırnaqlarında və dimdiklərində olan zəhərli daşlar ilə onları vurdular”.
    فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ  (Fəcə'alehum kə'asfin mə'kul)
    "Quşların atdığı daşlar onların bədən üzvlərini çeynənmiş samana döndərdi”. 
    Bəli Allah-Təala öz evini müdafiə edərək düşmənlərini çox böyük əzabla məhv etdi.

    "Fil” surəsinin hədəfi.

    Bu surədən məlum olur ki, Allah-Təala həmişə öz evini və o evin xidmətçilərini qoruyub saxlayıb. Onlara böyük izzət və şərəf bəxş edibdir. Allah-Təala ona etimad edənləri heç vaxt darda qoymayıbdır. Ondan üz döndərənləri, ona qarşı çıxanları elə cəzalandırıb ki, bir daha dirçələ bilməyiblər. 
    Bəli Allah-Təala belə varlıqdır – kim onun dininə kömək etsə, O, da onlara kömək edib möhkəmləndirər, (إِن تنصرالله ينصركم و يثبت اقدامكم) kim Onun yolunda cəhad etsə, Allah da da onu düz yola hidayət edər. Kim onun yolundan azsa zülmət qaranlıqlarda həlak olar. Bu surə "Qureyşə” bildirir ki, sizə belə bir hikmət vermişik, onun qədrini bilin, təkəbbürdən uzaq olun.
    Başqa tərəfdən isə, bu hadisə Peyğəmbər (s)-in doğum ilində baş verdiyi üçün bir növ onun peyğəmbərliyi üçün müqəddimə idi. Qureyş Allahın bu nemətini görsün və onun dəvətinə qulaq assınlar.

    "Fil” surəsinin xüsusiyyətləri. 

    1. Bu surəni hər kəs vacib namazında oxusa qiyamətdə bütün yer və torpaqlar onun namaz qılan olduğuna şəhadət verər. 
    Nida olunar ki, "onlar düzgün şəhadət verirlər, bəndəmi hesabsız behiştə daxil edin”.
    Bu savab o adama qismət olar ki, bu surəni oxuya və təkəbbürdən uzaq olub həqiqi razılığı olan yolda hərəkət edə.
    2. Bu surənin əvvəlində "Fil” kəlməsi işləndiyinə görə belə adlanır.
    3. Bu surə Məkkədə nazil olub.

     
    Suallar və tapşırıqlar.
    1. Bu surənin adı nədir və niyə belə adlanıb?
    2. Bu surə harada nazil olub?
    3. Bu surənin nazil olmasını izah edin.
    4. Əbrəhə nə üçün Məkkəyə hücum etdi?
    5. Əbrəhənin qoşunu hansı hadisə ilə üzləşdi?
     
     
    Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: Dərslər / Təfsir
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 17 Eylül 2015 18:49 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.