Üçüncü dərs
"İxlas” surəsi
"İxlas” (Tovhid) surəsinin kəlmələri
"قل” - De.
"هو” - o, (kişi cinsi üçün şəxs əvəzliyi)
"االله” - həqiqi məbud
"احد - Yeganə, tək, misli olmayan, qeyri
mürəkkəb
"صمد” - hər şeydən ehtiyacsız, bir varlıq ki, hamı
ona möhtacdır, əzəli, əbədi.
"لم ” - yox, inkar forması, yoxluq bildirən
"يلد” - doğur
" لم يلد ” - doğmayıbdır
"لم يولد” - doğulmayıbdır
"ل” - ötəri, xatirinə.
"له” - – onun ücün, ona xatir.
"كفو- كفوا” - misli, oxşar, bərabər.
Hərfi tərcümə
"De Allah təkdir, Allah ehtiyacsızdır və hamı ona
möhtacdır, doğmayıb, doğulmayıb, onun oxşarı və
misli yoxdur”.
"Tovhid ” surəsinin təfsiri
قُلْ هُوَ اللَّهُ أَحَدٌ (qula huvəllahu əhəd)
De: ey mənim həbibim, (səndən
soruşan bütpərəstlərə və bütün başqa soruşanlara)
Allah təkdir onun vücudu vacibi zatidir, bütün eyb və
nöqsanlardan pakdır, mürəkkəb deyil, əczası yoxdur,
gözlə görünməyib, görünməyəcək, nə dünyada, nə
axirətdə, ağıllar onu dərk etməkdə acizdirlər. Mən
ibadət etdiyim elə bir Allahdır ki, ona çətinlikdə
asanlıqda, quruda, suda, hər bir məkan və zamanda
müraciət etsəniz sizə kömək edər”.
İmam Baqir (ə) buyurur: Bütpərəstlər öz bütlərinə
işarə edərək deyirlər: Ey Muhəmməd (s)! Bu bizim
Allahlarımızdır, səndə öz Allahını bizə göstər tanıyaq.
Onların cavabında bu ayə nazil olaraq "Allahı” belə
vəsf etdi. Yəni bizim Allahımız sizin bütləriniz kimi,
gözə görünən, maddə, mürəkkəb hissələrinə və
məkana möhtac olan, kiminsə əli ilə düzəldilən,
yonulan və formalaşan deyil. Bizim Allahımız bütün
eyiblərdən təmizdir (uzaqdır-red.)
"هُوَ" (huvə) kəlməsindəki ""و” (vav) qaiblik
zəmiridir. Allah-Təalanın qeybdə olmasına dəlalət
edir.
Əli (ə) buyurub: Bədr
müharibəsinin gecəsində
yuxuda Həzrət Xızrı gördüm. Ondan köməklik
istədim. O, mənə bu zikri öyrətdi:
"ياهو يامن لاهو الاهو” (Ya hu ya mən lahu illa hu).
Bunu Həzrət
Peyğəmbər(s)-ə danışdım, buyurdu: Ya Əli, sənə
ismi-Əzəm öyrədib.
Əmmar Yasir deyir: Süfeyn müharibəsi vaxdı Əlini bu zikri deyən vaxt gördüm. Soruşanda "ismi-əzəm”-dir deyə cavab verdi.
"الله” kəlməsi ona məxsus olan bir addır. Bütün Cəlal və Cəmal sifətlərini özündə toplamışdır. Allahdan başqa kimsəyə onu ad qoymaq olmaz. "احد” kəlməsinin barəsində çoxlu sözlər vardır. Bəziləri onu "vahid” kəlməsi ilə eyni olduğunu, bəziləri isə fərqli olduğunu deyirlər.
Amma Əli(ə) sözü ilə desək: Allah təkdir, oxşarı yoxdur, onun zati təqsim qəbul etmir (mürəkkəb deyil) nə xaricdə, nə ağılda, və nə də fikirdə.
"اللَّهُ الصَّمَدُ” (Allahus-saməd)
–Allah-Təala ehtiyacsızdır. Bütün ehtiyaclılar ona möhtacdır. Onun zamana və məkana ehtiyacı yoxdur. Onun məqamı bütün məqamlardan üstündür. Onun əmirləri bütün əmirlərdən artıqdır. Rəhməti sonsuzdur, elmi isə hər şeyi əhatə edir. Heç nə ondan güclü ola bilməz. Məxfi və aşkar olan heç bir varlıq onun nəzərindən yayına bilməz.
"لم يلد ” (ləm yəlid)
(doğmayıb) Allahın övladı yoxdur. O, bu cür işlərdən pakdır. Bu ayədə Allah-Təala üç tayfanın batil fikrini rədd edir:
Məsihilər deyir: "İsa Allahın oğludur”
Yəhudilər deyir: "Üzeyir Allahın oğludur”
Müşrik ərəblər isə mələklərin Allahın qızları olduğunu güman edirlər.
Həqiqətən bu ayə neçə illər bu üç millətin əqidəsinə hakim olan batil fikri rədd edərək Allahın övladının olmadığını bəyan edir.
"ولم يولد” (və ləm yuləd)
Allah-Təala heç kimin övladı deyil. Heç nədən vücuda gəlməyibdir. Bu ayə bu günə qədər davam edən və batil bir əqidə olan "güya Həzrət İsa (ə) Allahdır” əqidəsinə möhkəm bir cavabdır. İsa(ə) insandır. Doğulubdur, amma Allah-Təala cismiyyətdən uzaqdır. İsa(ə) insan surətindədir, Allah isə surət qəbul edən deyil.
İmam Hüseyn(ə) Bəsrə camaatının məktubunun cavabında yazır: "Ondan bir şey xaric olmayıb, nə maddi şeylər, övlad kimi. Nə də lətif şeylər, nəfəs kimi. Yuxu, xəyal, qəm, təbəssüm, ağlamaq, qorxmaq, aclıq və susuzluq Allah-Təaladan baş verməz. O, bu şeylərdən pakdır.”
Nəhayət surənin sonunda uca olan Tanrı öz müqəddəs olan varlığı barədə belə buyurur:
وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ (və ləm yəkunlləhu kufuvən əhəd)
"Heç bir varlıq onun oxşarı deyil” daha doğrusu o heç bir varlığa oxşamır. Heç nə elmdə, qüdrətdə məqam və mənzələtdə ona bənzəmir. Bu ayə Allahı cism bilənlərə (mücəssəmə), habelə Allahı sifət və zat cəhətindən məxluqa bənzətənlərə (müşəbbihə) gözəl bir cavab verir. Batil fikirlərinizdən əl çəkin! Allah siz fikirləşdiyiniz kimi deyil.
"Tovhid” surəsinin hədəfi
Bu surə Allahı tanımaq barədə nazil olub. Bu mühüm işdə azanları, həqiqətdən uzaq düşənləri, tənqid edərək, bütpərəstlərə, ulduz və aypərəstlərə, atəşpərəst və üçlüyə (ata, oğul, müqəddəs ruh) qail olanlara, bir sözlə, bu surədə tosif olunan (sifətləri sadalanan-red.) Allahdan başqasına əqidə bağlayanlara və Allaha məxluq sifəti nisbət verənlərə deyir: sizin əqidəniz batildir. Istəyirsizsə düzgün əqidəniz olsun, həqiqi məbuda itaət edəsiniz, o həqiqi məbudun zat və sifəti budur. Bundan başqa əqidə batildir.
"Tovhid” surəsinin xüsüsiyyətləri
1. Bu sürəni evə daxil olanda oxumaq ruzini çoxaldar, fəqirliyi uzaqlaşdırar. Həzrət Peyğəmbər(s) buyurur: "Mən "Səd ibni Məazın” cənazə namazını qılanda 70 min mələk onun namazına dayanmışdılar. Mən Cəbraildən soruşdum:
Sədin hansı əməlinə görə siz onun namazında iştirak etdiniz?
Dedi: bütün hallarda "Tohid” surəsini oxuduğuna görə”
2. Bu surənin 20-ə yaxın adı var. Ən məşhuru "Tohid”-dir . İkinci "İxlas”-dır. Ona görə ki, kim bu surəni oxuya başa düşə, əqidəsi Allah tanımaq barədə xalis olar.
3. Bu surə Məkkədə nazil olub. Ona görə "Məkki” deyilir.
4. Bu surə Allahın sifəti barədə sual edənlərin cavabında nazil olubdur.
Sual və tapşırıqlar
1. "Tovhid” surəsi hansı mövzudan bəhs edir?
2. Bu surənin neçə adı var? Və məşhurlarını
deyin.
3. Məsih və yəhudilərin səhvi nə idi?
4. "Mücəssəmə”-lər və "müşəbbihə”-lər kimlər
idi?
5. "Tovhid” surəsindən hansı hədəfləri öyrənirik?
6. "Tovhid” surəsi nə üçün nazil oldu?
7. "Əhəd” (اهد) kəlməsini izah edin.
Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
Müəllif: Hacı Əhliman Rüstəmov