» » » Peyğəmbərdən (s) olan digər şiə hədisləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Peyğəmbərdən (s) olan digər şiə hədisləri
+5
Müəllif: Fatimə Nuri Xuda | 6-09-2015, 18:00 | Baxılıb: 1 344
 
 
Üçüncü fəsil

Peyğəmbərdən (s) olan digər şiə hədisləri

◘Əgər bir alim  və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan kənddən, yaxud da şəhərdən keçərsə və hətta dayanmadan bir tərəfindən daxil olub digər tərəfindən xaric olarsa və yaxud da orada dayanaraq heç bir su və azuqədən istifadə etməzsə də Allah qırx gün onlardan qəbir əzabını götürər.
◘Bu ümmətin  alimləri iki təbəqədən ibarətdir: Biri Allahın onlara verdiyi elmi heç bir tamahları olmadan yeyir, öz biliklərini çörəyə və suya satmırlar. Dəryadakı balıqlar, qurudakı heyvanlar havadakı quşlar bu cür alimlərdən  ötrü istiğfar edirlər. Onlar Allah dərgahına böyük hörmət və şərafətlə gedər, peğəmbərlərlə bir yerdə oturub durarlar. Digəri isə elmlə möhtəkircəsinə davranar (yə`ni, onu cəm edib saxlayar, münasib fürsət ələ keçdikdə onu baha qiymətə satır). Onu (elmi) pula, dövlətə dəyişər. Qiyamət günü bu cür alimlərin ağızlarına atəşdən yüyən vurular. Bir nəfər fəryad edib car çəkər: "Bunlar Allahın onlara elm əta etdiyi kəslərdir. Onlar isə həmin elmi yaymaqda simiclik edir və onu dünya malına satırdılar!” Bu səda insanlardan hesab çəkilib qurtarana qədər davam edir. (Bu alimlərdən məqsəd qəzavət işlərinə rüşvətxor alimlərdir ki, qəzavət etməkdən ötrü müəyyən məbləğ pul tələb edirlər. Yaxud da məqsəd dinin zəruri məsələlərini pulsuz öyrətməyənlərdir. Lakin moizə edib rövzə oxumaqdan ötrü muzd almağın eybi yoxdur, xüsusilə də, həmin şəxsin ehtiyacı varsa.)
◘Elm iki növdür:  Biri odur ki, qəlbdə özünə yer alıb. Bu elm fayda verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin tamam olması deməkdir.
◘Mən öz ümmətimdən ötrü mö`minin və müşrikin şərindən qorxmuram. Ona görə ki, mö`minin imanı onun fəsadının qarşısını alır. Müşriki də öz şirki məhv edəcək. Təkcə qorxduğum şey münafiq alimlərdir ki, danışıqları gözəl, rəftarları isə pisdir.
◘Şər insanların ən şəri şər alim, xeyir insanların ən xeyirlisi gözəl alimdir.
◘Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs bu işə başlayan kimi onun üçün yazılan savab altmış illik ibadətdən üstündür.
◘Allahın məni  məhz onun üçün göndərdiyi elm və hidayət müxtəlif yerlərə yağan yağışa bənzəyir. Bu yerlərin də bə`ziləri münbitdir. Suyu özünə çəkir, gözəl yaşıllıqlar yetirir. Eyni zamanda sudan müəyyən miqdarını özünə çəkib müəyyən qablarda onu su anbarı şəklində qoruyub saxlayır. Beləliklə də Allah insanlara mənfəət yetirir;  həmin su anbarlarından içməli su kimi və əkin biçin işlərində istifadə edirlər. Bu yerlərin bə`ziləri isə yararsız torpaqlara bənzəyir. Nə bəhrəsi var, nə də suyu özündə qoruyub saxlayır. İnsanların da bə`zisi din elmlərini öyrənib ona əməl edir və eyni zamanda onu həm də yayırlar. Bə`ziləri də nə əməl edirlər, nə də tədris.
◘İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm də onun vasitəsi ilə düzgün qəzavət edir.
◘Hər kim ki,  insanları haqqa də`vət edir, haqqa gələnlərin əməlləri miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin də savabları öz yerində qalar. Hər kim də ki, insanları haqq yoldan azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah yazılar və eyni zamanda onların öz günahları da yerində qalar.
◘Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. Digər insanlarda isə xeyir yoxdur.
◘Elm öyrənib zöhdə riayət etməyən kəs Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. (Zöhd odur ki, əlinə gələn şey üçün sevinməyib əldən verdiyin şey üçün heyfislənib təəssüflənməyəsən.
◘Səhl ibn Sə`d deyir: "Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: "Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: "Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin.”
◘Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, qəbirlərdən behiştə doğru pərvaz etsinlər, orada istədikləri şəkildə dövrə vursunlar və müxtəlif ne`mətlərdən bəhrələnsinlər. Məlaikələr onlardan soruşar: "Siz kimin ümmətindənsiniz?” Cavab verərlər: "Məhəmməd (s) ümmətindən.” Soruşarlar: "Siz Allah, sizin  dünyadakı əməliniz nə idi?” Cavab verərlər: "İki xüsusiyyət səbəb oldu ki, Allah Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah qarşısında günah etməkdən çəkinərdik və aza da qane olardıq.” Məlaikələr deyər: "Bəli, siz bu məqama layiqsiniz.”
◘Sizin aranızda sizə nəsihət edəcək iki şey qoyuram; biri danışan, biri sakit. Danışan Qur`andır, sakit isə ölüm.
 
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.