» » » Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 6-04-2016, 16:00 | Baxılıb: 1 989
     
     
    Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

    ◘İmam Sadiqdən (ə) nəql olunur ki, həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyət edərkən belə buyurmuşdur: "Ey Əli! Sənə etdiyim vəsiyyətləri heç vaxt unutma və onlara riayət et. Əgər bunları yadda saxlayıb riayət etsən, daim xeyir içində olarsan.
    ◘Ey Əli! Hər kəs qəzəblənib qəzəbini əməli surətdə nümayiş etdirmək qüdrətinə malik olsa, lakin bunu etməyib qəzəbini boğsa, Allah-təala Qiyamət günün onu elə bir amanda saxlayar ki, bunun ləzzətini hiss edər.
    ◘Ey Əli! Hər kəs ölən zaman gözəl və ədalətli vəsiyyət etməzsə, onun mürüvvət və comərdliyi naqis hesab edilər. Qiyamət günü isə şəfaətə nail olmaz.
    ◘Ey Əli! Ən üstün cihad odur ki, insan səhər tezdən durarkən heç kəsə zülm və sitəm etmək fikrində olmasın.
    ◘Ey Əli! Kimin ki dilindən camaat qorxur, həmin adam Cəhənnəmlikdir.
    ◘Ey Əli! İnsanların ən pisi odur ki, camaat ona ağzının pisliyinə və acıdilliyinə görə hörmət edir.
    ◘Ey Əli! İnsanların ən pisi odur ki, axirəti dünyasına satır, ondan da pisi odur ki, öz axirətini başqasının dünyasına satır.
    ◘Ey Əli! Hər kəs üzrxahlıq edən bir kəsin üzrünü yalan və düz danışmasından asılı olmayaraq qəbul etməzsə, mənim şəfaətimə nail olmaz.
    ◘Ey Əli! Allah-təala insanların arasını islah etməkdən ötrü yalan danışığı sevir, lakin insanlar arasında fitnə-fəsad törənməsinə səbəb olan doğru danışığı və düz sözü əsla sevmir.
    ◘Ey Əli! Hər kəs şərabı, hətta Allahdan başqasına görə də tərk etsə, Allah onu Cənnət şərbətləri ilə doyuzdurar.
    –Allahdan başqasına görə?
    –Bəli! And olsun Allaha ki, əgər şərabı hətta, sağlamlığını qorumaqdan ötrü də tərk etsə, Allah onun bu işinə xüsusi dəyər verər.
    ◘Ey Əli! Şərabxor, eynilə bütpərəst kimidir.
    ◘Ey Əli! Allah şərab içən adamın namazını qırx gün müddətində qəbul etməz və əgər həmin qırx gün müddətində ölsə, kafir hökmündə olar.
    ◘Ey Əli! Hər bir məstedici haramdır. Bütün məstedicilərdən hətta bir qurtumluq da olsa istifadə etmək haramdır. 
    ◘Ey Əli! Bütün günahlar bir evdə cəm olunub, həmin bu evin də açarı şərabxorluqdur.
    ◘Ey Əli! Şərabxorun elə bir anı olur ki, Allahı tanımır.
    ◘Ey Əli! Dünya və axirətindən bəhrələnə bilməyən adamla oturub-durmaq sənə heç bir fayda verməz. Sənə hörmət etməyən kəsə sən də hörmət etmə.
    ◘Ey Əli! Allah-təala Behişti söyüş söyən, nə deyib nə eşidəcəyinin fərqinə varmayan hər kobud danışana haram etmişdir.
    ◘Ey Əli! Xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir.
    ◘Ey Əli! Zarafat etməkdən çəkin, çünki  o, insanın əzəmət və nuraniliyini aradan aparar.
    ◘Ey Əli! Bədxasiyyətli olmaqdan başqa bütün günahlardan ötrü tövbə var. Çünki bəd xasiyyətə malik olan insan bir günahdan qurtaran kimi, digərinə mübtəla olur.
    ◘Ey Əli! Bir kəsə ürək sıxıntısı və məlal üz versə, rahatlıq onun yanından köçər.
    ◘Ey Əli! Allah-təala Behişti iki cür–qızıl və gümüş kərpicdən divarlarını yaqutdan, tavanını zəbərcəddən, qumunu mirvaridən, torpağını müşk və zəfərandan yaratmışdır. Allah-təala Behişti yaradan zaman ona belə buyurdu: "Danış.” Behişt dedi: "Əbədi olan Allahdan başqa mə`bud yoxdur. Həqiqi xoşbəxt odur ki, mənə daxil olar.” Allah-təala buyurdu: "And olsun öz izzət və cəlalıma, heç bir şərabxoru (məqsəd şəraba qurşanıb onu tərk etməyəndir), sözgəzdirəni, qeyrətsizi, (ədalətsiz) darğanı, arvadsifəti (zənən adlı kişini), kəfən (yaxud qəbir) oğrusunu, bac alanı, qohumları ilə əlaqəni kəsəni, "cəbərk” məzhəbində olanları Behiştə daxil etmərəm.”
    ◘Ey Əli! Şərəf və şəxsiyyətin afəti yersiz fəxr etməkdir.
    ◘Ey Əli! Hər kəs Mütəal Allahdan qorxsa, hər şey ondan qorxar, hər kəs də Allahdan qorxmazsa, Allah onu hər şeydən qorxudar.
    ◘Ey Əli! Büluğ həddinə çatdıqdan sonra yetimlik yoxdur.
    ◘Ey Əli! Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get. Də`vəti qəbul etməkdən ötrü üç millik yol get. Mö`min qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get. Çətinliyə düşənin əlindən tutmaq üçün beş millik yol get. Zülm görmüş insana kömək etməkdən ötrü altı millik yol get. Sənə çoxlu istiğfar etməyi tapşırıram.
    ◘Ey Əli! Hər kəs fəhlənin muzdunu verməsə, qətl hadisəsi yerinə yetirsə, yaxud onda iştirak etsə, yaxud bu işdə iştirak edəni qorusa, onun tərəfini saxlasa, onu gizlətsə, ona Allahın lə`nəti gələr.
    ◘Ey Əli! Mö`min o kəsdir ki, müsəlmanlar öz mallarını və canlarını onun tərəfindən amanda hiss etsinlər, mö`min o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən salamat qalsınlar. Əsl mühacir odur ki, günahlardan hicrət edib uzaqlaşsın.
    ◘Ey Əli! İman əldə etməkdən ötrü ən güclü vasitə Allaha xatir dostluq və Ona xatir düşmənçilikdir.
    ◘Ey Əli! Mütəal Allah İslamın vasitəsi ilə cahiliyyətin lovğalıq və təkəbbürünü, onların öz ata-babaları ilə fəxr etməyini aradan apardı. Bil ki, insanların hamısı həzrət Adəmdən (ə) vücuda gəlmişdir. Həzrət Adəm (ə) isə torpaqdan. Allah yanında insanların ən üstünü ən təqvalı olanıdır.
    ◘Ey Əli! Ölü heyvandan, itdən, şərabdan qazanılan pul, zinakar qadının mehriyyəsi, qəzavət işlərində verilən (yaxud, alınan) rüşvət, falçı və gələcəkdən xəbər verənlərə verilən pul – bunların hamısı haram pullardır.
    ◘Ey Əli! Elə ki, bir bəndə ölür, camaat deyir: "Görəsən, özündən sonra nə qoyub getdi?" Lakin, mələklərsə deyir: "Görəsən, özündən əvvəl nə göndərib?”
    ◘Ey Əli! Dünya mö`minin zindanı, kafirinsə behiştidir.
    ◘Ey Əli! Qəfil ölüm mö`min üçün rahatlıq, kafir üçünsə həsrət və təəssüfdür.
    ◘Ey Əli! Mütəal Allah dünyaya belə vəhy etdi: "Mənə xidmət edənə xidmət et, sənə xidmət edəni isə məşəqqətə sal!”
    ◘Ey Əli! Allah yanında dünyanın ağcaqanadın qanadı qədər də olsa, dəyəri  olsaydı ondan kafirlərə bir qurtum su da verməzdi.
    ◘Ey Əli! Keçmişdə yaşamış və gələcəkdə yaşayacaq elə bir insan olmayacaq ki, Qiyamət günü belə desin: "Kaş dünya malından mənə yalnız zəruri ehtiyaclarımı ödəyəcək qədər verilərdi.”
    ◘Ey Əli! İnsanların ən pisi odur ki, ilahi qəza-qədərə e`tiraz etsin və bu barədə Allahı müttəhim etsin.
    ◘Ey Əli! Mö`min xəstə olarkən etdiyi nalələrə "Sübhanallah”, fəryadlarına isə "La ilahə illəllah” savabı yazılar. Xəstəlik yatağında uzanmağı ibadət, o tərəf-bu tərəfə dönməyi cihad hesab olunar. Sağalıb camaat arasında gəzərkən isə bütün günahlardan təmizlənmiş halda olar.
    ◘Ey Əli! Əgər mənə (heç bir dəyəri olmayan) qoyun ayağını (bişirməkdən ötrü) hədiyyə etsələr qəbul edərəm və əgər, məni qoyun ayağından hazırlanmış xörəyə də`vət etsələr, həmin də`vəti qəbul edərəm.
    ◘Ey Əli! İslam çılpaqdır, onun libası isə həya və utanmaqdır. Zinəti vəfa, comərdliyi saleh əməl, sütunu təqvadır. Hər bir şeyin əsası və təməli vardır. İslamın da əsası və təməli biz əhli-beytlə birgə olmaqdır.
    ◘Ey Əli! Bədxasiyyətlik eyib və namübarəklikdir. Qadına itaət etmək peşmançılığa səbəb olar.
    ◘Ey Əli! Hər kəs mənə yalan bir şey nisbət versə, bilsin ki, yeri cəhənnəmdir.
    ◘Ey Əli! Misvak etmək sünnədir. Misvak ağızı təmizləyir, gözün nurunu artırır, Rəhman Allahı sevindirir, dişləri ağardır, dişin sarılığını və çürüklərini aradan aparır, dişin ətini möhkəmləndirir, iştahanı artırır, bəlğəmi aradan aparır, hafizəni gücləndirir, yaxşı işlərin savabını ikiqat edir və mələklərin məhəbbətinə səbəb olur.
    ◘Ey Əli! Allah-təala bütün peyğəmbərlərin nəslini onların öz sülbündən yaratmışdır. Mənim nəslimi isə sənin sülbündən olmasını istəmişdir. Ey Əli, əgər sən olmasaydın mənim nəslim davam etməzdi.
    ◘Ey Əli! İman cəhətdən insanların ən təəccüblüsü və yəqin cəhətdən onların ən əzəmətlisi axirəzzamanda yaşayıb heç bir peyğəmbər görmədən imamları, onlar qeybdə olduğu halda ağ (kağızlar) üzərindən qara (yazılar) oxumaqla iman gətirərlər.
    ◘Ey Əli! Allah qəlbi qafil olan kəsin duasını qəbul etməz.
    ◘Ey Əli! Alimin yuxusu abidin ibadətindən üstündür.
    ◘Ey Əli! Alimin iki rəkət namazı abidin min rəkət namazından üstündür.
    ◘Ey Əli! Ribanın (faizə pul verib-almağın) ən kiçik günahı budur ki, elə bil həmin adam Kə`bədə öz anası ilə zina edib.
    ◘Ey Əli! Bir dirhəm riba Allah yanında öz məhrəmi (yə`ni, anası, bacısı) ilə Kə`bə evində yetmiş dəfə zina etməkdən qat-qat pisdir.
    ◘Ey Əli! Hər kəs bir karat da olsa (bir qirat dinar və dirhəmin iyirmi dörddə bir hissəsinə bərabərdir) zəkat verməkdən boyun qaçırarsa onun nə imanı var, nə müsəlmandır. Belə bir kəsin hörməti də yoxdur. (Yə`ni, hörmətə layiq deyil.)
    ◘Ey Əli! Qüdrət və imkanı olduğu halda vacib həcci tərk edən insan kafirdir.
    ◘Ey Əli! Hər kəs Həcci tə`xirə salsa və bu halda dünyadan getsə Allah-təala Qiyamət günü onu yəhudi, yaxud məsihi olaraq məhşur edər.
    ◘Ey Əli! Sədəqə mütləq yetişəcək və baş verəcək qəza və qədəri dəyişdirər.
    ◘Ey Əli! Sileyi-rəhm ömrü uzadar.
    ◘Ey Əli! Yeməyi duzla başlayıb duzla da bitirmək insanın yetmiş iki xəstəlikdən şəfa tapmasına səbəb olar.
    ◘Ey Əli! Məhmud məqamında olacağım zaman atam, anam, əmim və cahiliyyət dövründəki qardaşıma şəfaət edəcəyəm.
    ◘Ey Əli! Əql odur ki, onunla  Behişt əldə olunsun və onun vasitəsi ilə Rəhman Allahın razılığına can atılsın.
    ◘Ey Əli! Allahın ilk yaratdığı şey əqldir. Allah onu yaratdığı zaman belə buyurdu: "Dön və geri qayıt!” O, qayıtdı. O zaman Allah-təala buyurdu: "And olsun izzət və cəlalıma ki, Mənim üçün səndən də sevimli olacaq bir məxluq yaratmamışam. Yalnız sənə görə qət edib və yalnız da sənə görə əta edərəm. Sənin vasitənlə mükafatlandıraram və sənin vasitənlə cəzalandıraram.”
    ◘Ey Əli! Qohumların ehtiyaclı olduğu halda sədəqəni başqalarına vermək caiz deyil.
    ◘Ey Əli! Əməl olmasa danışıqda heç bir xeyir və fayda olmaz. Əgər  batində olmasa zahirdə də fayda olmaz. Səxavət və bəxşişi olmazsa var-dövlətin də faydası olmaz. Vəfa olmasa doğruçulluq da olmaz. Zahidlik olmasa fəqihliyin də faydası olmaz. Məqsəd və niyyət düzgün olmasa sədəqənin də faydası olmaz. Salamatlıq və sağlamlıq olmazsa yaşamaqda da xeyir olmaz. Əgər əmniyyət və xoşluq olmazsa vətənə də xeyir olmaz.
    ◘Ey Əli! Sizin  əxlaqca mənə ən yaxın olanınız ən xoş xasiyyət, ən təmkinli, qohum-əqrəbasına ən çox yaxşılıq edəninizdir.
    ◘Ey Əli! Övladın öz atasının boynunda olan haqqı budur ki ata ona yaxşı ad qoysun, onu gözəl tərbiyələndirsin, onu yaxşı bir şeyə (sənətə, peşəyə) yiyələndirsin. Atanın övlad boynunda olan haqqı budur ki, övlad öz atasını onun adı ilə çağırmasın, yol gedərkən ondan qabağa düşməsin, ondan qabaqda oturmasın və hamama onunla birgə getməsin.
    Ey Əli! Allah lə`nət etsin o valideynlərə ki, övladlarını özlərinə qarşı ehtiramsızlığa vadar edirlər.
    ◘Ey Əli! Valideynin övladına qarşı ehtiramsızlığı övladın valideynə qarşı ehtiramsızlığına gətirib çıxarar və bu iki işin günahı da eynidir.
    ◘Ey Əli! Allahın rəhməti olsun o valideynə ki, övladlarının onlara qarşı ehtiram və yaxşılıq etmələrinə bais olurlar.
    ◘Ey Əli! Ata və anasını qəmgin edən şəxs onlara ağ olub və onların haqlarını pozub.
    ◘Ey Əli! Hər kəsin yanında mö`min qardaşının qeybəti olunarsa və həmin şəxs də qüdrəti çatdığı halda bunun qarşısını almazsa, Allah-təala onu dünyada da, axirətdə də xar edər.
    ◘Ey Əli! Bir şəxs öz pulu ilə bir yetimi büluğ həddinə çatana qədər saxlasa, mütləq Cənnətə gedər.
    ◘Ey Əli! Hər kəs mehr və məhəbbətlə əlini bir yetimin başına çəkərsə, Allah-təala Qiyamət günü ona sığal çəkərkən əlinə dəyən tüklərin sayı qədər nur əta edər.
    ◘Ey Əli! Nadanlıqdan da çətin fəqirlik yoxdur. Əqldən faydalı mal-dövlət yoxdur. Xudpəsəndlikdən (özünübəyənməkdən) də dəhşətli və qorxulu tənhalıq yoxdur. Tədbirli və çarə düşünməyi bacarmaqdan da üstün əql yoxdur. Allahın haram buyurduğu şeylərdən çəkinməkdən də gözəl zahidlik yoxdur. Gözəl əxlaq kimi üstün şərafət yoxdur. Təfəkkürdən də üstün ibadət yoxdur.
    ◘Ey Əli! Danışığın afəti yalandır. Elmin afəti unutqanlıqdır. İbadətin afəti onu tərk etməkdir. Gözəlliyin afəti təkəbbür və lovğalıqdır, əməlin də afəti paxıllıqdır.
    ◘Ey Əli! Hər kəs mənə salavat göndərməyi unutsa Behiştin yolunu itirib.
    ◘Ey Əli! Əlimi dirsəyə qədər əjdahanın boğazına salmağa razı olaram, lakin heç bir malı-pulu olmayan və birdən əlinə mal-pul keçən adamdan bir şey istəməkdən ötrü əlimi uzatmağa əsla razı olmaram.
    ◘Ey Əli! Allah qarşısında ən dikbaş və ən itaətsiz adam odur ki, onunla heç bir qan davası olmayan adamı nahaq yerə öldürsün və onu vurmayan bir kəsi nahaq yerə vursun.
    ◘Ey Əli! Sağ əlinə qaşı qırmızı əqiqdən olan üzük tax ki, bu Allah-təalanın Özünün müqərrəblərindən ötrü qərar verdiyi bir fəzilətdir.
    ◘Ey Əli! Həqiqətən, Mütəal Allah dünyanın bütün insanlarına nəzər saldı və kişilərin içindən məni seçdi. İkinci dəfə nəzər saldı səni seçdi. Üçüncü dəfə nəzər salıb sənin nəslindən olan imamları seçdi. Sonra dördüncü dəfə nəzər salıb qadınlar içindən Fatiməni seçdi.
    ◘Ey Əli! Həqiqətən mən sənin adını üç yerdə öz adımla birgə gördüm:
    1. Me`rac zamanı Beytül-müqəddəsə çatan zaman orada böyük bir qaya parçasının üzərində belə yazıldığını gördüm: "Allahdan başqa mə`bud yoxdur. Məhəmməd (s) Onun rəsuludur. Mən (yə`ni, Allah) onu vəziri vasitəsi ilə qüvvətləndirib vəziri vasitəsi ilə də ona kömək etdim.” O zaman mən Cəbrailə (ə) dedim: "Mənim vəzirim kimdir?” Dedi: "Əli ibn Əbutalib (ə).
    2. "Sidrətül-müntəha”ya çatan zaman gördüm ki orada belə yazılıb: "Mənəm Allah. Məndən başqa mə`bud yoxdur. Məhəmməd (s) mənim seçilmiş bəndəmdir. Mən ona vəziri vasitəsi ilə də köməklik göstərdim.” Cəbraildən (ə) soruşdum: "Mənim vəzirim kimdir? " Buyurdu: "Əli ibn Əbutalib (ə).” Elə ki, "Sidrətül-müntəha”dan keçib Cəlal sahibi olan Allahın ərşinə çatdım, orada da belə yazıldığını gördüm: "Mənəm Allah. Məndən başqa heç bir mə`bud yoxdur. Məhəmməd (s) mənim həbibimdir (sevimli dostumdur). Mən onu vəziri vasitəsi ilə qüvvətləndirib, ona vəziri vasitəsi ilə də kömək etdim.”

     
    Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
    Müəllif: Ayətullah Meşkini
      
     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 7 Nisan 2016 09:50 | İstifadəçi | Şərh yazdı
    gozel paylasmalar etdiyin ucun coxsagol bacim


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 7 Nisan 2016 00:37 | Redaktor | Şərh yazdı
    Allahın salamı olsun Mehemmed Peyğembere ve Pak Ehli Beytine Amin. Çox deyerli ve hikmetli vesiyyetlerdi emel edenlerden olaq İnşAllah.Allah senden razı olsun bacım ellerin var olsun çox sağ ol Allah kömeyin olsun Amin.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.