» » İslam nikbinlik prinsipini genişləndirir


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İslam nikbinlik prinsipini genişləndirir
    +5
    Müəllif: VuSka | 5-09-2015, 16:30 | Baxılıb: 1 436
     
     
    İslam nikbinlik prinsipini genişləndirir

    İslam, qəlblərə iman toxumu səpməklə öz tərəfdarları arasında nikbinlik lik və qarşılıqlı etimadı gücləndirmiş və ictimaiyyəti asayiş, sülh və əmin-amanlıq əsasında meydana gəlmiş bir mühitə sövq etmişdir. Peyğəmbər (s) o qədər bu yüksək əxlaqi xüsusiyyətə malik idi ki, münafiqlər onu sadəlik və sadəlövhlükdə ittiham edərdilər və bu gözəl xüsusiyyəti mənfi və xoşagəlməz surətdə əks etdirmək istəyirdilər. 
    Müsəlmanlar bir-birlərinə qarşı yaxşı fikirdə olmalı və bir-birlərinin gördükləri işləri müsbət qiymətləndirməyə çalışmalıdırlar. Əlində əsaslı dəlil olmadan kimsə digərini hər hansı bir işdə ittiham edib ona qarşı qərəzli bdir mövqe tutmamalıdır. 
    Əli (ə) buyurur: «Mömin qardaşlarınızın gördükləri işləri ən gözəl bir tərzdə qiymətləndirməyə çalışın və əgər dedikləri sözlərdə azacıq da olsa həqiqət olarsa, onların barəsində pis fikrə düşməyin. 
    Nikbinliyin verdiyi müsbət nəticələrdən biri də camaatın mehr-məhəbbətini qazanmaq və onlarla səmimi münasibətdə olmaqdır. 
    Əli (ə) bu gözəl əxlaqi xüsusiyyətlərin verdiyi müsbət nəticələr barədə buyurur:
    «Kim camaat barəsində müsbət fikirdə olarsa, onların mehr-məhəbbətini qazanar. »
    Doktor Marden deyir: «Özünüzü məcbur edin ki, ünsiyyətdə olduğunuz şəxslərin yalnız yüksək əxlaqi xüsusiyyətlərini görəsiniz. 
    Belə ki, onun müsbət xüsusiyyətlərini zehninizdə daha da böyüdün. Əgər gördüklərinizi zehninizdə yerləşdirə bilsəniz, həyatınız daha şirin və mənalı olar. Belə etsəniz hamı sizinlə dostluq əlaqələri yaratmaq istər "
    Etimad və nikbinlik hətta bədbin insanların tərzi-təfəkkürünə (yəni onların islah olunmasına) müsbət təsir göstərə bilər. 
    Hədislərdən birində deyilir: "Etimad və başqaları barədə müsbət fikirdə olmaq insanın günahdan çəkinməsinə kömək edir. "
    Deyl Karnegi öz xatirələrində yazır: "Bu yaxınlarda "restoranlar birliyi”nin müdiri ilə görüşdüm. İyirmi altı restorandan ibarət olan bu birlik özünəməxsus tərzdə idarə olunur ki, "şərəflə idarə etmə üsulu" adı ilə şöhrət tapmışdır. Bu birliyə tabe olan restoranlarda heç vaxt müştərilərə yedikləri yeməyin nə qədər pul tutduğu deyilmir. Burada istənilən yeməklər sifariş olunur və müştərilərin özləri sifariş etdikləri yeməklərin pulunu hesablayır və gedərkən pulu kassaya verir. Kimsə nə yoxlanılır, nə hesabat verir, nə də kassadan qəbz verilir. Bütün bunları gördükdən sonra heyrətlənərək müdirə dedim: "Yəqin ki, gizlin nəzarətiniz vardır, çünki bütün müştərilərə arxayın olmaq olmaz". Müdir dedi: "Xeyr, kimsəyə nəzarət etmirik, bilirik ki, ümumilikdə gördüyümüz işlər öz qaydasındadır və tamamilə düzdür. Yoxsa yarım əsrdən çox bir müddət ərzində fəaliyyət göstərib əldə etdiyimiz inkişafa nail ola bilməzdik. Bu restoranlara gələn hər bir şəxs özünə qarşı ehtiram və etimad olunduğunu hiss edir. Bunun üçün də istər varlı olsun, istərsə də kasıb, istər oğru olsun, istərsə də dilənçi - ona olunan etimada layiq olduğunu sübuta yetirmək istəyir". 
    Bu sahədə böyük təcrübəsi olan mütəxəssis mister Lavis deyərdi: "Hoqqabaz və fırıldaqçı bir şəxsi islah etmək istəsəniz onunla hörmətli şəxs kimi davranın və özünüzü elə göstərin ki, sanki ona etimad edirsiniz. 
    Belə etdikdə onlar sizə valeh olub, həqiqətən etimadınızı qazanmağa çalışacaqlar. "
    Julbert Ruben isə deyir: "Uşaqlara etimad edin və onlarla elə rəftar edin ki, sanki, heç bir səhv iş görməmişlər. Bir sözlə səhvlərinə göz yumub yada salmayın. Nəzm-intizama riayət etməyən və ümumi asayişi pozan şəxsləri mühüm vəzifələrə təyin edin. Eyni zamanda hərəkətlərinin yaxşılaşmasına diqqət yetirin. Baxın görün tapşırılan işə layiq olmuşdur, ya yox. Etimad və xoş rəftarla bütün maneələri dəf etmək olar. 
    Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bir çox xoşagəlməz işlər mənfi davranışların əksül-əməli olaraq meydana gəlmişdir. Ser Yerbert müxtəlif xüsusiyyətlərə malik olan şəxslərlə ünsiyyətdə olmaq üçün yollar təklif etmişdir. O, belə bir fikirdədir ki, oğurluq edən uşağa pul tapşırılmalı, bekar və tüfeyli həyat sürənləri isə fəaliyyətə sövq etmək üçün sevdikləri işə qoymaq lazımdır. " 
    Peyğəmbərdən (s)dan nəql olmuş hədislərdə deyilir: "Başqaları barədə gözəl fikirdə olmaq qəlblərin rahatlığına və dinin qorunmasına səbəb olur". Bu gözəl xüsusiyyətə yiyələnmək insanın bir çox çətinliklərini də həll edir. "Başqaları barədə yaxşı fikirdə olmaq insanın ağır qəm-qüssə yükünü yüngülləşdirir". 
    Həyatı nikbinliktək başqa heç bir şey gözəl etmir. 
    O, bütün ağrı və acıları aradan götürüb uğur və müvəffəqiyyət qapılarını onun üzünə açır. Qorxulu xəstəliklərdən uzaq olduğunuz kimi qəm-qüssəyə səbəb olan fikirlərdən də uzaq olun və fikir qapılarını gözəlliklər üzərinə açıq qoyun. Əgər belə edərsinizsə, qara və zülmətli düşüncələrdən yaxa qurtara bildiyinizə özünüz də təəccüb edəcəksiniz". 
    "Doktor Marden"
    Müsəlmanlar bir-birləri ilə elə rəftar etməlidirlər ki, bədbinliyə bir dəfəlik son qoyulmuş olsun. Elə buna görə də, əmirəlmö’minin Əli (ə) tövsiyə edir ki, başqalarının hüsn-zənləri əsasında rəftar edin və əgər digərlərinin sizə qarşı hüsn-zənləri vardırsa, öz rəftarınızla onların hüsn-zənlərini aradan aparmayın və bu hissi bədbinçiliyə çevirməyin. Həmçinin Əli (ə) şəxslərin xəyal və gümanların onların ağıllarının me’yarı olmasından xəbər verir: "İnsanın zənn və gümanı onun ağlını me’yarı, əməli isə onun əsl-nəcabətinin yaxşı və ya pis olmasına ən doğru şahiddir. ”
    Xəyallara qapılmamaq və zənn-güman ardınca getməmək insanın güclü ruhiyyə sahibi olmasından xəbər verir. Bu barədə Əli (ə) belə buyurur: "Başqaları barədə yiyələndiyi pis fikirlərə son qoyan şəxslər sağlam qəlb və zehnə malik olarlar. "
    "Sübuta yetirilmişdir ki, güclü ruhiyyə və iradəyə yiyələnən şəxslər daim şad və ümidvar olarlar. Onlar hər şeyə və hamıya etimad gözü ilə baxarlar. Şüurlu və dərrakəli şəxslər qara buludlar arxasında nurlu günəş, bütün çətinlik və bədbəxtçiliklərin arxasında isə səadət və xoşbəxt həyat görürlər. Bütün dərd və müsibətlərdən yeni qüvvə alır və qəm-qüssəyə sinə gələrək özlərində daha çox cəsarət hiss etməyə başlayırlar. Belə bir təbiətə malik olanlar həqiqətən də xoşbəxtdirlər. Onlara qibtə etmək lazımdır. Çünki, daim onların gözlərində sevinc və şadlıq, dodaqlarında isə təbəssüm əlamətləri görmək olar. Onların qəlbləri günəş tək nur saçar və nəzər saldıqları hər bir şeyi öz nuruna boyayarlar". 
    "Samuel Smaylz"
    İmam Sadiq(ə), bu gözəl xüsusiyyətə yiyələnməyi müsəlmanların bir-birlərinin üzərində olan hüquqlarından hesab edərək buyurur: "Hər bir müsəlmanın, müsəlman qardaşının boynunda olan vəzifələrindən biri də budur ki, dediklərini təsdiq etsin və onu təkzib etməyə çalışmasın".
    Bu xüsusiyyətə yiyələnməyə səbəb olan ən başlıca amil insanda iman nurunun yaranmasıdır. Əgər camaatın imanı kamil olarsa, təbii ki, bir-birlərinə etimad edəcəklər. İnsanı bu gözəl əxlaqi xüsusiyyətdən məhrum edən şey onun imanının zəif və ya heç olmamasıdır. İmansızlıq, insanı bu gözəl xüsusiyyətdən məhrum edərək onu bədbinlik, bədgümanlıq kimi qeyri-insani xüsusiyyətlə əvəz edir. Həqiqi və nikbin müsəlmanın qəlbi daim iman və etimad hissi ilə dolu olar. O, özündə zəiflik hiss etdiyi zaman, özündən üstün və qüdrətli bir varlığa arxalanar. Qarşılaşdığı çətinliklərdə ən böyük qüdrət sahibi olan Allahdan kömək diləyər və bu da onun ruh və əxlaqının saflaşmasına səbəb olar. 


    Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
    Müəllif: Seyyid Müctəba Musəvi Lari
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 5 Eylül 2015 16:47 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun maragli movzudur.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.