![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||
Doğrudan da, müəyyən həddə qədər iman, saleh əməl və əxlaqa malik olan şəxs, ömrünün axırınadək kamala doğru hərəkət etmək məqsədində olan mö`min insan Allaha nikbin olmalı, Onun rəhmətinə bel bağlamalıdır. Bəndə Qiyamət əzabından qorxduğu vaxt ümidvar olmalıdır ki, Qiyamət səhnəsində onunla mərhəmətli davranılacaq, onun günahları bağışlanacaqdır.
Həzrət Əli (ə) buyurur: "Nikbinlik odur ki, Allah qarşısında öz sə`ylərini xalis edəsən və büdrəmələrinin bağışlanacağına ümidvar olasan.”
Həzrət Əli (ə) buyurur ki, dünya bəlası axirət bəlasından bir neçə cəhətdən fərqlənir:
Əvvəla tufan, zəlzələ və digər dünya bəlaları yüngül və ötəri, axirət bəlaları isə ağır və həmişəlikdir.
İkincisi, dünya bəlaları imtahan məqsədi də daşıya bilər. Axirət çətinlikləri isə itaətsizlik və günahlara görə cəzadan başqa bir şey deyil. "Ənfal” surəsinin 46-cı ayəsində oxuyuruq: "Səbir yolunu seçin, şübhəsiz, Allah səbir edənlərlədir.” Bəli, Qur`ani-Kərim dünya bəlalarına səbir edənləri böyük mükafatla müjdələyir.
Həzrət Peyğəmbər (s) buyurur: "Səbir üçdür: müsibət zamanı səbir, itaətdə səbir və günah məqamında səbir.” Lakin axirət bəlası imtahan xarakteri daşımır; o, əməlin cəzası olduğundan, burada səbir etmək təsəvvürolunmazdır və əgər bir kəs onun müqabilində səbir etsə də belə, bu səbrin heç bir savabı və əcri olmayacaqdır!
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









