» » » Xorasana səfər etdikdə Həzrət Rza (ə)-ın ibadət proqramı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Xorasana səfər etdikdə Həzrət Rza (ə)-ın ibadət proqramı
+5
Müəllif: Yusifi Zehra | 26-08-2015, 17:00 | Baxılıb: 1 019
 
 
Xorasana səfər etdikdə Həzrət Rza (ə.s)-ın ibadət proqramı

 
 
Rica bin əbi Zəhhak Abbasilər dövlətinin xadimlərindən və maliyyə məhkəməsinin başçılarından idi. Ona əmr olunmuşdur ki, Həzrəti Rza (ə.s) -ı Mədinədən Mərvə, Məmunun yanına aparsın, və Həzrəti qorusun və Bəsrə, Əhvaz, Fars şəhərlərindən hərəkət etsin, Qum şəhərindən keçməsin. O belə nəql edir: Mən Mədinədən Mərvə kimi Həzrətlə idim. Allaha and olsun onun kimi təqvada, Allahı zikr etməkdə və Allahdan o qədər qorxu şiddətin heç bir kişidə heç zaman görmədim. Həzrətin vərdişi bu cür idi ki, sübh namazından sonra  oturub, bu zikrləri "subhanəllahi vəl - həmdu lillahi vəllahu əkbər və la ilahə illəllah” və Peyğəmbər və ali Peyğəmbərə salavat zikr etməklə özünü məşğul edərdi. Gün çıxana qədər, səcdəyə gedərdi. Sonra başını qaldırıb camaatla danışardı, onlara moizə edərdi, və zöhr vaxtı gedib dəstəmaz alıb namaz qıldığı yerdə hazır olub, günorta namazının səkkiz rükət nafiləsini qılardı (kamilliyi ilə) sonra əzan və iqaməni deyib günorta namazını qılardı. Namazdan sonra bir müddətə qədər təsbih, həmd və təkbir ( allahu əkbər ) və "la ilahə illəllah” deyib şükür səcdəsi edərdi, və ondan sonra yüz dəfə deyərdi: "şukrən-lillah” sonra əsr namazının səkkiz rükət nafiləsini qılardı (kamilliyi ilə) sonra əsr namazına məşğul olardı və namazdan sonra bir müddətə qədər təsbih, həmd və təkbir və "la ilahə illəllah” deyib səcdəyə gedərdi yüz dəfə "həmdən-lillah” deyərdi. Gün oturandan sonra dəstəmaz alıb əzan, iqamə deyib şam namazın qılardı və namazdan sonra bir müddətə qədər təsbih, həmd və təkbir və "la ilahə illəllah” deyərdi. Sonra şükür səcdəsi yerinə yetirib və heç kəslə danışmadan dörd rükət şam namazının nafiləsini iki salam və qunut ilə yerinə yetirərdi. Sonra bir müddətə qədər namazın müstəhəbbatın yerinə yetirib iftar edərdi, gecənin üçdə bir hissəsi keçəndən sonra xiftən namazın qılıb sonra bir müddət namaz qıldığı yerdə oturub Allaha zikr, həmd, "la ilahə illəllah” deyərdi. Müstəhəb əməlləri və şükür səcdəsini yerinə yetirəndən sonra yatmağa gedərdi. Gecənin axırıncı üçdə bir hissəsinə çatanda təsbih və təkbir, "la ilahə illəllah” və istiğfar deməklə yerindən qalxıb dişlərini fırçalayıb, dəstəmaz alıb onbir rükət gecə namazı qılardı. Müstəhəbbatı ilə namazdan sonra dua oxumağa oturardı sübh namazı vaxtı iki rükət fəcr nafiləsini qılıb əzan iqamə deyib sübh namazını qılardı. Gün çıxana kimi dua və müstəhəb əməllərlə məşğul olardı, o zaman subhə kimi iki şükür səcdəsi yerinə yetirərdi... . Hər şəhərdə on gündən artıq qalmağı qəsd edərdisə, həmin günlər oruc tutardı gecə olanda iftardan qabaq namaz qılardı, əgər qalmaq qəsdi olmasaydı şam namazından başqa vacib namazlarını iki rükət qılardı. Həzrət şam namazının və gecə namazının nafilələrini nə səfərdə və nə də təhlükə anında tərk etməzdi, amma zöhr və əsr namazının nafilələrini səfərdə tərk edərdi, hər qəsr qıldığı namazdan sonra otuz dəfə "təsbihati ərbəə” deyərdi və buyurardı: Bu namazın kamil olması üçündür. Səfərdə heç vaxt oruc tutmazdı, və həmişə duasının əvvəlində Peyğəmbər və onun Əhlibeyt (ə.s) –ına salavat zikr edərdi və bu salavatı namazda və namazdan sonra çox təkrar edərdi. Gecə yataqda olanda çox Quran oxuyardı, hər zaman bir ayədə ki, cəhənnəm və onun atəşindən hekayət olunub, həmin ayəni oxuyanda ağlayardı, Allahdan behişt istəyərdi. Həzrət bütün namazlarda Bismillahı uca səslə deyərdi... Hər şəhərə çatanda camaat onun yanına gələr və öz dinləri barəsində sual verərdilər. Həzrət onlara cavab verərdi və çoxlu hədisləri atalarının vasitəsi ilə Əli (ə.s) və Rəsulullah (s.ə.v.a) -dən rəvayət edərdi. Həzrəti, Məmunun yanına apardığım zaman Məmun məndən yol haqqında məlumat istədi və mən Həzrətin yoldakı əhvalatın ona danışdım. Dedi: bəli ey əbi Zəhhakın oğlu, Əli bin Musa – Rza (ə.s) yer əhlinin ən yaxşısı, savadlısı və abididir. Gördüklərini heç kimə demə. İstəyirəm o cənabın fəziləti mənim dilimdən deyilsin.  Allahdan kömək istəyirəm  və bir niyyətim var  o da onun dəyərini qiymətləndirməkdir.
 
Kitabın adı: Günəşin hekayəti


 
 
Bölmə: Əhli Beyt / İmam Rza (ə)
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 26 Ağustos 2015 18:02 | İstifadəçi | Şərh yazdı
Cox sag ol bacim deyerli melumatdir, Allah agam Imam Rza (e) ma xatir butun Ehlibeyt sevenlerinin gunahlarini bagislasin amin.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.