Həzrət Rza (ə)-ın abidliyi
Həzrətin ibadətə diqqəti, zikirlərə və məxsus dualara vaxt ayırmağı müntəzəm olmuşdur. Gecə və gündüz ibadət Əhlibeyt (ə.s) -ın həyat tərzi idi ki, heç vaxt insanların muraciəti və başqa çətinliklər bu işə maneə yaratmamışdır, bu özü onların yolu ilə gedənlər üçün bir ibrətdir.
İndi isə Həzrəti Rza (ə.s) -ın ibadət tərzinə nəzər salırıq.
1. Həzrət sübh namazından sonra səcdəyə gedərdi, gün çıxana qədər səcdədə olardı.
2. Həzrət bəzən asudə vaxtlarında gecə - gündüz min rukət namaz qılardı.
3. Həzrət namazdan sonra şükür səcdəsi yerinə yetirərdi.
4. Həzrət Quranla çox unsiyyətdə olduğu üçün sözü, cavabı və misalları hamısı Qurandan idi.
5. Həzrət hər üç gündə bir Quran xətm edərdi və buyurardı: Əgər istəsəm bundan da tez xətm edərəm, amma hər ayəyə çatdıqda nə zaman və harada nazil olması barəsində düşünürəm.
6. Həzrətin gecələr yuxusu az idi, və çox zaman gecələri ibadətlə keçirərdi.
7. Həzrət çox oruc tutardı və hər ayda üç gün oruc tutmağı tərk etməzdi.
8. Həzrət öz dualarından əvvəl salavat zikr edərdi və salavatı namaz halında, və namazdan başqa vaxtlarda çox zikr edərdi.
9. Həzrət gecə yatanda çox Quran oxuyardı, behişt və cəhənnəm ayələrinə çatanda ağlayardı.
10. Həzrət hər zaman Allahın zikri ilə məşqul idi və hər şeydən çox Allahdan vahiməsi var idi.
Kitabın adı: Günəşin hekayəti