Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
İmamın şəxsiyyəti
Adı: Әli
Ləqəbi:Riza
Künyəsi: Әbülhəsən
Atası: Həzrət imam Museyi Kazim (ə)
İmamlıq müddəti: 21 il Ömrü: 55 il
Vəfatı: 203-cü
Hicri-qəməri ilində Abbasai xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri.
Təvəllüdü
148-ci Hicri-qəməri ilinin Zilqə᾽də ayının 11-də Mədinə şəhərində Musəbni Cə᾽fər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı. Bu körpənin adını Әli, ləqəbini isə Riza qoydular. Imamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Uşaqlıq çağından e᾽tibarən atası imam Kazim (ə) ilə birlikdə idi. Imam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı imam, budur». Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musəbni Cə᾽fər (ə) bizi çağırıb «sizi də᾽vət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu. Imamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa.»
İmamın əxlaqi xüsusiyyətləri
Mə᾽sum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə e᾽tinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, Ibrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: Imam Rza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə də᾽vət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı. Məhəmməd ibni Әbi Ibad, imam (ə) haqqında belə deyibdir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi. Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik». Imamın xidmətçisi Yasir deyibdir: Imam (ə) bizə belə buyurardı: Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». Imamın əshabından olan başqa bir nəfər isə o həzrətin əxlaqı barəsində belə deyibdir: Bir gün yad bir adam imamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. Imam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: «Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir». Imamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. Imam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın». Imamın əshabından olan Süleyman deyibdir: Bir gün həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. Imam (ə) buyurdu: «Bu kişi kimdir?» Dedilər: Onu bizə kömək etmək üçün gətirmişik. Buyurdu: «Onunla müqavilə bağlayıb muzdunu tə᾽yin etmisinizmi?» Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib e᾽tiraz etməz. Imam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzudun tə᾽yin edin. Çünki muzdu tə᾽yin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu tə᾽yin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.»
Qüsurlanma
Әhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, həzrət Rza əleyhissalama məktublar göndərib və o həzrətdən cavablarını aldıqdan sonra həzrətin imamlığına e᾽tiqad bəsləmişdi. Bir gün Bəzənti Həzrətə belə dedi: Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm. Həzrət (ə) da onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. O gün gecəyarısına qədər bir-birləri ilə elmi mübahisə apardılar və Bəzənti öz müşgül məsələlərini imamın məclisində həll etdi. Yatmaq vaxtı çatanda imam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənmi şəxsi yatağımı gətirib mənim yanımda böyük məqama malik olan qonaq üçün sər ki, istirahət etsin». Imamın sözləri Bəzəntini şişirtdi, ürək quşu havalandı və öz-özünə belə dedi: Imamdan sonra dünyada mən hamıdan yaxşıyam. Bu mənəm ki, imam öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir. Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən imam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Әli (ə)-ın dəyərli əshabından olan Sə᾽sə᾽ə xəstələndikdə onu görmək üçün yanına gedib saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu: «Әziz dost, bu gördüklərini əsla özünə qurur vəsiləsi edərək «mən beləyəm, mən eləyəm, imam mənə məhəbbət göstərdi» - deyə məğrurlanma. Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm». Bəzənti belə deyibdir: Həzrət bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batili fikr etməyim, öz niyyət və əməllərimə diqqət yetirim. Bəlx əhalisindən olan bir kişi demişdir: Həzrət Rza (ə) ilə Xorasan səfərində idik. Süfrə salındıqda o həzrət əmr etdi ki, hamı gəlib süfrə başında otursun. Dedim: Qurbanın olum, icazə ver qulların süfrəsini ayırım. Həzrət (ə) belə buyurdu: «Sus. Bunu bil ki, heç birimiz başqasından üstün deyilik. Bizim Allahımız birdir, ata-anamız birdir. Biz yalnız təqvamıza görə bir-birimizdən fərqlənə bilərik». Cabir Zəhhək belə deyir: Mə᾽munun əmri ilə həzrəti Mədinədən Mərvə gətirirdim. Allaha and olsun ki, imamın xidmətində olduğum bu müddət ərzində o dərəcədə təqvalı və pak bir kişi görməmişdim.
İmamın şəhid olması
Şəhid olduğu gecə imam (ə) yuxuda babası Peyğəmbəri görmüşdü ki, ona belə buyurdu: «Sabah bizim yanımıza gəl. Bizim yanımızda olan, indi içində olduğundan daha yaxşıdır». Hərsəmə belə deyir: Gecə yarısı imam (ə) məni hüzuruna çağırdı. Mən imamın yanına getdim. Həzrət mənə belə buyurdu: «Mə᾽mun sabah məni üzüm və narla zəhərləyəcək. Bunu bil ki, şəhid olduğumdan sonra o, məni qüsl etmək istəyəcək. Ona belə de ki, bu işi görmə, yoxsa Allah sənə möhlət verməz. Elə bu vaxt heç kimin görüb bilmədiyi bir şəkildə oğlum Mədinədən gəlib qüsl və kəfən edəcək. Sonra mənim meyidimi Harunun məqbərəsinə aparacaqlar və Mə᾽mun məni onun arxasında dəfn etmək istəyəcək. Lakin vurduğu külüng yeri qazmayacaq. Bu vaxt sən Mə᾽muna de ki, qəbrin önündə külüngünü yerə vursun. Sonra hazır bir qəbir görünəcək və başının üstündə şəffaf su qaynayıb daşacaq və suyun içində kiçik balıqlar görünəcək. Sonra böyük bir balıq gəlib kiçik balıqları yeyəcək, ondan sonra su çəkilib gedəcək. Bu vaxt məni qəbrə qoyun, amma qəbrimə torpaq tökməyin. Çünki qəbir öz-özünə dolacaq. Ey Hərsəmə, dediyim işləri görün və qoymayın ki, ayrı iş görülsün, yoxsa Allah sizi əzablandırar». Nəhayət Mə᾽mun o həzrəti Mərvdən Bağdada gedən yolda, Tus şəhərində zəhərli üzümlə zəhərləndi. Həzrət (ə) evinə qayıdıb köhnə dostu Әbasəltə belə buyurdu: «Evin xalçalarını yığışdır və heç kimi evə gəlməyə qoyma. Mənim can verən zamanımdır. Mən də babam Hüseyn kimi torpaq üstündə can vermək istəyirəm.» Imamın şəhid olmasından qabaq Mə᾽mun həzrətin yanına gəldi. Imam (ə) gözlərini açıb ona belə dedi: «Oğlum imam Məhəmməd Təqi ilə yaxşı rəftar et. Çünki səninlə onun vəfatı bir-birinə yaxındır». Imamın pak bədənini qabaqca Harunun dəfn olunduğu məqbərədə, qəbrin önündə torpağa taşırdılar. Bu faciə 203-cü Hicri ilinin Səfər ayının son günündə, imam 55 yaşında ikən baş verdi. Imamın şəhid olmasından sonra Xorasanda böyük bir üsyan baş verdi və Mə᾽mun özünü əzadar göstərmək üçün ağlaya-ağlaya başına döyürdü. Lakin əksəriyyət bilirdi ki, Mə᾽mun imamın qatilidir. Mə᾽mun üsyançıların qorxusundan və qiyamın genişlənməsinin qarşısını almaq üçün bir gecə-gündüz icazə vermədi ki, imamın meyidini evdən çıxartsınlar. O, həmçinin xalqın arasına öz adamlarını göndərdi ki, imamın öz əcəli ilə öldüyü şayiəsini yayıb Mə᾽munun bu işdə əli olmadığını inandırsınlar. Lakin bütün bu cəhdlərə baxmayaraq o, özünü günahsız göstərməyə müvəffəq olmadı. Günü-gündən xalqın gözündə daha dəyərsiz oldu və nəhayət çox pis bir vəziyyətdə öldü.
İmamdan qısa kəlamlar
1. Özünün və arvad-uşağının maaşını tə᾽min etmək üçün zəhmət çəkən kişi, Allah yolunda cihad edən kimidir.
2. Birinin adını çəkəndə bu işi, həmişə hörmətlə görün.
3. Təmiz olun, çünki təmizlik peyğəmbərlərin qaydasıdır.
4. Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır.
5. Bir müsəlmana xəyanət edən şəxs bizdən deyildir.
Əziz müsəlmanlar sizləri imamın mövud günü münasibəti ilə təbrik edirik!
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |