Həzrəti Rza (ə)-ın Allah dərgahında yüksək məqamı
Həzrəti Cavad (ə.s) buyurur: Həzrətin səhabələrindən biri xəstələndi və canını tapşıran halda idi, Həzrət onu görməyə gəldi və ondan soruşdu: Necəsən? Dedi: Halım çox pisdir, ölümü görürəm, Həzrət buyurdu: Ölümü necə gördün? Dedi: Çox çətin və dərdli.
Sözünü davam edib dedi: Bu başlanğıcdır ölüm öz nişanələrindən bəzisini sənə göstərib. İnsanlar iki növdür: bir dəstə ölümlə rahat olur və o biri dəstə, insanlar onun əlindən rahat olurlar. Allaha və vilayətə imanını təzələ şəhadəteyn və vilayəti təsdiq et ki, rahat olasan.
O kişi bu işi yerinə yetirib sonra dedi: Ey Rəsulullahın oğlu indi Allahımın mələkləri sizə salavat və salam deyirlər sizin qabağınızda durublar icazə verin otursunlar.
Həzrət buyurdu: Ey Allahın mələkləri! oturun. Həzrət sonra o xəstəyə dedi: mələklərdən soruş mənim qarşımda durmaq üçün onlara əmr olunub?
Xəstə soruşdu, mələklər dedilər: Əgər Allahın bütün mələkləri sizin hüzurunuzda olsalar sizin hörmətinizə ayaq üstə duracaqlar o vaxta qədər ki, siz onlara icazə verəsiniz və icazə verməsəniz onlar oturmazlar onlara Allah bu cür əmr edib.
Sonra o xəstə gözləri yumulu halda dedi: Salam olsun sənə ey Allahın səfiri bu sənsən ki, Rəsulullah (s.ə.v.a) -a və digər İmamlara (ə.s) oxşar mənim qabağımda durmusan, və bu cür can verdi.
Kitabın adı: Günəşin hekayəti