Həzrət Rza (ə) -ın cavanlıqda dini mərcəiyyəti
Həzrət cavanlığında yüksək elm dərəcəsinə malik idi və insanlar o Həzrətə rucu (müraciət) edib çətin məsələləri soruşardılar. Həzrət Kazım (ə.s) camaatı ona irca verərək buyurardı: Bu oğlumun yazdığı mənim yazdığımdır. Onun sözü mənim sözümdür. Onun göndərdiyi mənim göndərdiyimdir və nə desə haqqdır.
Bir gün bir şəxs Həzrəti Kazım (ə.s) -a dedi: Sualım var, Həzrət buyurdu: Öz İmamından soruş. Dedi: Mən sizdən başqa bir İmam tanımıram. Məqsədiniz kimdir?
Həzrət buyurdu: O, övladım Əlidir, mən öz künyəm "Əbul - Həsən”i ona bağışladım.
Alimlərdən, Bin Həcər deyir:
كان يفتي فى مَسجِدِ رَسولِ الله (ص) وهو ابنُ نيّفٍ و عشرين سنةً
Həzrət Rza (ə.s) iyirmi yaşı olarkən Peyğəmbər salavatullahın məscidində fətva verərdi.
Zəhəbi alimlərindən biri deyir: Malik bin Ənəs əhli sunnənin dörd məzhəb alimindən biridir. Onun vaxtında cavan olmağına baxmayaraq, Həzrət Rza (ə.s) fətva verərdi.
Kitabın adı: Günəşin hekayəti