Nə üçün Həzrəti Rza (ə.s) -ı Rza adlandırıblar?
İmam Rza və İmam Cavad (ə.s) -ın səhabələri içərisində yaşlı səhabələrdən olan Bəzənti belə nəql edir:
Əbu Cəfər Muhəmməd bin Əli, İmam Cavad (ə.s) -a dedim:
Sizin muxaliflərinizin bir dəstəsi deyirlər ki, atanıza Rza ləqəbini, öz vilayət əhdliyin qəbul etdiyinə görə Məmun veribdir.
Həzrət Cəvad (ə.s) buyurdu:
And olsun Allaha yalan deyirlər günah edirlər, əksinə Allah - Taala onu Rza adlandırıb, çünki o Həzrət Allah - Taalanın asimanda qəbul etdiyi, Peyğəmbər və yer üzərində höccət olan Məsum İmamların qəbul etdiyi İmamdır.
Soruşdum: Sizin bütün atalarınız məgər bu cür olmayıb?
Buyurdu: Bəli. Onlar hamısı bu məqamda olublar.
Dedim: Bəs niyə onların içində sizin atanız Rza adlanıb?
Buyurdu: Onun düşmənləri də dostları kimi ondan razı idilər. Bu hal atalarımızın heç birində olmamışdır və buna görə də
Həzrət onların arasında Rza adlanmışdır.
Bu məsələni Süleyman bin Həfs də təyid (təsdiq) edir, və deyir:
Musa bin Cəfər (ə.s) övladı Əlini Rza adlandırardı və ( Həzrətdən danışmaq istəyəndə ) buyurardı övladımı Rza çağırın, övladım Rzaya dedim, övladım Rıza mənə belə dedi və s...
Kitabın adı: Günəşin hekayəti