» » » İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 7-09-2014, 13:00 | Baxılıb: 1 619
     
     

    İmam Əli ibn Musa Rizanın (ə) əxlaqi səciyyələrindən

    İlahi əxlaq 

    İbrahim ibn Abbas deyir: İmam Rizanın (ə) öz sözləri ilə kimisə incitdiyini görmədim. Kimsə sözünü başa vurmamış imam onun sözünü kəsmədi, gücü çatdığı halda kimsəni əliboş yola salmadı, heç vaxt kiminsə qarşısında ayaqlarını uzatmadı, bir dəfə də olsun, öz xidmətçilərini təhqir etmədi. Onun ağızının suyunu yerə atdığını, bərkdən güldüyünü görmədim. Onun gülüşü təbəssüm idi. 
    Heç vaxt xəlvətdə əyləşməzdi, süfrəyə qulamları, hətta qapıçı və xidmətçiləri ilə birlikdə əyləşərdi. Gecələr az yatar, adətən oyaq qalardı. Əksər gecələri sübhədək raz-niyaz edər, çox vaxt oruc olardı. Ayın əvvəlində, ortasında və sonunda hökmən oruc tutar və buyurardı: "Bu bütün vaxtın orucudur.” Gizli xeyirxahlıqları çox idi. Çox vaxt gecənin qaranlığında infaq edər, imkansızlara əl tutardı. Bir başqasının fəzilətdə ona çatdığına inanmayın!

    Aclar üçün təam

    Müəmmər ibn Xəllad deyir: İmam Riza (ə) süfrəyə əyləşəndə onun üçün böyük bir sini gətirərdilər. Həzrət sinini süfrənin kənarına qoyardı. Süfrədəki ən yaxşı nemətlərdən siniyə yığar və onu yoxsullar üçün göndərərdi. Həzrət bunun ardınca "Bələd” surəsinin 11-ci ayəsini ("fələqtəhəməl-əqəbə”) oxuyardı. Həzrət buyurardı: "Allah bütün insanlarda qul azad etmək gücü olmadığını bildiyindən yoxsulların doyuzdurulmasını behiştə yol qərar verdi.”

    İnsana ehtiram

    Bəlxli bir şəxs deyir: İmam Rizanın (ə) Xorasana səfərində onunla idim. Həzrət bir gün bütün qulamlarını süfrə başına topladı. Ona dedim: "Sənə fəda olum, əgər onların süfrəsini ayrıca salsaydın daha münasib olardı.” Həzrət buyurdu: "Sakit ol! Allah birdir, ata-ana da bir! Mükafat əməllərə görədir.”

    Yoldan qalana yardım

    Əliyyəs ibn Həmzə deyir: Mən imam Rizanın (ə) məclisində idim. Həzrətlə söhbətim vardı. Hüzurundakı toplum ondan halal-haram haqqında soruşurdu. Birdən içəriyə hündür boylu bir şəxs daxil oldu və dedi: "Salam olsun sənə ey peyğəmbər oğlu! Mən sənin atan-babanın dostlarındanam. Həccə gedirdim yolda qaldım. Azuqəmi itirmişəm. Yolu başa vurmaq üçün bir şeyim yoxdur. Əgər mənə şəhərimə yetişmək üçün bir şey versən, oraya çatan kimi həmin məbləği sənin tərəfindən sədəqə verərəm. Çünki mənə sədəqə düşmür.” Həzrət buyurdu: "Allah sənə mərhəmət etsin. Əyləş.” Sonra üzünü camaata tutub söhbətinə davam etdi. Axıra Süleyman Cəfəri, Xüseymə və mən qaldıq. Həzrət buyurdu: "İcazə verirsinizmi hücrəyə daxil olum? Həmin vəziyyətdə Süleyman Cəfəriyə üz tutub dedi: "Ey Süleyman! Allah sənə yol açdı.” Sonra ayağa qalxıb otağa daxil oldu və bir saat sonra qapının arxasından əlini uzadıb dedi: "Xorasanlı haradasan?” Xorasanlı dedi: "Buradayam.” Həzrət buyurdu: "Al bu iki yüz dinarı ehtiyaclarına sərf et. Bununla bərəkət əldə edərsən. Mənim tərəfimdən də sədəqə vermə. Evdən çıx ki, nə mən səni görüm, nə də sən məni!” Kişi imamın verdiyi pulu alıb getdi. Süleyman imama ərz etdi: "Sənə fəda olum, səxavət göstərdin, mehribanlıq etdin. Bəs nə üçün üzünü gizlədin?” İmam buyurdu: "İstəmədim ki, ehtiyacını ödəməyim səbəbindən çöhrəsində xəcalət görəm. Məgər peyğəmbərdən belə bir hədis eşitməmisənmi ki, yaxşı işi gizlətmək yetmiş Həccə bərabərdir?! Pisliyi aşkarlayan zəlil, onu gizləyən bağışlanmışdır.”

    Fəhlənin haqqı

    Süleyman ibn Cəfər Cəfəri deyir: Bir məsələdən ötrü imam Rizanın (ə) yanına getmişdim. Evə getmək istədiyimi görüb buyurdu: "Mənimlə gəl, bu gecəni birlikdə keçirək.” Həzrətlə birlikdə hərəkət etdim. Qürub vaxtı onun evinə çatdıq. Həzrət heyvanlar üçün tövlə tikən qulamına nəzər saldı. Öz qulamlarından olmayan bir şəxsi görüb buyurdu: "Bu şəxs kimdir?” Dedilər: "Bizə kömək edir, biz də ona bir şey veririk.” Nə verəcəyiniz barədə danışmısınızmı? Dedilər: "Ona nə versək razıdır.” Həzrət bu işə görə qəzəblənib qulamlarını cəzalandırdı. Dedilər: "Sənə fəda olum, nə üçün bu qədər narahat olursan?” Buyurdu: "Dəfələrlə qadağan etmişəm ki, razılaşmamış kimsəni işlətməsinlər! Muzd təyin etməmiş bir şəxsi işlətdikdə üç qat artıq haqq verilsə də, ona az verildiyini düşünür. Amma muzdu təyin etdikdən sonra onu ödədikdə təşəkkür edir, artıq bir şey verdikdə bunu başa düşüb artıq verildiyini anlayır.”

    Tövhiddə ixlas 

    Əbu Səlt Hərəvi deyir: İmam Riza (ə) süvari halda Nişapura daxil oldu. Mən onu müşayiət edirdim. Nişapur alimləri onu qarşılamağa çıxmışdılar. Həzrət bir məhəldə dayandığı vaxt onun dəvəsindən tutub dedilər: "Ey Allah rəsululunun oğlu! Pak atalarının haqqına onlardan bir hədis söylə.” Həzrət buyurdu: "Allahın rəsulu buyurmuşdur: "Cəbrail Allah-təaladan belə xəbər gətirdi: "Həqiqətən, mən Allaham və məndən savayı məbud yoxdur. Ey bəndələrim! Mənə pərəstiş edin və bilin ki, hər kəs mənim görüşümə xalisanə "La ilahə illəllah” şəhadəti ilə gəlsə əzabımdan amandadır.” Dedilər: "Ey peyğəmbər oğlu! Şəhadətdə xalislik nədir?” İmam buyurdu: "Allaha, onun rəsuluna və Əhli-beyt (ə) vilayətinə itaət!”

    Kərimanə məktub

    Bəzənti deyir: İmam Rizanın (ə) oğlu Əbu Cəfərə, imam Cavada (ə) belə bir məzmunda məktubunu oxudum: "Ey Əba Cəfər! Mənə xəbər çatıb ki, səni arxa qapıdan aparıb gətirirlər. Bunun səbəbi onların xəsisliyidir, istəmirlər ki, kimsəyə xeyrin dəysin. Boynunda olan haqqıma görə səndən istəyirəm ki, get-gəlin yalnız böyük qapıdan olsun. Miniyə süvar olduğun vaxt özünlə dirhəm-dinar götür. Olmaya, səndən istəyənə bir şey əta etməyəsən. Əmilərin ağız açanda onlara yaxşılıq et. Əlli dinardan aşağı vermə. İstəsən daha çox əta edə bilərsən. Bibilərin sənə ağız açdıqda iyirmi beş dinardan aşağı vermə. Əgər istəsən daha çox əta edə bilərsən. Allahdan sənin üçün böyük məqam diləyirəm. Buna görə də infaq et, ərş sahibinin verməyəcəyindən qorxma.”
    Rəyyan ibn Səlt deyir: Xorasanda imam Rizanın (ə) qapısında ikən Müəmmərə dedim: Olarmı ağadan köynəklərindən birini və adına vurulmuş sikkələrindən bir qədər istəyəsən? Müəmmər deyir ki, dərhal imamın otağına daxil oldum. Həzrət sözə başladı: "Ey Müəmmər! Rəyyan istəmirmi ki, ona köynəklərimizdən geyindirək, dirhəmlərimizdən bağışlayaq?!” Öz-özümə dedim: "Subhanəllah! Axı bu sözləri indicə qapıda eşitmişdim! Həzrət gülümsündü, sonra buyurdu: "Şübhəsiz mömin kama çatar. Ona de yanıma gəlsin.” Məni həzrətin yanına apardılar. Salam verdim, salamımı aldı. Köynəklərdən ikisini mənə bağışladı. Getmək istəyəndə ovucuma otuz dirhəm qoydu.

    Ağır borcun ödənməsi

    Əbu Məhəmməd Ğəffari deyir: Ağır borca düşmüşdüm. Düşündüm ki, bu borcu ödəmək üçün mövlam Əbül-Həsən Əli ibn Musa Rizaya ağız açmaqdan başqa çarəm yoxdur. Sübh vaxtı həzrətin evinə gəldim. Daxil olmaq üçün icazə istədim. Evə daxil olduqdan sonra həzrət mənə dedi: "Ey Əba Məhəmməd! Nə istədiyini bilirəm, borcunu ödəmək bizim öhdəmizədir.” 
    Axşam vaxtı xörək gətirdilər. Həzrət buyurdu: "Gecəni bizimlə qalırsan, yoxsa gedirsən?” Dedim: "Ey mənim ağam! Əgər istəyimi yerinə yetirsən, getməyim yaxşı olar.” Həzrət mənə bir ovuc pul verdi. Sağollaşıb yola düşdüm. İşığa çıxdıqda əlimdəki dinarların parıltısı gözümü qamaşdırdı. Onlardan birinin üzərində yazılmışdı: "Ey Əba Məhəmməd! Bu əlli dinardan iyirmi altısını borcuna ver, iyirmi dördünü ailənə xərclə.” Səhəri gün sübh çağı həmin dinarı o biriləri arasında görmədim. Amma əlli dinar əskilməmişdi!
     
    Mənbə: "Əhli-beyt (ə)" kitabı

     
     
    Bölmə: Əhli Beyt / İmam Rza (ə)
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 7 Eylül 2014 14:45 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun bacim, Rebbim bize Agamiz Imam Riza(e)ziyaretini nesib etsin InsAllah. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.