Müştərək təqibatın on yeddincisi
Qiyamətdə sorğu-sual olunmaq istəmirsənsə
Həzrəti Əmirəl-mö'minin Əli ələyhissalam buyurur: Dünyadan gedərkən günahlardan pak olmaq istəyən şəxs gündəlik beş vacib namazdan sonra on iki dəfə "Qulhuvəllah əhəd" surəsini oxuyub, əllərini göyə qaldırıb aşağıdakı duanı oxusun. Sonra Həzrət buyurdu: Bu dua gizli sirlərlərdəndir ki, Rəsulu Əkrəm mənə tə'lim verdi və Həsən və Hüseynədə tə'lim verməyimi əmr etdi.
Dua belədir:
Allahummə inni əsəlukə biismikəl-məknunil-məxzunit-tahirit-tuhril -mubarəki və əsəlukə biismikəl-əzimi və sultanikəl-qədimi ya vahibəl-ətayə ya mutliqəl-usara ya fəkkakər-riqabi minən-nari səlli əla Muhəmmədin və ali Muhəmmədin və fukkə rəqəbəti minən-nari və əxricni minəd-dünya aminən və ədxilnil-cənnətə salimən vəcəl duai əvvələhu fəlahən və əvsətəhu nəcahən və axirəhu səlahən innəkə əntə əllamul-guyub.
Bə'zi mö'təbər sənədlərdə belədir:
Ya fəkkakər-riqabi minənnari əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tu'tiqə rəqəbəti minən-nari və ən tuxricəni minəd-dunya salimən və tudxiləni əl-cənnətə aminən və ən təcələ duai əvvələhu fəlahən və əvsətəhu nəcahən və axirəhu səlahən innəkə əntə əllamul-ğuyib.
Dünya və axirət xeyri Tohid surəsində cəmləşib
İmam Sadiq ələyhissalam buyurur: Allah-Təalaya və qiyamət gününə imkanı olan şəxs, vacib namazlardan sonra "Qulhuvəllahu əhəd" surəsini oxumağı unutmamalıdır. Həqiqətən onu oxuyan üçün Allah-Təala dünya və axirət xeyrini bir yerə toplayıb, özünü və ata-anasını bağışlayar.
İxlas surəsi Allahın rəhmət yağışıdır
Seyyid ibni Tavus Peyğənbərdən nəql edir: Hər namazdan sonra "Qulhuvəllahu əhəd"surəsini oxuyan şəxsin başına, rəhmət yağışı yağar, qəlbinə səkinə arameş çökər və Allah-Təala ona rəhmət nəzəri salar, günahlarını bağışlayar, hacətlərini qəbul edər və Allahın pənahında olar.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi