Müştərək təqibatın on səkkizincisi və on doqquzuncusu
Müştərək təqibatın on səkkizincisi
Kuleyni nəql edir ki, vacib namazdan sonra sag əllə saqqalı tutub və sol əllə göyə işarə edib bu duanı üç dəfə oxuyanın:
Ya zəl-cəlali vəl-ikram irhəmni minən-nari.
Üç dəfə:
Əcirni minəl-əzabil-əlim.
Sonra əlini saqqalından götürüb, hər iki əlini göyə açıb üç dəfə
Ya əzizu ya kərimu ya rəhmanu ya gəfuru ya rəhim
Deyib əllərinin arxasını göyə tutub üç dəfə
Əcirni minəl-əzabil-əlim
Sonra
Və səlləllahu əla Muhəmmədin və alihi vəl-məlaikətu vər-ruh.
Deyən şəxsin bütün günahlarını bagışlayar.
Müştərək təqibatın on doqquzuncusu
Həzrəti Xızır Peyğəmbər Kəbədə oxuyurdu
Şeix Mufid Muhəmməd ibni Hənəfiyyədən nəql edir ki, Bir gün Atam Əmirəlmö'minin Əli ələyhidsalam Kəbəni təvaf edirdi. Birdən gözü bir kişiyə düşdü ki, Kə'bənin pərdəsini tutub bu duanı oxuyur. Həzrət dedi: Sənin duan budur? Dedi: Bəli! Eşitmisənmi? Həzrət buyurdu: Bəli eşitmişəm. Dedi, bu duanı hər namazdan sonra oxu. And olsun Allaha hər hansı bir mö'min şəxs bu duanı namazdan sonra oxusa, Allah taala onu bagışlayar hərçənd onun günahları göydəki ulduzlar, yagışın damcıları, yerin daşları və torpağın tozu qədər də olsa. Həzrət Əli ələyhissalam dedi: Mən bu duanı bilirəm və Allah taala böyük bagışlayan və kərimdir. O kişi dedi: Ey əmirəlmö'minin düz dedin. Hər biləndən çox biləndə var. O kişi Həzrəti Xızır peygəmbər idi.
Dua belədir:
Ya mən la yəşgəluhu səm'un ən səmin ya mən la yugəllituhus-sailunə və ya mən la yubrimuhu ilhahul-mulihhinə əziqni bərdə əfvikə və məgfirətikə və həlavətə rəhmətik.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi