Müştərək təqibatın on ikincisi və on üçüncüsü
On iki Quran xətmin barədədir
Şeyx Bərqi İmam Sadiq ələyhissalamdan nəql etmişdir ki, Namazdan sonra, dizlərini yerindən götürməmişdən əvvəl on dəfə bu təhlili oxuyanın, qırx min günahı bagışlanır və qırx min həsənə onun üçün yazılar və sanki, on iki dəfə Qur'anı kərimi xətm etmişdir. Mən bu duanı yüz dəfə oxuyuram, amma sizin üçün on dəfə kifayət edər.
Dua belədir:
Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləhu ilahən vahidən əhədən səmədən ləm yəttəxiz sahibətən və la vəladən.
Bu təhlilin savabı və fəziləti haqqında çoxlu rəvayətlər nəql olunmuşdur. Xüsusilə sübh və şam namazlarından sonra və həmçinin gün çıxan və gün batan vaxtı.
Müştərək təqibatın on üçüncüsü
Həzrəti Yusif zindanda oxuyur:
Kuleyni və İbni Babiveyh İmam Sadiq ələyhissalamdan nəql etmişdirlər ki, Həzrəti Cəbrail zindanda Həzrəti Yusifin yanına gəlib dedi: Hər namazdan sonra de:
Allahumməcəl li fərəcən və məxrəcən vərzuqni min həysu əhtəsubu və min həysu la əhtəsib.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi