Müştərək təqibatın onuncu və on birincisi
Müştərək təqibatın onuncusu
Ərbəə təsbihatı oxumaqdır.
Bir gün Rəsul Əkrəm(s) əshabına buyurdu:
Paltar və qablarınızı hamısını üst-üstə yıgsanız göyə çatar? Dedilər :Yox. Həzrət buyurdu: Sizə elə bir şeyi tə'lim verməyimi istəyirsiniz ki, kökü yerdə, budaqları isə göydə oldun? Dedilər : Bəli. Həzrət buyurdu: Hər namazdan sonra otuz dəfə oxuyun:
Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər.
Həzrət buyurdu, bunlar evin sökülməyindən, suda bogulmaqdan, odda yanmaqdan, quyuya düşməkdən, yırtıcı heyvanlardan , pis ölümlə dünyadan köçməkdən vəo gün göydən nazil olan hər bəladan amanda saxlayar və baqiyatus-salihat bunlardırlar.
Müştərək təqibatın on birincisi
Kuleyni İmam Sadiq ələyhissalamdan nəql etmişdir ki, vacıb namazdan sonra üç dəfə bu duanı oxuyan şəxs hər nə tələb etsə rəva qılınar.
Dua belədir;
Ya mən yəfəlu ma yəşay və la yəfəl ma yəşay əhədun gəyruhu.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi