Müştərək təqibatın iyirmi birincisi
Ömrün uzun olması üçün
Cəmil ibni Dərrac nəql edir ki, Bir kişi İmam Sadiq ələyhissalamın hüzuruna gəlib dedi:
Ey mənim mövlam, mən qocalmışam, qohum-əqrabam dünyadan köçüblər və heç bir munisim yoxdur. Qorxuram ki, məni də ölüm aparsın. Həzrət buyurdu: Üns tapmaq üçün, saleh və mö'min qardaşlar, yaxın adamlardan yaxşıdır. Əgər özünün qohum-əqrabanın və dostlarının ömrünün uzun olmagını istəyirsənsə bu duanı oxu:
Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin Allahummə innə rəsuləkəs-sadiqul-musəddəqu sələvatukə ələyhi və alihi qalə innəkə qultə ma tərəddədtu fi şəyin ənə failuhu kətərəddudi fi qəbzi ruhi əbdiyəl-mu'mini yəkrəhul-məvtə və əkrəhu məsaətəhu. Allahummə fəsəlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil livəliyyikəl-fərəcə vəl-afiyətə vən-nəsrə və la təsuni fi nəfsi və la fi əhədin min əhibbəti.
Əgər dostlarını adını çəkmək istəyirsənsə özünün və atasının adını de.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi