Müştərək təqibatın doqquzuncusu
İmam Muhəmməd Baqir əleyhissalamdan nəql olunmuşdur ki, Şeybeye Həzrəti Peyğəmbərin yanına gəlib dedi: Ya Rəsuləllah! Mən qocalmışam və keçmişdə əməl ettdiyim əməlləri yerinə yetirməyə qüdrətim yoxdur. Mənə elə bir əməli tə'lim ver ki, yerinə yetirmək mənim üçün asan olsun. Həzrət Ona dediyi sözlərini üç dəfə təkrarlatdı. Sonra buyurdu: Sənin ətrafındakı agaclar və daş-kəssəklər sənə ürəkləri yanıb agladılar. Namazı qılıb qurtardıqdan sonra on dəfə bu duanı oxu ki, Allah taala onun bərəkətinə sənə, gözünün kop olmasından və dəlilik xəstəliyindən sağlamlıq verər:
Subhanəllahil-əzimi bihəmdihi və la həvlə və la quvvətə illa billahil-əlyiyyil-əzim.
Şeybə dedi: Ya Rəsulallah bu mənim dünyam üçündür, axirətim üçündə başqa bir dua öyrət. Həzrət buyurdu: Hər namazdan sonra de:
Allahumməhdini min indikə və əfiz ələyyə min fəzlikə vənşur ələyyə min rəhmətikə və ənzil ələyyə min bərəkatik.
Həzrət buyurdu: Əgər bunu namazlardan sonra bilərəkdən tərk etməsə, qiyamət günü məhşər səhrasına gələndə, behiştin səkkiz qapısı onun üzünə açılar.
Kitabın adı: Məfatihul-Cinan
Müəllif: Şeyx Abbas Qumi