» » Mürabitə haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Mürabitə haqqında
0
Müəllif: Allahıma aşiqəm | 11-06-2015, 20:00 | Baxılıb: 1 520
 
 
 Mürabitə, müraqibə, mühasibə və müaqibə

Mürabitə

Mürabitə Allah yolçusunun qət edəcəyi ən əsas yoldur. Bu yolu keçmədən heç bir kəs təkamülə yetişə bilməz. Mürabitə leksik mənaca "bir-birinə birləşmə" mənasını verib, əxlaq elmində isə "özünə birləşmə" mənasında işlənərək özünü qorumaq və həmişə özündən nigaran halda olmaq deməkdir.
Mürabitə dörd mərhələyə bölünür:
1) Müşaritə (özü ilə şərtkəsmə, sözvermə)
2) Müraqibə (özünüqoruma)
3) Mühasibə (özü ilə hesablaşma)
4) Müaqibə (özünütənqid)
Müşaritə insanın dini vəzifələri və məsuliyyətləri yerinə yetirməsində heç bir şeyi əsirgəməyəcəyi və müqəddəs şəriət qanunlarını pozmayacağı haqda özü-özünə söz verməsidir. İnsan xeyir işlərdə çalışıb qəbih əməllərdən çəkinsin deyə, özü-özü ilə belə əhd bağlayır. Bu əhd-peyman o zaman təsirli olur ki, insan ruhunda adətə çevrilib möhkəmlənənədək hər gün təzələnsin. Müşaritə üçün ən gözəl vaxt sübh namazından sonrakı vaxtdır, çünki bu vaxt insan qəlbi səfalı və təmiz olur.

Mürabitənin qaydası

Mürabitə mərhələsində əlimizin dünyadan üzülüb həsrətlə barmağımızı dişimizə tutaraq "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, «Quran»a, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deyə peşman olacağımız günü yada salmaq münasib olardı. Bu mərhələdə dünyaya qayıtmaq arzusunda olduğumuz və yalvararaq "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm..." - deyəcəyimiz günü xatırlayaq. Bizə cavab verirlər ki, bu əsla olan iş deyil. "Ey Rəbbim! Məni geri (dünyaya) qaytar!" kəlməsini çox deyəcəyik, amma bir faydası olmayacaq...
Demək, indi nə qədər fürsət vardır, bu qiymətli ömrümüzün bihudə keçməməsi üçün özümüzə söz verək. Onun bütün dəqiqə və anlarından düzgün istifadə edək. İndi isə vaxtın əhəmiyyətini daha yaxşı başa düşməyimiz üçün belə bir hədisi burada qeyd edirik: 
Allah-təala 1 gündə (gecə-gündüzdə) hər biri 1 saatın müqabilində olan 24 xəzinə yerləşdirmişdir. Bu xəzinələr insan ömrünün bütün saatları ilə bərabər halda tərtib olunub, hər bir saatın əməli özünəməxsus xəzinəyə yığılır. İnsan bu dünyadan köçəndən sonra bu xəzinələr açılır və insan öz əməllərini müşahidə edir. Deməli, əgər insan bir xəzinəni yaxşılıqların nuru ilə dolu görərsə, çox sevinər. Əgər onun sevincini bütün cəhənnəm əhlinə bəxş etsələr, onların hamısı bundan məst olub öz əzab-əziyyətini unudar. Yox əgər xəzinəni günahla dolu, qaralmış görərsə, buna narahat olar. Əgər onun bu narahatçılığını behişt əhli arasında bölsələr, behişt əhli də narahat olar. Əgər istirahət, qəflət və mübah əməllərlə dolu olan saatların xəzinələrini onun qarşısında açarlarsa, içində heç bir sevindirici bir şey görməyib peşmançılıqdan barmağını dişləyər. Çünki öz şirin ömrünün bir hissəsini bihudə işlərə sərf edib bu qiymətli sərmayədən faydalanmamış və öz həvayi-nəfsinə (ehtirasına, şəhvətinə) aldanmışdır. 
Yaxşı olardı ki, Allah bəndəsi hər sübh bu hədisi xatırlayıb ömrünün hədər getməməsi üçün özü ilə hesablaşsın. Daha yaxşısı budur ki, insan hər sübh "əsr" surəsini oxuyub mənasını düşünsün. Düşünsün ki, Allah-təala necə də «Əsr»də and içib buyurur: "Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa bütün insanlar ziyandadırlar.” Yəni təkcə həyatın bu qiymətli sərmayəsini imanla, saleh əməllərlə, bir-birinə haqqı və səbri tövsiyə etməklə ötürən şəxslər doğru yoldadırlar, qalanları isə yolunu azanlar və ziyanda olanlardır.

Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.