» » Mühasibə və müraqibə


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Mühasibə və müraqibə
    +5
    Müəllif: RuQeYyA | 18-10-2015, 12:30 | Baxılıb: 1 413
     
    Mühasibə və müraqibə
     
    Allah-taala mühasibə və müraqibə haqqında buyurur:
    ”Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər.”(Bəqərə”, 284.)
    "Mühasibə” lüğətdə kiminləsə hesablaşmaq və "müraqibə” (bir şeyi qoruyaraq, əmanət olaraq) saxlamaq mə`nasındadır. Mühasibə dedikdə bizim məqsədimiz budur ki, insan itaətini və günahını hesab etsin, görsün hansı daha çoxdur. Əgər itaəti çox olsa, baxıb görsün itaətinin günahdan çox olması Allahın onun haqqında lütf etdiyi ne`mətlərə nisbətdə nə qədərdir. İnsanın vücudunun özü elə bir ne`mətdir ki, onun əzalarının yaradılışında saysız hikmətlər gizlənmişdir; belə ki, təşrih elminin alimləri öz fəhmləri və elmləri tutumunda neçə-neçə kitablarda onu şərh etmişlər. (Amma buna baxmayaraq) dəryadan bir qətrəni belə başa düşə bilməmişlər. (İnsanın vücuduna diqqətlə nəzər salsaq) nəbati və heyvani nəfs qüvvələrində çoxlu faydaların mövcud olduğunu görəcəyik, (insanın ruhuna nəzər salsaq) Allahın onu, mə`qulatı (Əql vasitəsilə dərk olunanlar) və elmləri öz zatı ilə necə də dərk edən, məhsusatı (Hiss üzvləri vasitəsilə dərk olunanlar.) necə fəhm edən olaraq yaratdığını müşahidə edəcəyik, ə`za və qüvvələrini idarə edə bilməsi üçün ixtiyarında alətlər qoyduğuna şahid olacağıq. Həmçinin (Allah) ilk yaradılışdan insanın ruzisini müəyyən, onun inkişaf və bəslənməsi vasitələrini həm yuxarı aləmdən, həm də bu dünyadan hazır etmişdir.
    Belə olan surətdə əgər (günahına nisbətdə ağır gələn) itaətini Allahın bütün bu ne`mətləri və digər sayagəlməz ne`mətlərilə müqayisə etsə, bütün hallarda özünün təqsirli olduğunu görəcəkdir. Necə ki, Allah buyurmuşdur:
    "Əgər Allahın ne`mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.”("İbrahim”, 34)
    Və amma, əgər onun itaəti və günahı bir həddə, bərabər olsa, bilməlidir ki, bu ne`mətlərin müqabilində heç bir bəndəlik etməmişdir və (belə olan halda) öz təqsirini aşkar görəcəkdir.
    Və amma, əgər günahı itaətindən çox olmuş olsa.., vay halına!
    Yenə vay halına! Buna görə də kamalın tələbində olan əgər özü ilə bu cür mühasibəni aparsa, onda itaətdən başqa bir şey olmayacaqdır. Və baxmayaraq ki, ancaq itaət edir yenə də özünü müqəssir görəcəkdir. Buna görə də Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: "Sizi mühasibəyə çəkməmişdən öncə özünüzü mühasibə edin.”(Bihar”, c. 70, səh. 73, rəvayət 26.)
    Əgər bir kəs özünü mühasibə etməsə günah bataqlığına düçar olar, bu ayənin əsasında ki, buyurur: "Heç kəsə əsla haqsızlıq edilməz. Bir xaldal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik!”("Ənbiya”, 47) – (onu haqq-hesaba çəksələr) mühasibə vaxtı şiddətli əzaba və böyük ziyana düşər. (Belə bir andadır ki): "Heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın...”("Bəqərə”, 48.) Belə bir gündən Allaha pənah aparırıq!
    Və amma "müraqibə”, insanın yaxşı əməllərini batil edəcək hərəkətlərin baş verməməsi üçün batinini və zahirini həmişə qoruyub saxlamasıdır, yə`ni həmişə öz əhvalına diqqət yetirməlidir ki, məbada gizlində və aşkarda günah iş görər, ya istər kiçik, istər böyük bir şey onu haqq yolun yolçuluğundan saxlayar. Bu ayəni həmişə xatirində saxlamalıdır ki, buyurur: "Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun.”("Bəqərə”, 235.)
    Beləliklə də (seyri-süluk yolunda insan) vüsal mərhələsinə, məqsədinə nail olar.
    والله یوفق من یشاء من عباده انه هو اللطیف الخبیر
     

    Kitabın adı: Övsafül-əşraf
    Müəllif: Xacə Nəsirəddin Tusi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.