Çəkilən qılınclara qalib axan qan gələcək.
Hər ilin Aşurası qəlbə səpir qəm toxumu,
Yenə gözlər axacaqdır, qəmi-hicran gələcək.
Unudulmaz bu bəla, yadda qalandır əbədi,
Hüseyn yüz min əsr sonra da sultan gələcək.
İtirib Əkbərini, Abbasını, Əsğərini,
Deyəcək Fatimə : " Can, məzlum oğul, can! " gələcək.
Doğulanda Hüseyn ağladı Allah Rasulu,
O bilirdi gələcəkdə belə dövran gələcək.
Gələcək ox sinəsin, torpağa qoyduqda üzün,
Yumacaq gözlərini, cənnəti-rizvan gələcək.
Asiqin qəlbi olub köz, nə qədər hicranı var,
Məhdinin yollarını gözləyir hər an, gələcək...