Zəhərli ox
Ox dəyib sağ gözümə süzülür qanı Hüseyn!
Əllərim yox çıxardım qanlı peykanı Hüseyn!
Gör necə səlb eləyib bu ox əldən dözümü,
Kimə səndən sora mən faş edim del sözümü,
Gəl özün xaric elə incidir ox gözümü,
Axtarır indi gözüm məhi-tabanı Hüseyn!
Dedim ey zəhərli ox, qəmü-hirman yeridi,
Eşqin əs-saə mənə səxtü-böhran yeridi,
Sən qədəm qoyma bu göz şəhixuban yeridi,
Dərdimin həşrə kimi yoxdu dərmanı Hüseyn!
Hey dedim bircə dayan izzu-cahım gələcək,
Çək kənara özünü dadixahim gələcək,
Başımın üstə yəqin teşnə cahım gələcək,
Ağlayıb ağladacaq hamı dünyanı Hüseyn!