Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda,həmi zülmətdə Huseyn aşiqiyəm.
Ədəbin, mərifətin hamını heyran elədi,
Ağladı yer-göy, böyük üsyan elədi.
Kərbəlada öz nəslini qurban elədi,
Kaş olaydım mən o qeyrətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
Hərmələ vurdu oxu körpə Əli Əsğərinə,
O zaman gəldi kədər Əhlibeyt Sərvərinə.
Zəfərin saldı səda bu ümmətin dillərinə,
Ruqəyyə qalıbdır zillətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda,həmi zülmətdə Huseyn aşiqiyəm.
Huseyn aşiqinin kəlməsi üstün gələcək,
Bir zaman sərf gedəcək, yerində düzgün gələcək.
Sənə rişxənt eləyən məhşərə üzgün gələcək,
Anlayacaq ki, axirətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
Ümmətə ərz elədi Huseyn, Allah kəlamın,
Ağamın kim axı dərk edə bilməz məqamın.
Kəsilib qolları Həzrəti Əbbas Ağamın,
Qalıbdı Səqqa xəcalətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
Məhşərdə görsən ağa, Sən məni eşqinlə apar,
Sənin eşqin həmişə fəxr ilə qəlbimdə vurar.
Höccətin gəlsə, yanına aşiqin nicat tapar,
Məlhəmim qalıbdı Höccətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
Solacaq İslamı parlatmısan öz nurun ilə,
Düşməni məhv elədin düşüncənlə, şüurun ilə.
İz qoydun Ağa, Sən üsyanda zühurun ilə,
Olarsan həmişə diqqətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
İnsana layiq olan bir nümunə səhnəsisən,
Əhlibeyt dəftərinin göz oxşayan səhifəsisən.
Allahın fəxri ən sevimli bəndəsisən,
Deyir Allahda fəxarətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
Deyəcəm haqq sözünü Huseyn kimi ölənə qədər,
Haqq yolundan Allah mənim, canımı alıb silənə qədər.
Mehdini gözləyəcəm, zühür vaxtı gələnə qədər,
Olacaq hamı belə məhəbbətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə, Huseyn aşiqiyəm,
Həmi nurda,həmi zülmətdə Huseyn aşiqiyəm.
Aşiqin qəlbi dolub,açmağa Allahı görüb,
Dərdinə məlhəm olar, getsə o dərgahı görüb,
Həsrətindən qəm içir, həmd eləyir ahı görür.
Sənə azaddı sədaqətdə Huseyn aşiqiyəm,
Qamışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm.
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm.
Rəsula əzab verir Kərbubəla hadisəsi,
Açıldı aşurada batilin zillət qəfəsi.
Susuz qətlə yetirildi Rəsurəllahın nəvəsi,
Onun üçündür hər bir halətdə Huseyn aşiqiyəm.
Qalmışam zülm ilə həsrətdə Huseyn aşiqiyəm,
Həmi nurda həmi zülmətdə Huseyn aşiqiyəm!
Allah-təala bizləri Huseyn (ə)-ın həqiqi aşiqlərindən qərar versin. Amin! Onun yolunda canımızı verməyi nəsib etsin. Bu Ramazana qədər gedə bilməsək də, gələn Ramazana qədər "Kərbəlaya gedə bilmədim" sözünü heç kimə nəsib etməsin Allahımız. Dünyanın hər hansı bir yerində 5 yaşlı uşaqdan tutmuş, ölümünə az qalmış qoca insana qədər qəlbində azca da olsa İmam Huseyn (ə)-a qarşı sevgi varsa, tezliklə nəsibi olsun İnşAllah! Amin. Bütün oxuyuculardan hərəniz bir "Amin" sözünü desəniz bəlkə də tezliklə nəsibimiz olar ***Kərbəla*** Amin, ya Rəbbəl aləmin!!!