» » » İmam Mehdinin (ə.f) mövludu (3-cü hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Mehdinin (ə.f) mövludu (3-cü hissə)
0
Müəllif: Yusifi Zehra | 3-06-2015, 13:30 | Baxılıb: 808
 
 
İmam Mehdinin (ə.f) mövludu (3-cü hissə)
 
Sual: 129. İmam Hәsәn Əsgəri (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
Cavab: Bəli, çoxsaylı rəvayətlərdə bu məsələ öz əksini tapmışdır:
Musa ibn Cəfər ibn Vəhəb Bağdadi deyir: "İmam Əsgəri (ə) buyurdu: "Sanki sizin məndən sonra canişinimlə bağlı ixtilaf salacağınızı görürəm. Agah olun! Həqiqətən, hər kəs peyğəmbərdən sonra imamları təsdiqləyib onların övladını inkar etsə, bütün peyğəmbərləri qəbul edib İslam peyğəmbərini inkar etmiş kimidir...”(Bihar”, c. 51, s. 160.)
Osman ibn Səid Əmri deyir: İmam Əsgərinin (ə) yanında olduğum vaxt ondan qiyamət gününədək yer üzünün höccətsiz qalmayacağı barədə atalarından nəql olunmuş rəvayət haqqında soruşdular. Rəvayətdə deyilirdi ki, hər kəs öz zamanının imamını tanımamış dünyadan köçsə, cahiliyyət dövründə ölmüş kimi sayılar. Həzrət buyurdu: "Bu, gün kimi həqiqətdir.” Həzrətə ərz etdilər: "Ey peyğəmbər övladı! Sizdən sonra höccət və imam kimdir?” Həzrət buyurdu: "Övladım Məhəmməd məndən sonra imam və höccətdir. Onu tanımamış dünyadan köçən cahiliyyət dövründə ölmüş kimidir...”(Bihar”, c. 51, s. 160.)
Əhməd ibn İshaq deyir: "İmam Həsən Əsgəridən (ə) belə eşitdim: "Həmd olsun canişinimizi tanıtdırmamış bizi dünyadan aparmayan Allaha! O (canişinimiz), xilqət və əxlaq baxımından peyğəmbərə ən çox oxşayan şəxsdir...”("Kəmalud-din”, s. 408; "Bihar”, c. 51, s. 161.)
Sual: 130. Nə üçün imamlardan heç biri həzrət Mehdinin (ə) şəxsiyyətini açıqlamamışlar?
Cavab: Əvvəla, həzrət Peyğəmbərdən (s) başlamış imam Əsgəriyədək (ə) bütün məsumlar imkan həddində həzrət Mehdinin (ə) şəxsiyyətini tanıtdırmışlar.
İkincisi, bir çox rəvayətlərdən məlum olur ki, həzrət Mehdi (ə) siyasi baxımdan çox təhlükəli vəziyyətdə idi. Zalım hakimlər onun yer üzündə zülmə son qoyacağını bildiklərindən onu aradan götürməyə çalışırdılar.
Bu səbəbdən də məsum Əhli-beyt (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişi məsələsinə çox ehtiyatla yanaşırdılar. Onlar həm həzrət Mehdini (ə) xalqa tanıtdırmalı, həm də onun üçün təhlükə yaratmamalı idilər.
Sual: 131. İmam Əsgərinin (ə) dövründə və həzrət Mehdi (ə) dünyaya gələn vaxt siyasi durum necə idi?
Cavab: İmam Əsgəri (ə) hicri 232-ci ilin rəbiul-əvvəl ayında dünyaya göz açmışdır. O, üç Bəni-Abbasi hakimi ilə müasir olmuşdur: Mötəzz, Möhtədi, Mötəməd. Mötəməd Əhli-beytə (ə) xüsusi bir düşmənçiliklə yanaşırdı. O, göstəriş vermişdi ki, imam Əsgərinin (ə) şəhadətindən sonra onun evində axtarış aparılsın və övladı haqqında məlumat toplanılsın. Bu barədə hakimiyyəti Cəfər məlumatlandırmışdı.
Davud ibn Əsvəd deyir: İmam Əsgəri (ə) mənə bir əsa verib buyurdu: "Bunu Əmriyə çatdır.” Yolda əsa sındı və gördüm ki, onun arasında məktub var. İmamın xidmətinə qayıtdıqda bu məsələni danışdım. Həzrət buyurdu: "Kimlərinsə bizi təhqir etdiyini görsən, tapşırılmış işin ardınca get və məbada cavab vermək fikrinə düşəsən və onu tanıtdırasan. Çünki biz çətin şəraitdəyik. Sən yoluna davam et, bil ki, sənin halından xəbər tuturuq. Bunu yadında saxla.”("Bihar”, c. 50, s. 283.)
Tarixi mənbələrdən məlum olur ki, imam öz səhabələrinə ona salam verməməyi tapşırmışdı. Әks-təqdirdə onun üçün təhlükə yaranardı.(Həmin mənbə, s. 304.
Həzrət öz şiələri ilə görüş üçün yer müəyyənləşdirmişdi. O buyurdu: "Filan yerdə, filan evdə gecə vaxtı müraciət edin. Məni orada taparsınız.”(Həmin mənbə.)
Məhəmməd ibn Əbdül-Əziz Bəlxi deyir: "Sübh vaxtı qoyunsatanların məhəlləsində oturmuşdum. Birdən imam Əsgərinin (ə) öz mənzilindən çıxdığını gördüm. Ürəyimdə dedim ki, bu şəxsin Allah höccəti olduğunu desəm, məni öldürərlərmi? Həzrət mənim yanımdan keçdiyi vaxt şəhadət barmağını ağızına yaxınlaşdırıb sakit olmaq işarəsi verdi. Həmin gecə həzrətlə görüşdüm. O buyurdu: "Ya gizlətməlisən, ya da qətlə yetiriləcəksən. Özünə görə Allahdan qorx.”("Bihar”, c. 50, s. 289.)
Mərhum Müqəddəs Ərdəbili buyurur: "Əgər hədisi, «bir kişi» ünvanı ilə nəql etsələr nəzərdə imam Həsən Əsgəri (ə) tutulmuşdur.”(Cameul-Ruvat”, c. 2, s. 462.)
Bütün bu məlumatlar imam Əsgərinin dövründə və həzrət Mehdi (ə) doğulan zaman vəziyyətin çətin olduğunu göstərir. Bu səbəbdən də həzrət Mehdinin (ə) mövludu gizlədilmişdir.
Bu arada imam Əsgərinin (ə) iki vəzifəsi vardı: Həzrət həm övladının dünyaya gəlişini sübuta yetirməli, həm də bu işi elə görməli idi ki, onun həyatı üçün təhlükə yaranmasın.
Sual: 132. Abbasi dövləti zəif olduğu halda həzrət Mehdi (ə) üçün hansı təhlükə yarada bilərdi?
Cavab: Bəziləri deyirlər ki, Abbasilər dövlətində işləri türklər əlinə aldığından xəlifələr çox zəif mövqeyə malik idi. Guya həmin dövrün siyasi vəziyyəti həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfi saxlanılması üçün əsas ola bilməz.
Uyğun iradı cavablandıraq:
1. Əgər Abbasi dövləti həmin dövrdə zəifləmişdirsə də, prinsipcə güclü dövlət sayılırdı.
2. Abbasilər türklərin hakimiyyətə nüfuzunun qarşısını ala bilməsə də, Əhli-beytə (ə) qarşı yekdil rəydə idilər.
3. Abbasilər daxili müxaliflərlə mübarizəyə məşğul olsalar da, heç vaxt əhli-beytlə mübarizəni yaddan çıxarmamışlar.
Sual: 133. İmam Əsgərinin (ə) şəhadətindən sonra siyasi vəziyyət necə idi?
Cavab: Zalım hakimlər imam Əsgəri (ə) övladı Mehdinin (ə) zülmlə aparacağı mübarizədən xəbərdar olduqları üçün hər yolla onu qətlə yetirməyə çalışırdılar. Həzrət Mehdiyə (ə) qarşı üç dəfə terror planı cızıldı. Amma düşmən bu planları həyata keçirə bilmədi. İmam Əsgərinin (ə) şəhadətindən bir neçə gün sonra Abbasi Mötəməd belə bir cəhd etdi. Mötəməddən sonra hakimiyyətə gəlmiş Mötəzid iki dəfə imam Mehdini (ə) aradan götürməyə cəhd göstərdi. Ondan sonrakı xəlifələr isə uyğun cəhdlərin nəticə vermədiyini görüb bu işdən ümidlərini üzdülər.
Şeyx Tusi bu iki cəhddən birini "Əl-ğeybət” kitabında Rəşiqin dilindən nəql etmişdir: "Mötəzid Abbasi məni başqa iki nəfərlə imam Əsgərinin (ə) evinə göndərdi ki, həzrət Mehdini (ə) həbs edək. Biz imamın evində möcüzə ilə qarşılaşıb məqsədimizə çata bilmədik...”("Əl-ğeybət”, s. 248.)
Sual: 134. Nərcis Xatunun ilk maliki kim olub?
Cavab: Bu məsələyə münasibətdə üç baxış mövcuddur:
1. Nərcis Xatun imam Hadinin (ə) mülkünə daxil oldu, sonra imam oğlu Əsgərini (ə) onunla evləndirdi. Rəvayətlərdə bu məsələyə işarə olunmuşdur.("Bihar”, c. 51.)
2. Nərcis Xatunun maliki imam Hadinin (ə) qızı Həkimə olmuşdur. İmam Hadi (ə) bacısına demişdir: "Nərcisi oğluma ver...”("Kəmalud-din”, s. 426»)
3. İmam Hadi (ə) Nərcis Xatunu bir başqasından almış və bacısına bağışlamışdır. Bu ehtimal daha güclüdür.
Sual: 135. İmam Mehdinin (ə) varlığına və dünyaya gəlişinə iman fəlsəfi fərziyyədirmi?
Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı əqli və fəlsəfi dəlillərə malik olsa da, bu sahədə Quran və hədislərdə yetərincə dəlillər var.
Həzrət Mehdinin (ə) mövludunu təsdiqləyən mütəvatir hədislərdən əlavə, səhih sənədli rəvayətlər də var. Bir çox mütəvatir məlumatlarda həzrətin varlığı sübuta yetirilir. Bu barədə danışacağıq.
Sual: 136. İmam Əsgərinin (ə) şəhadətindən sonra şiələrdən imamət silsiləsinin kəsildiyini düşünənlər oldumu?
Cavab: Əhməd Katib deyir: "Bəzi tarixçilər nəql edirlər ki, şiələr arasında imamətin dayandığını düşünənlər vardı. Bəzi
rəvayətlərdən də belə görünür ki, xalq Allahın qəzəbinə gəldikdə imamət cərəyanı dayana bilər...”
Deyilənlərə belə cavab vermək olar:
1. Tarixi mənbələrə müraciət etdikdə aydın olur ki, şiə cəmiyyəti bir əksəriyyət olaraq imam Mehdinin (ə) mövluduna inanırdı.
2. Şeyx Müfid və başqalarının bildirdiyi kimi, imam Əsgərinin (ə) vəfatından sonra şiələr 14 firqəyə bölündü. Amma qısa bir müddətdən sonra alimlər və səhabələrin çağırışları sayəsində hamı imam Mehdinin (ə) varlığı ilə bağlı yekdil rəyə gəldi.("Əl-füsulul-muxtarə”, s. 325.)
3. İmamətin kəsilməsindən danışan rəvayətləri diqqətlə nəzərdən keçirdikdə ziddiyyətlə rastlaşırıq. Həmin rəvayətdə imam Baqirdən (ə) belə nəql olunur: "Əgər Allah-tәala xalqa qəzəblənsə, bizi onlardan ayırar.” Əslində bu hədis həzrət Mehdinin (ə) qeybə çəkilməsini sübut edir.("Kafi”, c. 1, s. 343.)
4. Əgər ixtilaf bir şeyi batil saymaq üçün dəlil olsaydı, peyğəmbərlik məsələsi də şübhə altına alınmalı idi. Hansı ki, heç kim belə bir iddiada deyil. Məgər peyğəmbər xəbər verməmişdimi ki, ondan sonra ümməti 73 firqəyə bölünəcək?!
Sual: 137. Bir şəxsin dünyaya gəlişini fəlsəfi dəlillərlə sübut etmək olarmı?
Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişinin, varlığının dəlili əslində mütəvatir həddə çatmış nəqli məlumatlardır. Uyğun mövzu ilə bağlı səhih sənədli rəvayətlər mövcuddur. Bundan əlavə, bir çoxları imam Mehdi (ə) ilə görüşmüşlər.
Şiə alimləri nəqli dəlillərdən əlavə həzrətin mövludunun sübutu üçün əqli və fəlsəfi dəlillər də göstərmişlər. Bu dəlillər uyğun mövzu ilə bağlı rəvayətlərlə analogiya təşkil edir. Demək, bu sayaq dəlillərin heç bir eybi yoxdur.
Sual: 138. Həzrət Mehdinin (ə) mövluduna və onun bu vaxtadək sağ olmasına etiqad zəruridirmi?
Cavab: İmamət prinsipinə etiqad baxımından həzrət Mehdinin (ə) mövluduna və varlığına etiqad zəruridir. Şiəliyə görə imamət dinin üsuludur, yer üzü heç vaxt höccətsiz (imamsız) qala bilməz. Belə bir etiqadda olan insan həzrət Mehdinin (ə) mövluduna da inanır. Peyğəmbərdən nəql olunmuş mötəbər rəvayətlərə əsasən ondan sonra 12 imam var. Bu silsilə qiyamətədək davam edəcək. Bundan əlavə, hər bir imam özündən sonrakı imamı təsdiqləmişdir.
Tarixi baxımdan da şiə cəmiyyəti həzrət Mehdinin (ə) imamətini qəbul etmişdir. Digər bir tərəfdən, bilirik ki, imam Mehdini (ə) tanımaq hamının vəzifəsidir. Ona beyət etmək zəruridir. Beləliklə, imam Mehdi (ə) qeybdə olsa da, onun mövluduna və varlığına etiqad vacibdir.
Sual: 139. Nə üçün Quranda həzrət Mehdinin (ə) dünyaya gəlişi və varlığı məsələsi aşkar bəyan olunmur?
Cavab: Əvvəla, Quranda bir çox əqidə və əməllə bağlı məsələlərə işarə olunmamışdır. Bu iş peyğəmbərin öhdəsinə düşmüşdür. Bununla belə, bütün əqidə və əməllərin qaynağı Qurandır.
İkincisi, Quranın bəzi ayələrindən məlum olur ki, hər bir dövrdə Allahın kamil və məsum bir höccəti mövcuddur. Bu ayələr haqqında növbəti söhbətlərimizdə danışacağıq.
Sual: 140. Nə üçün uzaq gələcək üçün nəzərdə tutulmuş insan uzaq keçmişdə dünyaya gəlməlidir?
Cavab: Bəzən soruşurlar ki, əgər Allah-tәala yer üzündə ədaləti tarixin sonunda bərpa etmək istəyindədirsə, nə üçün ümumdünya ədalət hökumətinə rəhbərlik edəcək şəxsi xeyli müddət əvvəl yaratsın? Nə üçün həmin şəxs ehtiyac duyulan zamanda xəlq olunmamalıdır?
Uyğun iradları cavablandıraq:
1. Əqli və nəqli dəlillərdən aydınlaşır ki, dövr heç vaxt ilahi höccətsiz, imamsız olmur. Burada həm şəri, həm də yaranış amilləri rol oynayır. Bu məsələni qarşıdakı söhbətlərimizdə isbat edəcəyik.
2. Artıq alimlər tərəfindən qəbul olunmuşdur ki, varlıq tədrici hərəkət üzərində qurulmuşdur. İstisnasız olaraq hər şey tədrici hərəkətdədir. Bu tədricilik Allahın qüdrətinə zidd deyil. Çünki Allah-tәala göyləri və yeri bir anda yox, altı gün müddətində xəlq etmişdir.
Məgər Allah varlıq aləmini bir anda yarada bilməzdimi? Əlbəttə ki, yarada bilərdi! Nə üçün insanın nütfəsi ana bətnində 9 ay qalmalı, təbii bir yol keçib insan formasına düşməlidir? Məgər Allah insanı bir anda xəlq edə bilməzdimi? Əlbəttə ki, O, buna qadirdir! Ümumdünya ədalət hökumətinə münasibətdə də eyni halla rastlaşırıq. Allah tarixin sonunda baş verəcək işləri öncədən hazırlayır.
3. İntizar fəlsəfəsini nəzərdən qaçırmaq olmaz. Dünyaya gəldiyi halda qeybə çəkilən kəslə hələ ki dünyaya gəlməmiş kəsin intizarı arasında böyük fərq var. Qeybdə olan şəxsin intizarı daha böyük təsirə malikdir.
Sual: 141. Əgər həzrət Mehdinin (ə) dünyaya gəlişi gizli şəkildə baş vermişsə, mütəvatir (yetərli sayda) hədislər və icmanın rəyi xas götürülə bilərmi?
Cavab: Mütəvatir dedikdə öncədən yalan danışmağa razılığa gəlməsi mümkün olmayan bir çoxlarının eyni bir xəbəri nəql etməsi başa düşülür. Həzrət Mehdinin (ə) dünyaya gizli şəkildə gəlişi bu mövzuda mütəvatir hədislərin mövcudluğuna zidd deyil. Çunki bu mövzuda imam Əsgəridən (ə) və başqalarından xeyli rəvayət nəql olunmuşdur. Eləcə də, həzrət Mehdi (ə) ilə görüşənlərin sayı az deyil.
Bəzi şiələrin ixtilafı da bu hədislərin mütəvatir olmasına zidd deyil. Çünki bu mövludun hansı şəkildə baş verməsi ilə bağlı ixtilaflar təbiidir. Şeyx Müfid bildirir ki, həzrət Mehdinin (ə) mövluduna müxalif olanlar alimlərin və səhabələrin izahatı, eləcə də, həzrətin möcüzələri vasitəsi ilə haqqı qəbul etdilər.("Əl-füsulul-muxtarə”.)
Sual: 142. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı müxalifət şəkk-şübhə yaratmırmı?
Cavab: Əhməd Katib həzrət Mehdinin (ə) mövludu ilə bağlı ixtilaflardan istifadə edərək bu məsələyə biganəlik yaratmaq istəmişdir.
Cavab olaraq deməliyik: Əvvəla, hər hansı mövzu ilə bağlı ixtilaf onun batilliyini yox, mövcudluğunu təsdiqləyir. Əgər ixtilaf olmasaydı, heç bir məsələ sübuta yetməzdi. İstənilən bir mövzuya münasibətdə müxtəlif baxımlardan ixtilaf düşmüşdür.
Məgər İslam ümməti həzrət Peyğəmbərin (s) buyurduğu kimi onun vəfatından sonra 73 firqəyə bölünmədinmi?! Elə düşünmək olardı ki, bu parçalanma İslamı sarsıdar. Əslində isə belə olmadı. Bu parçalanmalar İslama münasibətdə heç bir şəkk-şübhə yarada bilmədi.
İkincisi, həmin dövrün siyasi təzyiqləri nəticəsində imamın dünyaya gizli gəlişinin müxtəlif münasibətlərlə üzləşməsi təbiidir.
Üçüncüsü, Şeyx Müfidin dediyinə əsasən, şiə cəmiyyəti çox keçməmiş həzrət Mehdinin (ə) mövludu ilə bağlı yekdil qərara gəldi. Alim deyir: "Həmin firqələrdən hazırda, hicri 373-cü ildə 12 imamçı şiə firqəsindən başqa firqə qalmamışdır...”("Əl-füzulul-muxtarə”, s. 321; "Bihar”, c. 37, s. 23.)
Bəzilərinin həzrət Mehdinin (ə) mövludunu inkar etməsi əhli-beytin nəzərindən yayınmamışdır. Bu səbəbdən də uyğun məsələyə rəvayətlərdə işarə olunmuşdur. Şeyx Səduq səhih sənəd əsasında imam Musa (ə) ibn Cəfərdən (ə) belə nəql edir: "Sahibəzzaman o kəsdir ki, onun haqqında "hələ doğulmamışdır” deyilər.”(Kəmalud-din”, s. 360; "Bihar”, c. 51. s. 159.)
Sual: 143. İmam Əsgərinin (ə) vəfatından sonrakı əsr heyrət və şübhə əsri idimi?
Cavab: Əhməd Katib deyir: "İmam Əsgərinin (ə) vəfatından sonra şiə cəmiyyətində imamət və həzrətin övladının mövludu ilə bağlı şəkk-şübhə yarandı.” Müəllif yaranmış fikir ayrılığından istifadə edərək həzrətin mövludunun icma tərəfindən qəbul olunmamasını sübuta yetirmək istəyir.
Əvvəla, avam xalq arasında şəkk-şübhə təbii bir məsələdir. Həmin dövrün siyasi durumu və həzrətin qətlə yetirilmə ehtimalı tələb edirdi ki, bu mövlud gizli qalsın. Yalnız imam Əsgərinin (ə) ən yaxın adamları bu məsələdən xəbər tutdu və onlar vasitəsi ilə hamıya məlumat çatdırıldı.
İkincisi, uyğun mövzu ilə bağlı yaranmış ixtilaflar bu mövludun həqiqət olması dəlilidir. Yəni mövlud olmuşdur, sadəcə, bu iş məxfi baş verdiyindən bəziləri şübhəyə düşmüşlər.
Üçüncüsü, dəfələrlə qeyd olunduğu kimi, qeybin ilk dönəmlərində avam xalq tərəddüdə düşsə də, qısa bir müddət sonra məzhəb başçıları xalqı bu mövludun gerçəkliyinə inandırdılar. Beləliklə, şiə cəmiyyəti tam şəkildə şəkk-şübhədən çıxmış, hamı həzrət Mehdinin (ə) mövluduna inanmışdır.
Sual: 144. Şəkk-şübhəni aradan qaldırmaq üçün alimlər və səhabələr hansı işləri görmüşlər?
Cavab: Şübhəsiz ki, həzrət Mehdinin (ə) qeybindən sonra kütlə arasında şəkk-şübhə rəvac tapmışdır. Çünki xalq öz imamını görmürdü. Amma alimlərin və səhabələrin fədakarlığı sayəsində bu şübhə aradan qaldırıldı. Uyğun istiqamətdə görülən işlərdən biri münasib kitabların tərtibi idi. Bu kitablar arasında Məhəmməd ibn İbrahim Nemaninin "Əl-ğeybət”, Əli ibn Babәvеyh Qumminin "Əl-imamət vəl-təbsirə minəl-heyrət”, Məhəmməd ibn Əli ibn Babәvеyhin "İkmalud-din və itmamun-nemət”, Şeyx Tusinin "Əl-ğeybət” kitabları diqqəti cəlb edir. Əli ibn Babәvеyh öz kitabı haqqında deyir: "Mən bu kitabda şəkk-şübhəni aradan qaldıra biləcək xəbərlər topladım...”("Əl-imamət vət-təbsirə”, s. 9.)
Sual: 145. Digər dövrlərdə həzrət Mehdinin (ə) mövludu ilə bağlı şübhələri aradan qaldırmaq üçün kitablar yazıldımı?
Cavab: Hər dövrün şiə alimləri özlərindən əvvəlki alimlərin yolunu davam etdirərək mövludla bağlı şübhələri aradan qaldıracaq kitablar tərtib etmişlər. Onlardan bəzilərini yada salaq: Əbu İshaq İbrahim ibn İshaq Əhməri Nəhavəndinin "Kitabul-ğeybət”, Əbu-İshaq İbrahim ibn Əl-Ənmati Kufi Əsədinin "Kitabul-ğeybət”, Əhməd ibn Hüseyn Əbdüllah Mehrani Abinin "Tərtibul-ədillə...”, Əbül-Əbbas Əhməd ibn Əli Razinin "Əşşəfa vəl-cəla ənil-ğeybət”, Əbül-Həsən Əhməd ibn Məhəmməd ibn İmran ibn Musanın "Əl-Ğeybət”, Əşrəf ibn Azın "Əl-Ğeybət”, Əbu Məhəmməd Həsən ibn Həmzənin "Əl-Ğeybət”, Əbu-Məhəmməd Həsən ibn Məhəmməd ibn Yəhyanın "Kitabul-ğeybət və zikrul-qaim”, Əbül-Həsən Hənzələ ibn Zəkəriyya Təmimi Qəzvininin "Kitabul-ğeybət”, Əbül-Həsən Səlamət ibn Məhəmməd ibn İsmailin "Kitabul-ğeybət və kəşful-heyrət”, Əbülfəzl Abbas ibn Hişam Naşiri Əsədinin "Kitabul-ğeybət”, Əbül-Abbas Əbdüllah ibn Cəfər ibn Hüseyn Həmiri Qumminin "Kitabul-ğeybət”, Əbu-Məhəmməd Əbdül Vəhhab Madərainin "Kitabul-ğeybət”, Şeyx Müfidin "Kitabul-ğeybət”(Müəllifin başqa kitabları da var), Əbül-Qasim Əli ibn Hüseynin "Əl-məqnə fil-ğeybə”, Əli ibn Məhəmməd ibn Əli ibn Ömər ibn Riyahın "Kitabul-ğeybət”, Əbu Əli Katibin "Əzalətur-Ran ən qulubul-ixvan fil-ğeybət”, Əbu-Əbdullah Məhəmməd ibn Əhməd Səfvaninin "Kitabul-ğeybət və Kəşful-heyrət”, Məhəmməd ibn Zeyd ibn Əli Farsinin "Kitabul-ğeybət”, Əbül-Fəth Məhəmməd ibn Əli ibn Osman Kəracəkinin "Əl-bürhan...” Əbu-Bəkr Məhəmməd ibn Qasim Bəğdadinin "Kitabul-ğeybət”, Əbül-Nəzr Məhəmməd ibn Mənsur Əyyaşinin "Kitabul-Ğeybət”, Əbül-Fərəc Müzəffər ibn Əli ibn Hüseyn Həmədaninin "Kitabul-ğeybət” əsərləri.
Yuxarıda sadalanan kitablar hicri üçüncü əsrin sonunadək tərtib olan kitablardır.
Sual: 146. Həzrət Mehdinin (ə) mövludu ilə bağlı xəbərlərin kimlərinsə tərəfindən uydurulması mümkündürmü?
Cavab: Bəziləri iddia edə bilər ki, şiələr aldanaraq kimlərinsə uydurduğu rəvayətləri nəql edirlər.
Hansı ki, şiələr hər hansı bir məlumatı əsassız qəbul etmirlər:
1. Əgər hər hansı mütəvatir hədisin kimlərinsə tərəfindən uydurulduğunu ehtimal versək, bütün şəriətə şübhə ilə yanaşmalıyıq. 
Mütəvatirlik isə özü bir sübutdur.
2. Əgər bu məlumatlar uydurulmuş olsaydı, ən azı şiə düşmənləri bu məsələni qabardardı. Hansı ki, əsrlərcə ötməsinə baxmayaraq belə bir ittiham irəli sürülməmişdir.
Sual: 147. Şiələrin qəbul etmədiyi icma prinsipinə əsasən həzrət Mehdinin (ə) mövludunu qəbul etmək olarmı?
Cavab: Əvvələn, şiə əqidəsi mötəbər dəlilə əsaslanan icmanı qəbul edir və belə bir icmanı sübut yolu sayır. Şiə cəmiyyətində mövcud olan icma da məhz belə icmadır.
İkincisi, şiələr həzrət Mehdinin (ə) mövludunu təkcə icma ilə sübuta yetirmir. İcmadan əlavə əql, Quran və səhih rəvayətlər kimi başqa dəlillər var.
 
Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
Müəllif: Əliəsğər Rizvani
 
 
Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.