» » » İmam Mehdinin (ə.f) mövludu (4-cü hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Mehdinin (ə.f) mövludu (4-cü hissə)
+5
Müəllif: Yusifi Zehra | 3-06-2015, 16:00 | Baxılıb: 1 426
 
İmam Mehdinin (ə.f) mövludu (4-cü hissə)
 
Sual: 148. Mehdi (ə) haqqındakı xəbərlər dolaşıq deyilmi?
Cavab: Əhli-beytdən (ə) həzrət Mehdi (ə) ilə bağlı nəql olunmuş rəvayətlərdə konkret bir şəxsin dünyaya gəlişindən xəbər verilir. Bildirilir ki, bu şəxs uzun müddət qeybdə qaldıqdan sonra zühur edəcək. Diqqət yetirsək, görərik ki, imamların hər biri zühur edəcək şəxsin neçənci övlad olmasını konkret qeyd edir. Rəvayətlərdə onun qeybə çəkiləcəyi, qeybin növləri, dünyaya gəlişinin məxfi olacağı, xalqın şəkk-şübhəyə düşəcəyi açıqlanır. Əlbəttə ki, bəzi qaranlıq məsələlər də var. Bu isə siyasi sıxıntılar olan bir cəmiyyət üçün tam təbiidir. Bütün bunlardan sonra həzrət Mehdi (ə) mövzusunu dolaşıq saymaq düzgün olmaz.
Sual: 149. Əgər həzrət Mehdinin (ə) şəxsiyyəti aşkar idisə, nə üçün bir çoxları yalançı mehdilərə inanırdı?
Cavab: Əhməd Katib deyir: "Əgər həzrət Mehdinin (ə) xilaskar olması aydın idisə, nə üçün bir çoxları həzrət Əlinin (ə), onun oğlu Hənəfiyyənin, imam Sadiqin (ə), imam Kazimin (ə), imam Hadinin (ə) oğlu Seyyid Məhəmmədin, hətta imam Əsgərinin (ə) Mehdi olmasını iddia edirdi?”
Məsələni araşdıraq:
1. Əgər həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə həzrət Mehdinin zühuru, onun imam Əsgərinin (ə) oğlu olması aşkar şəkildə bəyan olunmuşdusa, hansı əsasla başqalarını Mehdi (ə) saymaq olardı?! Amma bəziləri zülm-sitəmi şiddətli görüb, eyni zamanda bütün Əhli-beyti (ə) saydığından bəzən Məhdəviyyət ümidi ilə imamların sorağına gedirdi. Belələri, adətən, sadəlövh və nadan insanlar olmuşdur. Əlbəttə ki, uyğun məsələyə siyasi durumun da təsiri danılmazdır.
2. Başqalarını Mehdi (ə) sayanlar qısa bir müddət sonra şiələrə qoşularaq öz iddialarından əl çəkmişlər.
3. Bir məzhəbin əqidəsi onun alimləri ilə təsbit olunur. İmam Əsgərinin (ə) övladı Mehdinin (ə) zühuruna əqidə əksər şiə alimlərinin qəti fikridir.
4. Haqqında danışılan dövr ziddiyyətli olduğundan bəziləri bir müddət başqalarını Mehdi (ə) saymışlar. Amma qısa bir müddətdən sonra şəkk-şübhələr aradan qalxmışdır.
Sual: 150. İmam Əsgəri (ə) öz şəhadətindən öncə anasına vəsiyyət etmişdirmi?
Cavab: Şeyx Müfid deyir: Bəziləri imam Əsgərinin (ə) vəqf və sədəqə işləri barədə öz anasına vəsiyyətini dəlil gətirərək həzrət Mehdinin (ə) mövludunu inkar edirlər. Hansı ki, bu işdə məqsəd Mehdinin (ə) mövludunu hakim rejimdən məxfi saxlamaq olmuşdur. Əgər bu vəsiyyətnamədə həzrət Mehdinin (ə) adı çəkilsəydi, onu mövcud rejimdən qorumaq mümkünsüz olardı. Bunu da qeyd etməliyik ki, uyğun vəsiyyətnamədə Bəni-Abbasi nümayəndələrinin şəhadəti qeyd olunmalı idi. Məgər imam Sadiq (ə) öz vəsiyyətnaməsində eyni məqsədlə övladının imamətini gizlətməmişdimi?! İmam (ə) bu məqsədlə vəsiyyətnamədə öncə Mənsur Abbasi, Rəbi, Qazi, kənizi Hümeydə Bərbəriyyənin adını çəkir, sonda övladı Musa ibn Cəfərin (ə) adını qeyd edir. Həzrət yaxın səhabələrinə öz övladının imamətini açıqlasa da, vəsiyyətnaməsində onu qorumağa çalışır.("Əl-Məsailul-Əşərə”, s. 69-72.)
Sual: 151. İmam Əsgəridən (ə) nəql olunmuş mütəvatir mötəbər xəbərlər arasında həzrət Mehdinin (ə) imaməti haqqında məlumat varmı?
Cavab: Həzrət Mehdinin (ə) imamətini müxtəlif yollarla sübut etmək olar. Uyğun yanaşma bütün məsumların imamətinə aiddir:
1. Öncə qeyd olunduğu kimi, imam Əsgəridən (ə) öz övladının imaməti haqqında mötəbər hədislər nəql olunmuşdur.
2. İmamət və yer üzünün höccətsiz qalmaması qəti dəlillərlə sübuta yetirilirsə, növbəti imamın kim olması məsələsi səhih sənədli bir xəbərlə təsdiqlənir.
3. Öncə işarə olunduğu kimi haqqında danışılan mövzu ilə bağlı həzrət Peyğəmbər (s) və imamlardan yetərincə hədislər nəql olunmuşdur.
4. Peyğəmbərliyin sübutunda ən ümdə yol möcüzə olduğu kimi, imamətin isbatında da bu yoldan faydalanmaq olar. Hər bir imamın özündən sonrakı imamı təsdiqləməsi də etibarlı sübut yoludur.
5. Bəzi imamlar haqqında bir mötəbər sənəd olsa da, mövcud xarici dəlillər insanda əminlik yaradır. İmamlara münasibətdə Bəni-Üməyyə və Bəni-Abbasi hakimlərinin təzyiqləri, şübhəsiz ki, uyğun mövzunun aşkar şəkildə nəql olunmasına maneçilik törətmişdir.
6. Həzrət Peyğəmbərdən, imamlardan, eləcə də, imam Əsgəridən (ə) nəql olunmuş rəvayətləri nəzərdən keçirdikdə, həzrət Mehdinin (ə) möcüzələri ilə tanış olduqda aydınlaşır ki, həzrət Mehdinin (ə) imamət məsələsi mütəvatir xəbərlər yolu ilə sübuta yetmişdir.
Sual: 152. İmamiyyə böyükləri imam Əsgərinin (ə) vəfatından sonra həzrət Mehdinin (ə) mövludunu yekdilliklə qəbul etmişdirmi?
Cavab: Bəli, imam Həsən Əsgərinin (ə) vəfatından sonra səhabələr və imamiyyə şiə başçıları imam Mehdi (ə) mövluduna münasibətdə yekdil rəydə olmuşlar. İlkin vaxtlarda bu mövluda şəkk-şübhə ilə yanaşanlar vardısa, qısa bir müddətdən sonra alimlərin səyləri nəticəsində əsrin imamına möhkəm bir etiqad yarandı. "Əl-füzulul-muxtarə” kitabında Şeyx Müfid belə deyir: "Hicri 373-cü ildə yalnız 12 imamçı şiə firqəsi qalmışdı. Onlar imam Əsgərinin (ə) həzrət Peyğəmbərin (s) adını daşıyan övladının imamətinə inanırdılar, onun sağ olmasını qəbul edirdilər. Həzrət Mehdinin (ə) bir zaman qiyam edəcəyinə kimsə şübhə etmirdi...”("Əl-füzulul-muxtarə”, s. 321.)
Sual: 153. Həzrət Mehdinin (ə) mövludu haqqında şiə tarixçiləri nə deyir?
Cavab: Şiə tarixçiləri yekdil olaraq hicri 255-ci ili həzrət Mehdinin (ə) doğum tarixi kimi qəbul edirlər. Bu alimlərdən bəzilərinin adını çəkək: Kuleyni, Şeyx Müfid, Ərbili, Şeyx Tusi, Kəfəmi, Təbərsi, Əllamə Məclisi, Şeyx Bəhai.
Sual: 154. İmam Mehdinin (ə) mövluduna inanmayan şəxsin hökmü nədir?
Cavab: Həzrət Mehdinin (ə) mövludu və onun varlığı tarix boyu şiə inancı olduğundan və dini zərurət sayıldığından şiə icmasının rəyi budur ki, bu mövludu, imamın varlığını inkar edən şəxs şiəlikdən xaricdir. Bir inanc məzhəbdə zərurət sayılırsa, onun inkarı üçün gətirilən dəlillər qəbul deyil.
Qədim və müasir imamiyyə alimlərinin rəyinə görə imamət dinin üsullarındandır və istənilən bir zamanda məsum imamı insan dindən çıxmış sayılır. Belə bir şəxs sünnə əhli kimi zahirən müsəlman hökmündədir.
Sual: 155. Həzrət Mehdi (ə) anadan olan vaxt kimlər onu ziyarət etmişdir?
Cavab: Həzrət Mehdi (ə) anadan olan vaxt beş şəxsin onu ziyarət etdiyi bildirilir: İmam Cəvadın (ə) qızı Həkimə, doğuşu qəbul edən qadın, Nəsim və Mariyə, imam Əsgərinin (ə) kənizi.("Kəmalud-din”, 430; "Əl-ğeybət”, Tusi, s. 240-242.)
Sual: 156. İmam Əsgərinin (ə) həyatının son beş ilində həzrət Mehdini (ə) kimlər görmüşdür?
Cavab: Həmin beş ildə həzrət Mehdini (ə) görənlər arasında aşağıda adı çəkilənlər olmuşdur: Məhəmməd ibn Osman Əmri (40 nəfərlə birlikdə), Əbu-Harun, Yəqub ibn Mənquş, Əmr Əhvazi, imam Cəvadın (ə) qızı Həkimə, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Əbu-Nəsr Zərif-Xadim, Əbu Əli ibn Mutəhhər, Üqəyd-Xadim və İsmail ibn Əli Növbəxti, Nəsim, imam Əsgərinin (ə) səhabələri, fars bir kişi, Əbu-Əmr, İbrahim ibn Əbdə Nişapuri və onun xadimi, Rəşiq Sahibi Madəri, Kamil ibn İbrahim Mədəni, Əhməd ibn İshaq Qummi.(Kəmalud-din”, "Bihar”, "Əl-irşad”, "Kafi”, "Əl-ğeybət”.)
Sual: 157. Kiçik ("suğra”) qeyb dövründə imamla kimlər görüşmüşdür?
Cavab: Kiçik qeyb dövründə imamla görüşənlər çoxdur. O cümlədən: Məhəmməd ibn Osman Əmri, Turəyf və Əbu-Nəsr, Əzdi, İbrahim ibn İdris, Əbi-Əbdillah ibn Saleh, İbrahim ibn Məhzyar, Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər və başqaları.("Kəmalud-din”, "Əl-irşad”, "Yәnabiul-Mәvəddət”.)
Mərhum Məclisi bir rəvayətdə kiçik qeyb dövründə imamla görüşmüş 265 nəfərin adını çəkir.("Bihar”, c. 52, s. 1-77.)
Sual: 158. İmam Əsgərinin (ə) övladı olmasını irsiyyət alimləri təsdiqləyirmi?
Cavab: Bəli, bu alimlərdən bir qrupu imam Həsən Əsgərinin (ə) Məhəmməd adlı, "Höccət”, "Mehdi” (ə) ləqəbli övladı olduğunu bildirirlər. Bu alimlərlə tanış olaq: Kiçik qeyb dövründə yaşamış Səhl ibn Əbdillah ibn Davud ibn Süleyman Buxari, hicri V əsrin məşhur irsiyyətçi alimi Seyyid Əmri, hicri V əsrin tanınmış alimi Fəxr Razi Şafei, hicri Vİ əsrin alimi Müruzi Əzvər-Qani, Cəmaləddin Əhməd, hicri Xİ əsrin alimi Əbül-Həsən Məhəmməd Hüseyni Yəmani Sənani Zeydi, Məhəmməd Əmin Süyudi, Məhəmməd Veys Heydəri Suri, Əllamə Seyyid Məhəmməd ibn Hüseyn İbn Əbdüllah Hüseyni Səmərqəndi Mədəni, Şərif Ənəs Kətbi Həsəni, Seyyid Məhəmməd ibn Əhməd ibn Həmkddin Nəcəfi, Şərif Ənəs Kutubi Həsəni.
Sual: 159. İmam Mehdinin (ə) əmisi Cəfər onun mövludunu inkar etmişdirmi?
Cavab: Cəfər bu mövludu inkar etmişsə də, bəzi səbəblərdən bunu nəzərə almamaq lazım gəlir:
1. Möhkəm dəlillərə əsasən həzrət Mehdinin (ə) mövludu sübut olunmuşdur.
2. Ümmət yekdil olaraq bu rəydədir ki, Cəfər məsum olmamışdır. Adi zümrədən olan Cəfərin büdrəmə ehtimalları var. Necə ki, həzrət Yəqubun övladlarından bəziləri yolunu azmışdır.
3. Bəzi xəbərlərdən məlum olur ki, Cəfər yolunu azdığından imam Əskərinin (ə) övladı olmasını inkar etmişdir.
4. Ehtiyatla yanaşılası məsələlərdən biri budur ki, Cəfər layiq olmadığından imam Əsgəri (ə) öz övladını ona göstərməmişdir.
Sual: 160. Nə üçün Cəfər "yalançı” kimi tanınır?
Cavab: İmamın müqəddəs nümayəndəliyi tərəfindən verilən məlumata əsasən, həzrət Mehdi (ә) Cəfər haqqında buyurmuşdur:
"Heç şübhəsiz, bu şəxs Allaha iftira yaxır, iddiaları yalandır. İddialarını necə sübut edəcəyini bilmirəm. And olsun Allaha ki, o halalı haramdan seçmir, yanlışı doğrudan ayıra bilmir...”("Əl-ğeybət”, Tusi, s. 288-290; "Bihar”, c. 53, s. 195.)
Bu məlumatlardan aydınlaşır ki, Cəfəri ilkin olaraq həzrət özü "yalançı” adlandırmışdır. Sonralar Cəfər bu ləqəblə tanınmışdır. Bəziləri isə bildirirlər ki, Cəfər, sadəcə, imam Cəfər Sadiqdən (ə) fərqləndirilmək üçün bu ləqəblə çağırılmışdır.
Sual: 161. Cəfər hansı ləyaqətsiz işlər görmüşdür?
Cavab: İmam Hadinin (ə) oğlu Cəfər qardaşı imam Əsgəri (ə) dünyasını dəyişdikdən sonra bir sıra ləyaqətsiz işlər görmüşdür. O cümlədən:
1. Özbaşına olaraq qardaşı imam Əsgərinin (ə) cənazə namazını qılmağa cəhd göstərmişdir.(Kəmalud-din”,c. 2, s. 475.)
2. İmamət və rəhbərlik iddiasında olmuşdur. Cəfər Abbasi vəziri Əbdüllah ibn Yəhya ibn Xaqana belə demişdir: "Qardaşımın məqamını mənə verin. Mən sizə ildə 20000 dinar ödəyəcəyəm.”(Həmin mənbə, c. 2, s. 379)
3. Cəfər qardaşının mülkünə sahib çıxmaq məqsədi ilə onun övladı olmadığını iddia etmişdir. Abbasi hökuməti Cəfərə icazə vermişdir ki, qardaşının mülkünə sahib dursun.(Kafi”, c. 1, s. 505.)
4. Cəfər imam Mehdinin (ə) həbs olunması üçün hökuməti təhrik etmişdir.
Sual: 162. Nə üçün həzrət Mehdi (ə) öz əmisi Cəfəri həzrət Yusifin qardaşlarına oxşatmışdır?
Cavab: İmam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə tapşırığında buyurur: "Əmim Cəfərin və onun övladlarının tutduğu yol Yusifin qardaşlarının yolu kimidir...”("Bihar”, c. 53, s. 180.)
Oxşar cəhətləri nəzərdən keçirək:
1. Həzrət Mehdinin (ə) əmisi Cəfərin hökmünü peyğəmbər övladlarının hökmü kimi onların babalarının ixtiyarına verək və bu barədə danışmayaq.
2. Yusifin qardaşları tövbə etdiyi kimi, Cəfər də tövbə etmişdir. Çünki bəziləri Cəfəri "təvvab” ləqəbi ilə çağırmışlar.
3. Yəqubun övladları günaha batdıqda Allah Yəquba xatir onları bağışladı. Cəfər də imamın oğlu, imam qardaşı və imam əmisi olduğu üçün bağışlandı.
4. Peyğəmbər övladları peyğəmbərlər kimi məsum olmur. Yəqubun övladları günaha batdığı kimi, imamın da övladı günaha bata bilər.
Sual: 163. Nə üçün peyğəmbərlərin və imamların bəzi övladları yolunu azır?
Cavab: Əvvəla, Cəfər imam övladı olsa da, ana tərəfdən zəmanət almamışdır. Aydın məsələdir ki, məsum imamlar həm ata, həm də ana tərəfdən pakdırlar. Onların övladları haqqında bu sözü demək olmaz. Bu səbəbdən də peyğəmbər və imamların bəzi övladları yolunu azmışdır.
İkincisi, olsun ki, peyğəmbərlərin və imamların həyatında bəzi problemlərin yaranması onların ilahiləşdirilməməsi məqsədini daşıyır.
Sual: 164. İmam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsi caizdirmi?
Cavab: Əhməd ibn Katib iddia edir ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamətin iki qardaşa ötürülməsinin mümkünsüzlüyü zəif məlumatdır və həmin vaxt bu məsələ icma tərəfindən qəbul olunmamışdır...
Mütəvatir məlumatlar əsasında şiə məzhəbində qəbul olunmuşdur ki, imam Həsən (ə) və imam Hüseyndən (ə) sonra imamət iki qardaşa ötürülə bilməz.
İsmail ibn Əli Növbəxti deyir: "İmamlardan nəql olunmuş mütəvatir xəbərlərdən bildirdik ki, Həsən (ə) və Hüseyndən (ə) sonra yalnız imamın övladı imam ola bilər.”("Kəmalud-din”.)
Əşəri Qummi və Əli ibn Həsən Növbəxti də bu əqidədə olmuşdur.
Məsələnin aydınlaşması üçün bəzi rəvayətlərə nəzər salaq:
Kuleyni səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: "Həsən və Hüseyndәn sonra heç vaxt iki qardaş imam olmayacaq.”("Kafi”, c. 1, s. 285.)
Digər bir səhih sənədə əsasən imam Sadiqdən (ə) belə nəql olunur: "Həsən və Hüseyn sonra iki qardaş imamətə çatmaz.”(Həmin mənbə, s. 286.)
İsmail ibn Bəzh nəql edir ki, imam Rizadan (ə) belə sual olundu: "İmamət əmi və ya dayıya keçirmi?” Həzrət buyurdu: "Xeyr.”
Ərz olundu: "İki qardaşa necə?” Həzrət buyurdu: "Xeyr”.(Həmin mənbə.)
Sual: 165. Şiələr imam Əsgərinin (ə) şəhadətindən sonra Cəfərə başsağlığı verdilərmi?
Cavab: Əhməd Katib deyir: "Əbül-Ədyandan nəql olunmuş hədisə əsasən şiələr imam Əsgərinin (ə) vəfatından sonra Cəfərə başsağlığı verib, onun imamət məqamını təbrik etdilər.”
Bəs əslində necə olub?
1. Əbül-Ədyanın nəql etdiyi hədisə nəzər saldıqda görürük ki, Əhməd Katib bu hədisdən düzgün nəticə çıxarmamışdır. Əbül-Ədyan deyir: "Qəfildən imam Əsgərinin (ə) qardaşı Cəfəri həyətdə gördüm. Şiələr onun ətrafında cəmləşib başsağlığı verir, təbrik edirdilər.” Hədisdən yalnız bu aydın olur ki, həzrət Mehdinin (ə) imamətindən xəbərsiz şiələr Cəfərin imamətə çatdığını güman etmişlər.
2. Əhməd Katib iddia edir ki, Cəfəri təbrik edənlər arasında imam Mehdinin (ə) birinci naibi Osman ibn Səid də olmuşdur. Hansı ki, hədisdə bu şəxsin adı çəkilmir. Bir daha məlum olur ki, Əhməd Katib hansısa məqsədlə yalan danışır... Əbül-Ədyanın rəvayətlərinə müraciət etdikdə görürük ki, Cəfər öz iddiasında yalançı olmuşdur. Əbül-Ədyan deyir: "Həzrətin qapısına çatdığım vaxt gördüm ki, onu kəfənə bükmüşlər. Cəfər cənazəyə namaz qılmaq üçün önə keçdi. Namazın təkbirini demək istədiyi vaxt pərdənin arxasından çıxan uşaq Cəfərin əbasını çəkdi və buyurdu: "Kənara çəkil, əmi. Atamın namazını qılmağa mən daha layiqəm.” Cəfər rəngi qaçmış vəziyyətdə kənara çəkildi. Uşaq qabağa keçdi və imam üçün cənazə namazı qıldı. İmam atasının qəbrinin yanında dəfn olundu. Sonra körpə buyurdu: "Ey Bəsri! Səndəki məktubun cavabını mənə ver.” Mən də onu həzrətə verdim...”(Kəmalud-din”,s. 275-276; "Bihar”, c. 52, s. 67.)
Sonra Əbül-Ədyan belə deyir: "Cəfəri belə görüb öz-özümə dedim: Əgər bu (Cəfər) imamdırsa, demək, əslində imamət batildir. Çünki, mən onu şərab içən, qumar oynayan, tənbur çalan görmüşəm...”(Həmin mənbə.)
 
Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
Müəllif: Əliəsğər Rizvani
 
 
Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.