İmam Mehdinin (ə) izdivacı (evlənməsi)
Sual: 366. İmam Mehdi (ə) izdivac etmişdirmi?
Cavab: "Şəxsin qeybi” nəzəriyyəsinə əsasən həzrət izdivac etməmişdir. Çünki o bütün insanlardan məxfidir. İzdivac üçün xalqla rabitədə olmaq lazım gəlir. Bu isə qeyb fəlsəfəsinə uyğun deyil. "Ünvan gizliliyi” nəzəriyyəsinə əsasən isə həzrət izdivac edə bilər və bu islami sünnədir. Amma əldə olan sənədlər birinci baxışı təsdiqləyir:
1. Əksər rəvayətlərdə "şəxsi qeyb” nəzəriyyəsinə üstünlük verilir.
2. Əmrinin rəvayətində həzrətin həcc mövsümündə olması bildirilsə də, bu rəvayəti imam nəql etməmişdir. Eyni zamanda, bu xəbər həcc mövsümünə aiddir.
3. Həzrət üçün tam qeyb müəyyənləşdirilmişdir.
4. Əgər izdivac olsaydı, səfirlər və vəkillər bu məsələyə toxunardılar.
5. Məsudi Əli ibn Əbu-Həmzədən nəql edir:
Biz imam Rizaya (ә) ərz etdik ki, rəvayətlərə əsasən imam öz nəslini görməmiş dünyadan getməz? İmam Riza (ə) buyurdu: "Məgər sizə çatmayıbmı ki, Qaimdən savay?!”("İsbatul-vəsiyyə”, s. 201.)
Sual: 367. Həzrətin izdivac etməməsi İslam sünnəsinə zidd deyilmi?
Cavab: İzdivac peyğəmbər sünnəsi olsa da, bəzən daha mühüm məsələ önə gəlir. Rəvayətlərdən bu da anlaşılır ki, dünyanın sonunda evlənməmək yayılmış iş olacaq.
Sual: 368. Əgər izdivac olmayıbsa, Müfəzzəl ibn Ömərin rəvayətinə necə cavab verək?
Cavab: Həzrətin izdivac etməsinə inananlar Müfəzzəl ibn Ömərin rəvayətinə istinad edirlər. O, imam Sadiqdən (ə) nəql edir ki, onun məkanından heç bir övladı xəbər tutmaz...”("Əl-Ğeybət”, s. 102.)
Cavab olaraq belə deyə bilərik:
1. Bu rəvayət eyni məzmunda Nemaninin "Əl-ğeybət” kitabında nəql olunmuşdur. Amma övlad sözü əvəzinə "vəli” sözü işlədilmişdir. Onun yerindən heç bir vəli xəbər tutmaz.”(Əl-Ğeybət”, s. 17)
2. Rəvayətlərdə qeyd olunmur ki, hazırda həzrətin zövcəsi və övladları var. Zühurdan sonrakı övladlar da nəzərdə tutula bilər.
3. Belə bir təbir obrazlıq xatirinə işlədilə bilər. Yəni hətta həzrətin övladı olsaydı da, onun yerindən xəbər tutmazdı.
Sual: 369. Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayəti həzrətin izdivacı üçün dəlil deyilmi?
Cavab: Bəziləri həzrətin izdivacını sübuta yetirmək üçün Əhməd ibn Məhəmməd ibn Yəhya Ənbarinin rəvayətinə istinad edirlər. Bu rəvayət genişdir. Rəvayətin mətnində imam Mehdinin (ə) övladlarının yaşadığı beş şəhər göstərilir.("Bihar”, c. 53, s. 213-221.)
Ənbarinin rəvayətini bir çox alimlər zəif saymışdır. Аğаbоzrоg Tehrani, Seyyid Nemətullah Cəzairi, Şeyx Məhəmməd Təqi Şüştəri bu qəbil alimlərdəndir.
Аğаbоzrоg Tehrani deyir: "Biz əlimizə düşmüş bu hekayəni nəql edəni tanımırıq. Yalnız bunu bilirik ki o, həmin məclisdə möhtərəm olmuşdur. Onun sənəd və mətnində ziddiyyətlər var... Bu hekayəni nəql etməkdə alimlərin məqsədi həbibin zikridir.
Sual: 370. "Cəzireye-Xəzra” (Bermud adaları) əhvalatı imamın izdivacına dəlil ola bilərmi?
Cavab: Mərhum Məclisi "Biharda” Əli ibn Fazildən geniş bir rəvayət nəql etmişdir. Bu rəvayətdə həzrətin nəslinin yaşadığı adalardan danışılır.
Əslində isə:
1. Məclisinin sözlərindən belə anlaşılır ki, o, rəvayəti bir o qədər də etibarlı saymamışdır. Alim deyir: "Mötəbər kitablarda bu hədislə rastlaşmadığımdan onu ayrıca bir fəsildə qeyd etdim.”("Bihar”, c. 52, s. 159.)
2. Аğаbоzrоg Tehrani də bu әhvаlаtı ciddi saymır.
3. Hədisin mətnində ziddiyyətlər var.
4. Hədisdə əsassız məsələlər müşahidə olunur.
5. Onu nəql edənlər arasında tanınmamış fərdlər var.
Sual: 371. Bəzi rəvayətlərdə həzrətin ailəsindən danışılır. Bu məlumatlar onun izdivac etməsinə dəlil ola bilməzmi
Cavab: Məhəmməd ibn Məşhədi imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Sanki Qaimin Səhlə məscidinə gəlişini əhli-əyalı ilə müşahidə edirəm.”(Nəcmus-Saqib”, s. 225)
Hədis barədə nə demək olar?
1. Həzrətin övladları ilə bağlı məlumatlar zühur və ya ondan sonrakı dövrə aiddir. Seyyid Cəfər Mürtəza Amili deyir: "Çox olsun ki, həzrətin zühurundan sonra övladı olacaq...”(Dirasətun fi əlaimul-zuhur”, s. 232.)
2. Bəzi rəvayətlərdə rastlaşdığımız "həzrətin ailəsi” təbiri onun ata-babasına da işarə ola bilər.
Sual: 372. "Əbа-Saleh” ("Saleh atası”) künyəsi(Әrәblәr аtаnı böyük оğulun аdı ilә çаğırırlаr. Mәsәlәn, Әbülqаsim-yәni Qаsimin аtаsı; Әbusаlеh-yәni Sаlеhin аtаsı. Bu kimi аdlаndırmаyа «künyә» dеyilir. ) həzrətin izdivac etməsini göstərmirmi?
Cavab: Bəziləri həzrət Mehdinin (ə) izdivacını sübuta yetirmək üçün onun "Əba-Saleh” künyəsini dəlil göstərir.
Əvvəla, həzrət Mehdi (ə) cəmiyyətin islahında bir ata, rəhbər olduğu üçün "Əba-Saleh” adlandırıla bilər. O, Allahın iradəsi ilə bütün yer üzünü islah edəcək yeganə şəxsdir. Necə ki, bir rəvayətdə həzrət Peyğəmbər (s) Əli ibn Əbi-Talib haqqında buyurur: "Mən və Əli bu ümmətin iki atasıyıq.”
İkincisi, ərəb dilində "əb” sözü təkcə ata mənasını bildirmir. Bu sözdə "sahib” mənası da var. "Əba-Saleh” dedikdə ixtiyarında salehlər olan kəs nəzərdə tutula bilər. .
Üçüncüsü, bu аd "Ənbiya” surəsinin 105-ci ayəsindəki "ibadiyəs-salihun” təbirindən dә götürülə bilər.
Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
Müəllif: Əliəsğər Rizvani