» » » Xüsusi naiblər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Xüsusi naiblər
0
Müəllif: Fatimə Nuri Xuda | 3-06-2015, 12:30 | Baxılıb: 1 737
 
 
Xüsusi naiblər

İmam Mehdinin (əc.) kiçik qeyb dövrü hicri 329-cu ilədək davam etmişdir19. Bu 69 il ərzində o, düşmənlərdən gizli yaşasa da, özünün dörd böyük səhabəsi ilə daim əlaqə saxlamışdır. Bu dörd naib xalqın sual və problemlərini imama və imamın cavablarını da onlara çatdırmışlar:
Osman ibn Səid Əmri: On bir yaşından İmam Hadinin (ə) xidmətində olmuşdur. Mütəvəkkil və digər zalım hakimlərin olduqca ağır və qorxulu hakimiyyəti illərində yağ satmaq adı ilə İslam maarifinin şiələrə ötürülməsində çox böyük rol oynamışdır. 
Əvvəlki iki imamın vəkil və naiblərindən olan Osman, həzrət Mehdinin ilk xüsusi naibi (vasitəsiz nümayəndəsi) olmuşdur. O, hicri təqvimi ilə 300-cü ildə vəfat edib, Bağdadda dəfn olunmuşdur
Məhəmməd ibn Osman Əmri: Atasının vəfatından sonra İmam Mehdinin (əc.) xüsusi naibi olmaq şərəfinə nail olmuşdur. Fiqh və hədis elmlərində bir neçə kitab yazmış Məhəmməd, dəfələrlə imam tərəfindən tərif və təsdiq olunmuşdur. Həzrət Mehdi (əc.) onun barəsində buyurmuşdur: 
انه ثقتى و كتابه كتابى
"O, mənim inanıb etimad göstərdiyim şəxsdir. Onun yazdığı mənim yazdığımdır"
O, hicri tarixi ilə 305-ci il cəmadil-əvvəl ayının sonunda dünyadan köçmüşdür.
Hüseyn ibn Ruh Novbəxti: Məhəmməd ibn Osman öz vəfatından bir müddət qabaq imamın əmrilə Hüseyn 
Novbəxtinin naib olacağını elan etdi. O, böyük alim, təqva və fəziləti ilə məşhur olan bir insan idi. Nəql olunmuş elmi mübahisələri onun elminin çoxluğundan və mənəvi qüdrətindən xəbər verir. Hüseyn ibn Ruh Novbəxti o qədər iradəli və dözümlü idi ki, onunla bir zamanda yaşamış alimlərdən biri deyir: "Əgər düşmənlər onu tikə-tikə doğrasalar da, heç zaman İmam Zamanın (əc.) yerini bildirməz.”
O, 21 il xüsusi naiblik etdikdən sonra 326-cı ildə vəfat edib, Bağdadda dəfn olundu.
Əli ibn Məhəmməd Seymuri: Əli ibn Məhmmədin şəxsiyyətinin əzəmətinə dair bu kifayətdir ki, "Kafi" kitabının müəllifi Məhəmməd ibn Yəqub Küleyni kimi böyük elm və təqva nümunələrinin və görkəmli tədqiqatçıların olduğu bir zamanda, yalnız o, İmam Mehdinin (əc.) xüsusi naibi olmaq şərəfini qazanmışdır.
Ölümündən altı gün qabaq İmam Mehdi (əc.) ona yazdığı məktubunda ölümü barədə xəbər vermiş və böyük qeyb dövrünün başlanmasını bildirmişdir.
Əli ibn Məhəmməd 329-cu il şəban ayının 15-də Allahın rəhmətinə qovuşmuşdur.
 

Böyük qeyb dövrü

69 illik kiçik qeyb dövrü böyük qeyb dövrünə müqəddimə və insanların o dövrə hazırlaşması üçün qısa fürsət hesab olunur.
 Təqribən 11 əsrdir davam etməkdə olan böyük qeyb dövrü müxtəlif cəhətlərdən kiçik qeyb dövrü ilə fərqlənir:
1.Kiçik qeyb dövründən olduqca uzunmüddətlidir.
2.Kiçik qeyb dövründən fərqli olaraq, bu dövrdə İmam Mehdiylə (əc.) əlaqədə olan heç bir xüsusi naib yoxdur. 
3.İmam Sadiq (ə), İmam Həsən Əsgəri (ə) və İmam Mehdinin (əc.) hədislərində göstərilən şərtlərə malik olan müctəhidlər, İmam Zamanın (əc.) ümumi naibləri olaraq, bu dövrdə İslam hökumətinin idarəsinə, İslam və müsəlmanların mənafeyini qorumaq işinə məmur olunmuşlar. Bu dövrdə, həmçinin ilahi hökmlərin və cəza hədlərinin icrası və ümumiyyətlə, müsəlmanların bütün ictimai və iqtisadi işlərinə rəhbərlik də onların öhdəsinə düşür.
4.Bu dövr, xalqın və şəraitin vahid ümumbəşəri hökuməti qəbul etməyə hazır olacaqları zaman sona yetəcəkdir.
5.Bu dövrün müddət miqdarını Allahdan savayı heç kim bilmir və heç bir hədisdə onun vaxtı göstərilməmiş, onu təyin edənlər isə yalançı adlandırılmışlar.
 
Kitabın adı: Bizimlə, bizdən gizli
Müqəddəs Cəmkəran məscidinin tədqiqat bölməsi əsasında

 
 
Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 3 Haziran 2015 13:28 | Administrator | Şərh yazdı
Allahummə kulli vəliyyikəl-huccətibnil-Həsən, səlavatukə ələyhi və əla abaihi fi hazihis-saəti və fi kulli saətin vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv'ən və tuməttiəhu fiha təvila.
Əssəlamu ələykə ya Məhdi (ə.f). Samirra şəhərinə hər tərəfə nur saçdığı bir vaxtda, Cənnət çiçəklərindən aldığı ətri hər tərəfə səpilən bir vaxtda, bu qədər təntənəli, bu qədər gözəllik içərisində, əziz ayın əziz günündə və əziz İmamımız Mehdi (ə.f) təvəllüdü münasibəti ilə bütün mömin və möminələri təbrik edirəm. İbadəti kamil olan möminləri Ağanın 313 səhabəsindən, möminələri 50 qadından biri etsin İnşAllah. Mehdi can, ey əzizimiz! Ey məzlumların rəhbəri! Ey məzluların haqqını tələb edən! Ey çarəsizlərin köməkçisi! Ey Peyğəmbərin bayrağını əlinə alan! Ey Peyğəmbərin risalətini çiyninə alan! Ey Əlinin qılıncını əlinə alan! Musanın əsasını götürən və ey Süleymanın üzüyünü barmağına salan! Musanın kəmalı, İsanın əzəməti, Əyyubun səbrinə malik olan! Ey yer üzündə Allahın yadigarı! Ey Allahın bacarıqlı əli! Allahın natiq Quranı! Allahın ismi-ə'zəmi! Yasin və Tahanın övladı. Ey Fatimeyi-Zəhraya (s.ə) təsəlli verən! Ey İmamımız İmam Həsən Əskərinin övladı, dünyanın xilaskarı, öz əzizlərinə xatir Allahın izni ilə zuhur et, ey Bəqiyyətullah (ə.f). Pərvərdigara, bu günə xatir günahsız həbs edilən möminlərə nicat ver. Pərvərdigara, yanında məqamı olanlara xatir İmam Zaman ağanın (ə.f) zuhurunu yaxın et. Zalımların zalımlığını sona yetir. Hansı ki, məzlumlar zalımların əlindədi məzlumlara qurtuluş ver. Amin amin ya Rəbbəl aləmin. Sahib Zaman ağanın (ə.f) zuhurunun təcili olmasına salavat. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum Ya Sahibzaman!
Bayramınız mübarək!
Mövludun mübarək Ya Məhdi!


--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.