Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
14. İMAM MUHƏMMƏD (ƏCCƏLƏLLAHU TƏALA FƏRƏCƏHUŞ-ŞƏRİF)
Ləqəbləri: Məhdi, Hüccət, Qaim, Basit, Bəqiyyətullah, Bəqiyyətul-ənbiya, Ğəvsül-füqəra, Xatəmül-ovsiya, Müntəzər, Sair, Hüccətullah, Xatəmül-əimmə, Kaşifül-ğimmə, Xələfi Saleh, Xəlifətullah, Xəlifətur-rəhman, İmamul-insu vəl-can, Sahibür-rəcət, Sahibüzzəman, Dai Saət, Sahibüd-dar, Sahibün-nahiyə, Sahibül-əsr, Sahibül-əmr, Səmsami Əkbər, Fəqih, Fərəci əzəm, Ğayət, Ğusva, Qatilül-kəfərə.
Künyəsi: Əbül-Qasim.
Atası: İmam Həsən Əskəri (əleyhissalam).
Anası: Nərcis Xatun.
Doğulduğu gün: 15 Şəban, cümə axşamı gecəsi.
Doğulduğu yer: Samirra.
Doğulduğu il: 225-ci hicri ili.
O Həzrətin ömrünə gəldikdə, atası vəfat edəndə 5 yaşı vardı. Allah Təala onu xəlifə seçərək imam qərar vermişdir. Necə ki, Həzrət Yəhya və İsanı uşaqlıq çağında imam etmişdir. O Həzrət hal-hazırda diri olub Allahın nemətlərindən bəhrələnir və Allahın əmrini gözləyir ki, zühur edib yer üzünü (zülm və zorakılıqla dolduğu kimi) ədalətlə doldursun.
İmam (əleyhissalam) üçün iki qeybət dövrü vardır:
"Qeybəti-suğra” (kiçik qeybət, doğulduğu ildən başlayaraq 329-cu ilə qədər davam edib). Həzrətin o dövrdə 4 xas naibi var idi:
1. Osman ibn Səid Əmri (Əbu Əmr);
2. Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);
3. Hüseyn ibn Ruh (Əbül Qasim);
4. Əliyyibni Muhəmməd Səmri (Əbül Həsən).
4-cü naibin 329-cu ildə vəfat etməsi ilə "qeybəti-kübra” (böyük qeybət dövrü) başlanır.
Bu 4 naibin hamısı Bağdadın şərq nahiyəsində dəfn olunmuşlar. Məzarlarının yeri məlumdur.
O Həzrətin vəkillərinə gəldikdə isə qeyd etmək lazımdır ki, Həzrət Hüccətibnil-Həsən İmam Zəmanın (əleyhissalam) ətraf məntəqələrdə çoxlu vəkilləri olmuşdur. Belə ki, qeyd olunan 4 xas naibin vasitəsi ilə onlara məktublar (tovqiat) çatdırılırdı.
Xas naiblik mərtəbəsinə layiq olanların sayı isə çoxdur. Onlardan bəzilərinin adlarını qeyd edirik: Əbülhəsən Muhəmməd ibn Cəfər Əsədi, Əhməd ibn İshaq Qumi, Qasim ibn Əla Azərbaycani, Haciz ibn Yəzid Vaşi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, İbrahim ibn Məhziyar və onun oğlu Muhəmməd ibn İbrahim, Əhməd ibn Yəsə və s.
Naiblik dövründə bəzi şəxslər olmuşlar ki, onlara da nümayəndə üçün təyin olunan şəxslər tərəfindən məktublar (tovqiat) gəlirmiş.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |