» » » İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələri
    +5
    Müəllif: Ewqi_Kerbela | 17-12-2014, 11:00 | Baxılıb: 1 317
     
     
    İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələri

    Həzrət Məhdi əleyhissəlamın kiçik qeybdə olduğu müddət ərzində qabaqkı İmamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən dördü o Həzrətin xüsusi nümayəndəsi olmuşdur. Onlar öz dövrlərinə görə aşağıdakı tərtiblə nümayəndəlik etmişlər:
    1. Əbu Əmr Osman ibn Səid Əmri;
    2. Əbu Cə’fər Məhəmməd ibn Osman ibn Səid Əmri;
    3. Əbülqasim Hüseyn ibn Ruh Nobəxti;
    4. Əbülhəsən Əli ibn Məhəmməd Səməri.Həzrət Məhdi əleyhissəlamın müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, Həmədan, Qum, Rey, Azərbaycan, Nişabur və s. yerlərdə başqa vəkilləri olmuş, lakin onlar ya vəkillər silsiləsinin başında duran bu dörd nəfərin vasitəsilə camaatın (şiələrin) məsələlərini İmama çatdırır və eləcə də, onların həllinə dair İmamdan məktublar alırdılar, ya da (bə’zi tədqiqatçıların verdiyi ehtimala görə) bu dörd nəfərin nümayəndəliyi ümumi və hərətərəfli olmuş, başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmişlər. Bu nümayəndələrdən aşağıdakıları misal göstərmək olar: Məhəmməd ibn Cə’fər Əsədi, Əhməd ibn İshaq Əş’əri Qummi, İbrahim ibn Məhəmməd Həmədani, Əhməd ibn Həmzə ibn əl-Yəsə, Məhəmməd ibn İbrahim ibn Məhziyar, Haciz ibn Yezid, Məhəmməd ibn Saleh, Əbu Haşim Davud ibn Qasim Cə’fəri, Məhəmməd ibn Əli ibn Bilal, Ömər Əhvazi, Əbu Məhəmməd və Cinai.
    1. Əbu Əmr Osman İbn Səid Əmri
    Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı. O, e’timadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın da, nümayəndə və yaxın dostlarından olmuşdur.Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqi əleyhissəlamın yanına gedib dedim: "Mən bə’zi vaxtlar burada olur, bə’zi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?” İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və e’tibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır.”Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqi əleyhissəlamın vəfatından sonra İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın e’tibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən demiş, sizə nə çatdırsa, bilin ki, mənim tərəfimdən çatdırmışdır.” İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdə də, zahirdə ona qüsul verib kəfənə tutduqdan sonra dəfn etmiş şəxs Osman ibn Səid olmuşdu. Həmçinin, bir gün bir dəstə şiənin gözü qarşısında İmam Həsən Əskəri əleyhissəlamın göstərişi ilə Yəmən şiələrinin göndərdiyi şər’i vergiləri təhvil alan şəxs Osman ibn Səid idi. İmam Əskəri (əleyhissəlam) şiələrin qarşısında öz hərəkəti ilə Osman ibn Səidə olan hörmət və e’tibarın nə dərəcədə böyük olmasını göstərərək buyurmuşdur: "Şahid olun ki, Osman ibn Səid mənim, oğlu Məhəmməd isə oğlum Məhdi əleyhissəlamın vəkili (naibi) olacaqdır.” Eyni zamanda qırx nəfər şiənin İmam Həsən Əskəri əleyhissəlamla görüşünün sonunda o Həzrət onlara buyurdu: "Osman ibn Səid nə deyirsə, qəbul edin, onun əmrinə tabe olun, sözünə qulaq asın. O, sizin İmamınızın nümayəndəsidir və ixtiyar sahibidir.” Osman ibn Səidin vəfat etdiyi tarix mə’lum deyil. Bə’ziləri ehtimal vermişlər ki, o, hicrətin iki yüz altımış-iki yüz altımış yeddinci illəri arasında vəfat etmişdir. Bə’ziləri isə onun iki yüz səksəninci ildə vəfat etdiyini qeyd edir.
    2. Məhəmməd İbn Osman İbn Səid Əmri
    Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Həsən Əskəri əleyhissəlamın e’tibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (əleyhissəlam) Əhməd ibn İshaqın "Kimə müraciət edək?” sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim e’tibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən e’tibar edirəm.” Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (əleyhissəlam) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə tə’yin olunması haqqında bir məktub yetişir. Abdullah ibn Cə’fər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib tə’yin edilmişdi.” Həmçinin, İmam Məhdi (əleyhissəlam) İshaq ibn Yə’qubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman ibn Səid və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır.”Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır. Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdi əleyhissəlamın nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə tə’yin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır. İmam Məhdi əleyhissəlamdan ona çoxlu məktub yetişmiş, o isə həmin məktubları öz sahiblərinə (məktub yazıb cavabını gözləyən şəxslərə) çatdırmışdır. Nəhayət, hicrətin üç yüz dörd, ya da üç yüz beşinci ilində vəfat etmişdir. O, ölümündən qabaq vəfat edəcəyi tarixi müəyyən etmiş və müəyyən etdiyi vaxtda da vəfat etmişdir.
    3. Əbülqasim Hüseyn İbn Ruh Nobəxti
    Məhəmməd ibn Osmanın həyatının son günlərində bir dəstə şiə onun yanına gedir. O deyir: "Mən vəfat etdikdən sonra mənim yerimə İmamın nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona müraciət edin və işlərinizdə ona e’tibar edin.” Hüseyn ibn Ruh ikinci naibin ən yaxın adamlarından olmuş və Məhəmməd ibn Osman (ikinci naib) özündən sonra onun naib olması üçün əvvəldən zəmin yaradır, şər’i vergiləri təhvil vermək üçün şiələrə ona müraciət etməyi göstəriş verirdi. O, Məhəmməd ibn Osman ibn Səidlə şiələr arasında bir vasitə idi. Hüseyn ibn Ruh şiə məzhəbinin əhkamına dair "Ət-Tə’dib” adlı bir kitab yazmışdı. Yazdığı bu kitaba öz münasibətlərini bildirmək məqsədilə onu Qum fəqihlərinə göndərir. Onlar bu kitabı nəzərdən keçirdikdən sonra ona məktub yazıb bildirirlər ki, bir məsələdən başqa bütün məsələlər şiə fiqhinə uyğundur. Hüseyn ibn Ruhla bir dövrdə yaşamış bə’zi şəxslər onun düşüncə və iste’dadını tə’rifləyərək demişlər: "İstər onunla müvafiq olan, istərsə də müxalif olan şəxslərin dediyinə əsasən, Hüseyn ibn Ruh dünyanın ən ağıllı adamlarından biridir.” İmam Məhdi əleyhissəlamın üçüncü nümayəndəsi Hüseyn ibn Ruh Nobəxti Abbasi xəlifəsi Müqtədirin hakimiyyəti dövründə beş il həbsdə olmuş, üç yüz on yeddinci ildə azad edilmişdir. İyirmi bir il nümayəndəlikdən sonra hicrətin üç yüz iyirmi altıncı ilində vəfat etmişdir.
    4. Əbülhəsən Əlİ İbn Məhəmməd Səməri
    İmam Məhdi əleyhissəlamın göstərişinə və üçüncü nümayəndə Hüseyn ibn Ruh Nobəxtinin vəsiyyətinə əsasən, ondan sonra Əli ibn Məhəmməd Səməri İmamın xüsusi nümayəndəsi tə’yin olunaraq şiələrin başçısı seçilir. Səməri İmam Həsən Əskəri əleyhissəlamın səhabələrindən olmuşdur. O, vəfat etdiyi üç yüz iyirmi doqquzuncu ilə qədər İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndəsi vəzifəsində çalışmışdır. Hüseyn ibn Ruh vəfat etməzdən bir neçə gün əvvəl İmam Məhdi əleyhissəlamdan aşağıdakı məzmunda ona bir məktub gəlir: "Bismillahir-rəhmanir-rəhim! Ey Əli ibn Məhəmməd Səməri! Allah-taala sənin vəfatından mö’min qardaşlarına əcr əta etsin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-səhmana sal və heç kəsi öz yerinə canişin tə’yin etmə! Böyük qeyb dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və haqsızlıq baş alıb getdikdən sonra olacaq. Şiələrim arasında məni görmək (mənim xüsusi nümayəndəm olması) iddasını edənlər olacaq. Süfyaninin qiyamından və göy sədasının eşidilməsindən qabaq kim belə iddia edərsə, bilin ki, o, yalançıdır və dedikləri iftiradır (böhtandır). Allahdan başqa heç bir qüdrət və qüvvə yoxdur.” Əbülhəsən Səmərinin vəfatından sonra şiə tarixində "böyük qeyb dövrü” adı ilə məşhur olmuş yeni bir mərhələ başlayır. Gələn səhifələrimizdəki bəhslər də məhz bu barədə olacaq.
     
    Kitabın adı: İmam Mehdi əleyhissəlamın həyatı
    Müəllif: Mehdi Pişvayi
     
     
    Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: tofiq abdullayev | Status: İstifadəçi Offline | 17 Aralık 2014 20:11 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN .DƏYƏRLİDİR
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: imam zaman nokeri | Status: İstifadəçi Offline | 17 Aralık 2014 15:57 | İstifadəçi | Şərh yazdı
    Allah razı olsun sizden bildiklerimi tezelemiş oldum
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.