» » » İmam Mehdinin (ə.f) səhabələri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Mehdinin (ə.f) səhabələri
    +10
    Müəllif: Yusifi Zehra | 3-06-2015, 18:00 | Baxılıb: 2 987
     
     
     
    İmam Mehdinin (ə.f) səhabələri

    Sual: 456. İmam Mehdinin (ə) zühurdan sonra neçə səhabəsi olar?
    Cavab: Yetərli həddə çatmış rəvayətlərə əsasən, imam Mehdinin (ə) Bədr savaşındakı səhabələr qədər, yəni 313 nəfər səhabəsi olar.(Yәnabiul-Mәvəddəd”, s. 509; "Elamul-vəri”, s. 433. )
    Sual: 457. İmam Mehdinin 313 nəfərdən əlavə səhabəsi varmı?
    Cavab: Rəvayətlərdə bildirilir ki, imam Mehdinin (ə) zühurdan sonra on minədək səhabəsi olar.
    Məhəmməd ibn Müslim nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Həzrət Mehdinin (ə) ətrafında on min nəfər toplandıqdan sonra yer üzündə Allahdan savay məbud qalmaz...”(Həmin mənbə. )
    Sual: 458. Həzrət Mehdinin (ə) səhabələri Məkkəyə necə daxil olar?
    Cavab: Yuxarıdakı sualla bağlı bir neçə ehtimal var:
    1. İnsanlar möcüzə ilə, sürətli şəkildə Məkkəyə daxil olar.
    2. Digər bir ehtimala görə xalq bir neçə dəstəyə bölünər: bəziləri təbii yolla imamın xidmətinə yetişər, bəziləri yatdığı yerdə
    oyanıb özünü Məkkədə görər, bəziləri isə buludlar üzərində həzrətin xidmətinə gələr.
    3. Hamı sadəcə səfərə çıxıb həzrətin xidmətinə çatar. Üçüncü ehtimal həqiqətə daha çox uyğundur.
    Sual: 459. İmam Mehdinin (ə) səhabələri hansı ölkələrdəndir?
    Cavab: Şeyx Tusi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. Onların arasında Misirdən, Şamdan, İraqdan gələnlər var...”(Tusi, "Əl-ğeybət”, s. 284.)
    İbn Tavus "Əl-Məlahim vəl-fətn” kitabında bir çox səhabələrin və onların şəhərlərinin adını nəql edir.
    Sual: 460. İmamın səhabələri arasında ərəblər varmı?
    Cavab: Mərhum Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: Ərəblərdən uzaq ol, çünki onlar üçün bu xəbər acıdır. Bil ki, Qaimlə ərəbdən bir nəfər olsun ortaya çıxmayacaq.”("Bihar”, c. 52, s. 333. )
    Amma bu hədisin sənədləri mötəbər deyil. Şeyx Tusinin nəql etdiyi hədisdə bildirildi ki, imama beyət edənlər arasında Misirdən, Şamdan, İraqdan gələnlər var.
    Sual: 461. İmam Mehdinin (ə) səhabələri arasında qadınlar vardırmı?
    Cavab: Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz neçə nəfərin arasında əlli nəfər qadın var.”(Nemani, "Əl-ğeybət”, s. 279. ) Müfəzzəl ibn Ömər imam Sadiqə (ə) istinadən bildirir ki, Qaimin (ə) ətrafındakılar arasında on üç nəfər qadın var.(Dəlailul-imamət”, s. 259; "İsbatul-hudat”, c. 3, s. 75. )
    Sual: 462. Həzrətin qadın tərəfdarları 313 nəfərdəndirmi?
    Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrətin əlli qadın tərəfdarı həmin 313 nəfərdəndir. Cabir ibn Yəzid Cofi nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: "And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar...”("Məcməul-zəvaid”, c. 7, s. 315. )
    Sual: 463. Əgər imamın səhabələrinin adı öncədən bilinirsə, biz hansı əsasla səhabə olacağımıza ümid edə bilərik?
    Cavab: İmamın səhabələrinin sayını və adlarını göstərən rəvayətlər sənəd baxımından zəifdir. İbn-Tavusun rəvayətində 313 nəfərin yox, 240 nəfərin adı göstərilir. Ehtimal var ki, insan qalan 73 nəfərdən biri olsun.
    Sual: 464. İmam Mehdiyə (ə) istəmədən beyət edənlər varmı?
    Cavab: Qutabə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur: "Mehdi (ə) Mədinədən Məkkəyə doğru xüruc edər, ondan xalqın arasından xüruc etməsi istənilər. O, rükn və məqam arasında ikrahla beyət аlar...”
    Zürarə nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: "Qaimin adı ilə nida edilər. Gəlib məqamın arxasında dayanar. Ona deyilər ki, həqiqətən, sənin adınla nida çəkilib, nə gözləyirsən? Onun əlini tutub beyət edərlər. Zürarə deyir ki, həmd olsun Allaha ki, Qaimin kərahətlə beyət aldığını eşitdik. Onun ikrahında heç bir günah olmadığını bildik.”(Nemani, "Əl-ğeybət”, s. 340. )
    Sual: 465. Həzrət Mehdiyә (ə) kimlər beyət edəcək?
    Cavab: Cəbrail, həzrətin yaxın səhabələri, həzrətin ümumi səhabələri, Məkkədə olub onun dəvətini qəbul edənlər.
    Sual: 466. İmam Mehdi öz səhabələri ilə hansı əsasda peyman bağlayar?
    Cavab: Öz ətrafındakılardan əhd almaq imam Mehdinin (ə) proqramlarından və üsullarındandır. İlkin İslam hökuməti qurulduğu vaxtdan əhd və beyət almaq qayda olmuşdur. İlk dəfə İslam peyğəmbəri (s) belə bir üsulu tətbiq etmişdir.
    Həzrət Əli (ə) buyurur: "Həqiqətən, Qaim öz yaxınları ilə peyman bağlayar, onlardan beyət alar...”(Muntəxəbul-əsər”, s. 469. 
    Sual: 467. İmam Mehdinin (ə) səhabələri şücaətlidirmi?
    Cavab: Hakim Nişapuri Məhəmməd ibn Hənəfiyyənin dilindən nəql edir: Biz Əlinin (ə) yanında idik. Ondan həzrət Mehdi (ə) haqqında soruşuldu. Həzrət buyurdu: "O dünyanın sonunda zühur edəcək. Həmin vaxt bir şəxs "öldürülsün” deyə elan edər. Allah onun ətrafında parçalanmış bulud kimi dəstələr toplayar və qəlblərini həmahəng edər. Onlardan heç birində qorxu görünməz...”(Mustədrəke-hakim”, c. 4, s. 554. )
    Sual: 468. Həzrətin səhabələri xüsusi bir məntəqədəndirmi?
    Cavab: Bəzi rəvayətlərə əsasən həzrətin səhabələri dünyanın müxtəlif nöqtələrindəndir. Allah-tәala qısa bir zamanda onları Kəbə ətrafında toplayar.
    Seyyid ibn Tavus nəql edir ki, imam Əli (ə) həzrət Mehdinin (ə) səhabələri haqqında buyurmuşdur: "Onlar Bədr səhabələri sayda, 313 nəfərdir. Allah onları dünyanın şərqindən və qərbindən Kəbə ətrafına toplayacaq...”("Əl-təşrifi bil-mənən”, s. 288-294. )
    Sual: 469. Həzrət Mehdinin (ə) səhabələrində hansı xüsusiyyətlər var?
    Cavab: Rəvayətlərdə bildirilir ki, həzrət Mehdinin (ə) səhabələrinin özünəməxsus sifətləri var: İxlas, yəqin və istiqamət, həqiqi allahşünaslıq, gündüzlər şirlik, gecələr zahidlik, ilahi yardımdan faydalanma.
    Sual: 470. 313 nəfər səhabə dünyanı necə ram edəcək?
    Cavab: Əvvəla, həzrətin 313 nəfər sәhаbәsi və on minədək ümumi yardımçısı var.
    İkincisi, həzrətin qələbəsi ilahi yardımlarla müşayiət olunur.
    Üçüncüsü, həzrətin qələbə çalması Allahın qəti iradəsidir.
    Dördüncüsü, əgər yalnız təbii amilləri nəzərə alsaq, yenə də bu qələbə mümkün sayılmalıdır. Çünki həzrət xüsusi bir şəraitdə zühur edəcək, həmin vaxt bəşəriyyət belə bir şəxsin intizarında olacaq.
    Sual: 471. Həzrət Mehdinin (ə) nazirləri hansı zümrədəndir?
    Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) dövlətində nazirlər gənclərdən təşkil olunacaq. Onların kiçik bir hissəsi yaşlılar olacaq. Həzrət Əli (ə) buyurmuşdur: "Həqiqətən, Qaimin səhabələri gənclərdir...”(Tusi, "Əl-ğeybət”, s. 284.)
    Sual: 472. Əgər həzrətin yardımçıları əsasən şərqdəndirsə, geri qalmış şərq inkişaf etmiş qərbə necə qalib gələcək?
    Cavab: Əvvəla, həzrətin yardımçıları müsəlmandır və əksər müsəlman məntəqələri şərqdə yerləşir.
    İkincisi, həzrət Mehdi (ə) bütün mütərəqqi üsullardan və texnologiyalardan faydalanacaq.
    Üçüncüsü, qərbi yalnız texnologiya baxımından şərqdən üstün sayırsınızsa, bilməlisiniz ki, həzrətin məqsədi təkcə maddi inkişaf deyil. Kim iddia edə bilər ki, qərb əxlaq və mədəniyyət baxımından şərqdən üstündür?!
    Sual: 473. Həzrətin dövlət xadimləri kimlәrdir?
    Cavab: Rəhbəri həzrət Mehdi (ə) olan hökumətin xadimləri ümmətin böyükləri və salehləridir.
    Rəvayətlərdə bildirilir ki, həzrət İsa həzrət Mehdiyə (ə) deyər: "Həqiqətən, mən əmir yox, vəzir olaraq göndərilmişəm.”(Məlaim”, s. 83. )
    Başqa bir rəvayətdə bildirilir ki, həzrət İsa endiyi vaxt Kəhf səhabələri də onun yanında olacaq.”(Həmin mənbə. ) Həzrət Əli (ə) Həmdan qəbiləsinin bu dövlətdə xidmətini qeyd edir.("Əqdud-durər”, s. 97. )
    Sual: 474. Bir bu qədər müsəlman arasında yalnız 313 nəfərmi həzrətə yoldaş olacaq?
    Cavab: Əvvəla, rəvayətlərdə həzrətin yaxın səhabələrinin sifətləri zikr olunur. Yalnız bu sifətlərə malik olanlar həzrətə yaxın ola bilər.
    İkincisi, qeyd olundu ki, həzrətin 313 nəfərdən əlavə on min nəfər civarında yardımçısı olar.
    Üçüncüsü, 313 nəfər yardımçının olması zühur üçün yetərli amil yox, sadəcə şərtdir.
     
    Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
    Müəllif: Əliəsğər Rizvani
     
     
     
    Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 3 Haziran 2015 22:41 | İstifadəçi | Şərh yazdı
    tost LEBBEYK YA MEHDİ! ZÜHURUNLA BİZLERİ ŞEREFLENDİR YA SAHİBEZZAMAN! İNSALLAH ALLAH QİSMET ETSİN,SENİN NUR CAMALİNİ BU QERİB GÖZLERİMİZLE GÖREK! NEFSDEN,İSTEKDEN,HERİSLİKDEN VİRAN OLMUŞ DÜNYAMİZA EDALETİ GETİR AĞAM! DAHA DÖZMÜR B tost BU ÜREK! TARİMAR OLMUŞ QELBİME SERİNLİK GETİR YA MEHDİ! GEL YA MEHDİ! .............................LEYLA BACİM ALLAH RAZİ OLSUN SİZDEN,SİZİN KİMİ İMANLİ ŞEXSLERİN SAYESİNDE ELMİMİZİ ARTİRİRİQ. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.