» » » İmam Mehdinin (ə.f) mövludu (2-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Mehdinin (ə.f) mövludu (2-ci hissə)
    +5
    Müəllif: Yusifi Zehra | 3-06-2015, 11:30 | Baxılıb: 1 192

     

    İmam Mehdinin (ə.f) mövludu (2-ci hissə)

     
    Sual: 117. İmam Mehdinin (ə) dünyaya gəlişi haqqında daha hansı yollarla məlumat verilir?
    Cavab: İmam Əsgərinin (ə) səhabələrindən bir çoxu və başqaları imam Mehdinin (ə) dünyaya gəlişi haqqında xəbər vermişlər. Onun kiçik və böyük qeyb dövrlərində görənlər də var. Onlardan bəzilərinin adını çəkək:
    1. Əbul-Fəzl Hüseyn ibn Həsən Ələvi deyir: "Samirada imam Mehdinin (ə) mövludunu təbrik etmək üçün imam Əsgərinin (ə) yanına getdim.”(Bihar”, c. 51, s. 17.)
    2. Əhməd ibn Məhəmməd deyir: "Zübeyri öldürdükdən sonra imam Əskəridən (ə) məktub aldım. O yazırdı: "Bu, Allah və Onun övliyasına iftira yaxanın, canişinim olmamış məni öldürə biləcəyini düşünənin cəzasıdır. Allahın qüdrətini necə gördü?!” Hicri 255-ci ildə həzrətin oğlu oldu və ona Məhəmməd (ə) adı verildi.”(Həmin mənbə.)
    3. Əbu-Haşim Cəfəri deyir: "İmam Əskəriyə (ə) ərz etdim: "Sizin övladınız varmı?” Həzrət buyurdu: "Bəli...”("Kafi”, c. 1, s. 328.)
    4. Şeyx Sadiq imam Əsgərinin (ə) xidmətçisi Nəsiminin dilindən belə nəql edir: "Həzrət Mehdi (ə) anadan olandan bir gün sonra onun yanına getdim. Yanında olduğum vaxt səbir vurdum. Həzrət (ə) buyurdu: "Yərhəməkəllahu” ("Allah sənə rəhm etsin”) Bu söz məni sevindirdi. Sonra həzrət buyurdu: "Sənə səbir vurmaq haqqında müjdə verimmi? Bil ki, səbir vurmaq insanı üç gün ölümdən amanda saxlayar.”(Kəmaluddin-din”, c. 430)
    5. Şeyx Tusi Nəsim və Mariyəyə istinadən belə nəql edir: "Həzrət Mehdi (ə) anasının bətnindən çıxdıqdan sonra iki dizi üstə oturdu, şəhadət barmağı ilə səmaya işarə etdi, sonra səbir vurdu və buyurdu: "Əlhəmdulillahi Rəbbil-aləmin və səlləllahu əla Muhəmmədin və alihi əbədən və daxərən ğəyri-mustənkəfə və la mustəkbər.” Sonra həzrət (ə) sözünə belə davam etdi: "Zalımlar güman etdilər ki, Allahın höccəti gəlməyəcək. Əgər bizə danışmaq izni verilsəydi, bütün şəkk-şübhələr aradan qalxardı.("Əl-ğeybət”, Tusi, s. 245.)
    6. Şeyx Tusi Kamil ibn İbrahim Mədənidən bir rəvayət nəql edir. Kamil imam Əskəri (ə) ilә görüşündən danışır: "Külək əsdi, pərdə kənara çəkildi. Qəfildən ay tək nur saçan bir uşaq göründü. Onun dörd yaşı olardı. Bəlkə də, mənə belə göründü. Mənə buyurdu: "Ey Kamil ibn İbrahim! Onun xitabı bədənimi lərzəyə gətirdi. İlhamlanıb, "eşidirəm, mənim ağam” dedim. Həzrət buyurdu: "Sən Allahın vəlisi, höccəti, qapısının yanına gəlmisən.”(Həmin mənbə, s. 247.)
    7. Əmr Əhvazi deyir: "İmam Əskəri (ə) öz övladını mənə göstərdi və buyurdu: "O, məndən sonra sizin sahibinizdir.”
    Şeyx Hürr Amili deyir: "Kuleyni və başqa müəlliflər mötəbər sənədlərə əsasən nəql edirlər ki, bir çox insanlar mövludundan sonra həzrət Mehdi (ə) ilə görüşmüşdür. Məhəmməd ibn İsmail ibn Musa ibn Cəfər, Həkimə binti Məhəmməd, Əbu-Əli ibn Mutəhhər, Xadim İbrahim ibn Əbdə, Əbu-Əbdüllah ibn Saleh, İbrahim ibn İdris, əmisi Cəfər ibn Əli, Əmr Əhvazi, Zərif Xadim, Farsi, Mədaini həzrət Mehdini (ə) görən şəxslərdəndir.”("İsbatul-Hudat”, c. 3, s. 442.)
    8. Müaviyə ibn Həkim, Məhəmməd ibn Əyyub ibn Nuh və Məhəmməd ibn Osman Əmri deyir: "İmam Əsgəri öz mənzilində övladını bizə göstərdi. Biz 40 nəfər idik. Həzrət buyurdu: "Bu məndən sonra sizin imamınız, mənim canişinimdir. Ona itaət edin və məndən sonra parçalanmayın...(Kəmalud-din”, s. 435.)
    Sual: 118. Həzrət Peyğəmbər (s) həzrət Mehdinin (ə) mövludundan xəbər vermişdirmi?
    Cavab: Bəli, bu barədə 107 hədisdə məlumat verilir. İbn Abbas həzrət Peyğəmbərdən (s) belə nəql edir: "Allah-tәala yer üzünə nəzər saldı. Məni seçdi, peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər saldı. Əlini seçdi və onu imam qərar verdi. Mənə əmr etdi ki, onu özümə qardaş, canişin, xəlifə və vəzir seçim. Əli məndəndir, mən də Əlidən. O qızımın əri, iki nəvəm Həsən və Hüseynin atasıdır. Agah olun! Allah-tәala məni və onları öz bəndələri üçün höccət qərar vermişdir. Eləcə də, Hüseyndən olan imamlar müəyyənləşdirilmişdir və onlar qiyam edib mənim vəsiyyətimi qoruyacaq. Onlardan dоqquzuncusu mənim əhli-beytimin qaimi, ümmətimin Mehdisidir. Görünüş, danışıq və hərəkət baxımından mənə ən çox oxşayan da odur.
    Uzun qeybətdən və azdırıcı heyrətdən sonra zühur edər...”("Kəmalud-din”, s. 257.)
    Sual: 119. Həzrət Əli (ə) imam Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
    Cavab: Əsbəğ ibn Nəbatə deyir: "Həzrət Əmirəl-mömininin (ə) yanına getdim. Dərin fikrə gedib, əlindəki çubuğu yerə vururdu. Ərz etdim: "Ya Əmirəl-möminin, nə olub bu qədər fikrə getmisiniz, yoxsa yerə rəğbətiniz artıb?” Həzrət buyurdu: "Yox, and olsun Allaha mən bir gün olsun belə, dünyaya rəğbət göstərməmişəm. Məndən olası birinin mövludu haqqında düşünürəm. O, mənim övladlarımdan оn birincisidir. Adı Mehdidir. Yer üzü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək. Onunla bağlı heyrət və qeyb dövrü var. Həmin vaxt kimi yolunu azar, kimi haqqı tapar...”("Kafi”, c. 1, s. 338; "Kəmalud-din”, s. 289.)
    Sual: 120. İmam Həsən (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
    Cavab: Bəli, hədislərdən birində imam Həsən (ə) Müctəba belə buyurur: "Həzrət Peyğəmbərdən (s) sonra imamlar 12 nəfərdir. Qardaşım Hüseyndən (ə) doqquz imam qərar verilər və ümmətin Mehdisi (ə) onlardan olar.”("Bihar”, c. 36, s. 383)
    Sual: 121. İmam Hüseyn (ə) həzrət Mehdinin (ə) mövludunu xəbər vermişdirmi?
    Cavab: Şeyx Səduq imam Hüseynin (ə) dilindən belə nəql edir: "Övladlarımın doqquzuncusunda Yusifin, Musa ibn İmranın sünnəsi var. O biz əhli-beytin qaimidir. Allah-tәala onun işini bir gecədə gerçəkləşdirər.” ("Kəmalud-din”, s. 317; "Bihar”, c. 51, s. 132,133)
    Başqa bir rəvayətdə belə nəql olunur: "..Bu ümmətin qaimi mənim doqquzuncu övladımdır. Odur qeyb sahibi. Odur sağ vaxtında mirası bölünən kəs.” (Həmin mənbə)
    Əbdürrəhman ibn Suləyt imam Hüseynin (ə) dilindən belə nəql edir: "On iki Mehdi bizdəndir. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbu-Talib, sonuncusu mənim doqquzuncu övladımdır. Odur qaim imam. Allah-tәala yer üzü məhv olduqdan
    sonra onu Mehdi (ə) vasitəsi ilə dirildəcək...”(Həmin mənbə.)
    Sual: 122. İmam Səccad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
    Cavab: İmam Zeynəl-Abidinin (ə) övladı ondan soruşdu: "Ey ata! Nə üçün qardaşımı "Baqir” adlandırdın? Həzrət bu vaxta qədər görmədiyim şəkildə gülümsündü və buyurdu: "Ey övladım! Həqiqətən, imamlar onun övladlarıdır. Onlardan olan bizim qaim qiyam edər, yer üzünü zülm-sitəm bürüdükdən sonra ədaləti bərpa edər. Odur imam, odur imamların atası, odur elm mədəni, elm qaynağı. Odur elmi yaran. And olsun Allaha! Allahın rəsuluna ən çox oxşayan da odur.” Ərz etdim: "Ondan sonra yeddi imam var? Həzrət buyurdu: "Ondan sonra yeddi imam var və dünyanın sonunda qiyam edəcək Mehdi (ə) onların arasındadır.”("Bihar”, c. 36, s. 388.)
    Sual: 123. İmam Baqir (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
    Cavab: Bəli, Şeyx Səduq imam Sadiqdən (ə) nəql olunmuş müfəssəl bir hədisdə onun dilindən belə nəql edir: "Həqiqətən, tezliklə mənim altıncı övladım qeybə çəkilər. O, həzrət Peyğəmbərdən (s) sonra on ikinci imamdır. Onların birincisi Əmirəl-möminin, sonuncusu Qaim, yer üzündə Bəqiyyətullah və Sahibəz-zamandır...”("Kəmalud-din”, s. 33; "Bihar”, c. 42, s. 79.)
    Başqa bir hədisdə imam Sadiqin (ə) belə buyurduğu nəql edilir: "Hər kəs bütün imamları qəbul edib Mehdini (ə) inkar etsə, bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar edən kəs kimidir.” Ondan soruşuldu: "Ey peyğəmbər övladı, övladlarından hansı Mehdidir?”
    Həzrət buyurdu: "Yeddinci övladdan sonra beşincisi. O sizdən qeybə çəkilər və onun adını çəkmək halal deyil.”(Kəmalud-din”, s. 333)Əbu Bəsirdən nəql olunmuş hədisdə belə nəql olunur: İmam Sadiqə (ə) ərz etdim: "Ey peyğəmbər övladı! Siz əhli-beytin (ə) qaimi kimdir?” Həzrət buyurdu: "Ey Əbu-Bəsir! O, övladım Musanın beşinci övladıdır. O çox üstün qadının övladıdır. Qeybə çəkilər və batil əhli ona şəkk edər. Allah-tәala onun zühurunu qərar verib, onun əli ilə yer üzünü şərqdən qərbə fəth edər...”(Kəmalud-din”, s. 345; "Bihar”, c. 51, s. 146)
    Sual: 125. İmam Kazim (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
    Cavab: Yunis ibn Əbdür-Rəhman deyir: "Musa ibn Cəfərin yanına gedib ərz etdim: "Ey peyğəmbər övladı! Qaim sizsinizmi?” Həzrət buyurdu: "Mən qaiməm, amma yer üzünü Allahın düşmənlərindən təmizləyəcək qaim mənim övladlarımdan beşincisidir. Onun uzun müddətli qeyb dövrü olacaq...”("Elamul-vəri”, s. 433.)
    Şeyx Səduq həzrət Musa ibn Cəfərin (ə) dilindən belə nəql edir: "Bir vaxt yeddinci övladımın beşinci övladı qeybə çəkilər...”("Kəmalud-din”, s. 359.)
    Sual: 126. İmam Riza (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
    Cavab: Hüseyn ibn Xalid bir hədisdə deyir: "İmam Rizaya (ə) ərz olundu: "Siz əhli-beytdən olan qaim kimdir?” Övladımın dördüncü övladı, çox üstün qadının övladı! Allah onun vasitəsi ilə yer üzünü zülm-sitəmdən təmizləyər. Anadan olmasına şəkk edilən kəs odur. Odur zühurundan öncə qeybə çəkilən...”("Bihar”, c. 52, s. 321.)
    Dəbəl Xəzai deyir: "Mövlam imam Əli ibn Musa Riza (ə) üçün bir qəsidə oxudum:
    Şübhə yox ki, zühur edəcək imam,
    Allahın adıyla qopacaq qiyam.
    Haqqı ayıracaq batildən hökmən,
    Ləyaqətin qədər alasısan sən.
    İmam Riza (ə) şeri dinləyib ağladı. Sonra başını qaldırıb buyurdu: "Ey Xəzai! Ruhul-Qüds sənin dilinlə danışdı. Bilirsənmi, bu imam kimdir və nə vaxt qiyam edəcək?” Ərz etdim: "Xeyr, ey mənim mövlam. Yalnız bunu bilirəm ki, sizlərdən bir imam qiyam qaldırar, yer üzündə zülmün kökünü kəsib ədaləti bərpa edər.” Həzrət buyurdu: "Həqiqətən, məndən sonra övladım Məhəmməd imamdır. Məhəmməddən sonra Həsən, Həsəndən sonra onun övladı qaim imamdır. O, qeybə çəkiləndə intizar, zühur edəndə firavanlıq olar...”("Yәnabiul-Mәvəddət”, c. 3, s. 309; ("Bihar”, c. 49, s. 237.)
    Sual: 127. İmam Cəvad (ə) həzrət Mehdinin (ə) mövludu haqqında xəbər vermişdirmi?
    Cavab: Bəli, 90 hədisdə imam Cəvad (ə) həzrət Mehdinin (ə) dünyaya gəlişinə işarə etmişdir. Şeyx Səduq Əbdül-Əzim Həsənidən belə nəql edir: "Mən Məhəmməd ibn Əlinin yanına getdim. Soruşmaq istəyirdim ki, Mehdi odur, yoxsa başqası? Həzrət öncə belə buyurdu: "Ey Әbül-Qasim! Həqiqətən, bizim qaim Mehdidir. Onun qeybi dövründə intizar çəkmək, zühuru vaxtı itaət etmək vacibdir. O mənim üçüncü övladımdır.”(Kəmalud-din”, s. 377; "Bihar”, c. 51, s. 156.)
    Səduq Səqər ibn Əbu-Delfdən imam Cavadın (ə) belə bir buyurduğunu nəql edir: "Məndən sonra imam övladım Əlidir. Onun əmri mənim əmrim, onun sözü mənim sözümdür. Ona itaət mənə itaətdir. Ondan sonra övladı Həsən imamdır. Onun əmri atasının əmri, sözü atasının sözü. Ona itaət atasına itaətdir.” Sonra imam susdu. Mən Həsəndən (ə) sonra kimin imam olacağı barədə soruşdum. İmam ağladı və buyurdu: "Həqiqətən, Həsəndən sonra onun övladı, zühuru gözlənilən qaimdir...”(Elamul-Vəri”, s. 436; "Bihar”, c. 50, s. 239.)
    Sual: 128. İmam Hadi (ə) həzrət Mehdinin (ə) mövludu haqqında məlumat vermişdirmi?
    Cavab: Səqər ibn Əbu Delf deyir: "İmam Hadi (ə) buyurdu: "İmam məndən sonra Həsən, Həsəndən sonra övladı qaimdir. О,
    yer üzünü zülm-sitəmə büründükdən sonra ədaləti bərpa edəcək.”("Bihar”, c. 50, s. 239.)
    Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadi (ə) buyurdu: "Məndən sonra canişini görməzsiniz və onun adını çəkmək halal deyil...”(Kəşful-Ğəmmə”, c. 2, s. 406»)
     
    Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
    Müəllif: Əliəsğər Rizvani

     
     
    Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.