» » » İmam Mehdinin (ə.f) mövludu (1-ci hissə)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Mehdinin (ə.f) mövludu (1-ci hissə)
    +5
    Müəllif: Yusifi Zehra | 3-06-2015, 11:00 | Baxılıb: 1 148
     
     
    İmam Mehdinin (ə) mövludu (1-ci hissə)

    Sual: 111. Sünni alimlərindən həzrət Mehdinin (ə) anadan olmasını etiraf edən varmı?
    Cavab: Sünni alimlərindən bir qrupu imam Həsən Əsgərinin (ə) Mehdi (ə) adlı övladının dünyaya gəlişini etiraf etmişlər. Həmin alimlərdən bəzilərinin adını yada salaq: Əllamə Şəmsəddin Qazi ibn Xəlkan Şafei, Əllamə Səlahəddin Xəlil ibn Eybək Səfədi, İbn-Əsr Cəzri, Əllamə Mirxand, Əli ibn Hüseyn Məsudi, Məhəmməd Fərid Vəcdi, Əbül-Fəda İsmail ibn Əli Şafei, Sebt ibn Cоzi, Məhəmməd ibn Təlhə Şafei, Şəmsəddin Məhəmməd ibn Tulun Hənəfi, Mirzaməhəmməd ibn Rüstəm Bedəxşi Şafei, Əhməd ibn Hucr Heytəmi Şafei, Məhəmməd ibn Yusif Gənci Şafei, Arif Əbdül Vəhhab Şərani Hənəfi, Mühyiddin Ərəbi, Mömin ibn Həsən Şəbələnci Şafei, Şeyx Süleyman Qunduzi Şafei, Şeyx Məhəmməd ibn Əli Səbban Şafei, Səfiyuddin Əbdül-Mömin Bağdadi, Zeynəddin Ömər ibn Virdi, Əbül-Əbbas Əhməd ibn Əli Qələqşəndi Şafei, Əbu-Əbdüllah Yaqut Həməvi, Məhəmməd Əmin Bağdadi (Süyudi), İbn-Xəldun, Əbül-Fəth Məhəmməd ibn Əbdül-Kərim Şəhristani, Nurəddin ibn Səbbağ Maliki, Nurəddin Əbdül-Rəhman Cami Hənəfi, Molla Əli Qari Hənəfi Məkki, Fəzl ibn Ruzbəhan, Cəmaləddin Məhəmməd ibn Yusif Zirəndi Hənəfi, Əhməd Əmin Misri, Sədrəddin Həməvini, Əttar Nişapuri, Cəlaləddin Bəlxi Rumi, Sədrəddin Qəvnəvi, Hüseyn ibn Məhəmməd Diyarbəkri Maliki, Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi, Şəmsəddin Zəhəbi Şafei, Fəxr Razi Şafei, Şeyx Əbdüllah ibn Məhəmməd Şəbravi Misri Şafei, İbn İmad Dəməşqi Hənbəli, Məhəmməd ibn Əbdür-Rəsul Bərzənci Şafei, Əbül-Bərəkat Neman ibn Məhmud Alusi Hənəfi və başqaları.
    Sual: 112. Sünnə əhlindən kimsə imam Əsgərinin (ə) övladını xilaskar kimi qəbul edirmi?
    Cavab: Bəzi sünni alimləri imam Həsənin (ə) Mehdi (ə) adlı övladının yalnız dünyaya gəlişinə inanırlar. Onun xilaskar olmasını isə şiələrə aid əqidə bilirlər. Bəzi sünni alimləri isə həm Mehdinin (ə) mövluduna, həm də onun hazırda sağ olmasına inanırlar. Bu alimlərdən bəzilərini yada salaq:
    1. Məhəmməd ibn Yusif Gənci Şafei deyir: "İmam Həsən Əsgərinin (ə) özündən sonra bir oğlu qalıb və o, vəd olunmuş imamdır.”("Kifayətul-Talib”, s. 312.)
    2. Əbdül-Vəhhab Şərani Hənəfi deyir: "Dünyanın sonunda Mehdinin zühuruna ümid var. O, imam Həsən Əsgərinin (ə) övladlarındandır. Onun mövludu hicri 255-ci il Şəbanın ortasına təsadüf edir. O hazırda sağdır və həzrət İsa ilə görüşəcək. Yaşı 706-ya çatmışdır. Şeyx Həsən İraqi mənə belə xəbər verib.”("Əl-yəvaqit vəl-cəvahir”, c. 2, s. 127.)
    3. Nurəddin Əbdür Rəhman Came Hənəfi deyir: "O yer üzündə ədaləti bərpa edər.”("Şəvahidun-Nübuvvə”,s. 104.)
    4. Qazi Bəhlul Behcət Әfəndi deyir: "On ikinci imam hicri 255-ci il Şəbanın 15-də dünyaya gəldi. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb. Allah ona izin verdiyi vaxt yer üzündə ədaləti bərpa edəcək”.("Əl-Mühakimə fi tarixi Ali-Muhəmməd”, s. 246.)
    5. Sədrəddin Həmvini həzrət Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: "Həqiqətən, övladlarımdan 12-cisi qeybə çəkilər... Nəhayət, Allah-tәala ona zühur icazəsi verər.”("Fəraidus-sitmin”, c. 2, s. 132.)
    6. Şeyx Fəridəddin Əttar Nişapuri öz qəsidəsində deyir:
    Minlərlə övliya əl açıb göyə
    Mehdini istərlər "ya Allah” deyə.
    Ya Rəbb, göndər gəlsin böyük xilaskar,
    Ədalət dünyada görünsün aşkar.
    7. Cəlaləddin Rumi həzrət Mehdini (ə) belə nəzmə çəkir:
    Kişilər sərvəri Əliyə salam,
    Ərənlər hünəri Əliyə salam...
    Haqqı yer üzündə bərpa edəsi
    Mehdi adlı diri vəliyə salam.
    8. Sədrəddin Qəvnəvi şagirdlərinə belə vəsiyyət etmişdir: "Dünyadan köçəcəyim gecə qəlb iştirakı ilə 70000 dəfə "la ilahə illəllah” deyin və salamımı həzrət Mehdiyə (ə) çatdırın”.
    9. Əhməd ibn Yusif Əbül-Əbbas Qurmani Hənəfi deyir: "Höccət Məhəmmədin, Saleh Xələfin atasını dünyadan köçəndə 5 yaşı vardı. Allah-tәala Yəhyaya uşaq yaşında hikmət öyrətdiyi kimi, ona da az yaşında hikmət təlim etdi. Alimlər yekdil olaraq bu rəydədir ki, Mehdi (ə) dünyanın sonunda zühur edəcək qaimdir...”
    Sual:113. Məhdəviyyət hədislərini nəql edən müəlliflər hansı mənbələrə istinad edib?
    Cavab: Bəziləri deyirlər ki, qədim müəlliflər tarixi məsələlər, eləcə də, Məhdəviyyət mövzusu ilə bağlı hədisləri mənbəni araşdırmadan nəql etmişlər. Sonra yeni bir yanaşma nəzərə çarpır. Sonradan rəvayətlər araşdırılmış, "səhih”, "həsən”, "qəvi”, "zəif” qruplarına ayrılmışdır. Amma belə bir yanaşma tarixi rəvayətlərə, o cümlədən, Məhdəviyyət rəvayətlərinə aid deyil...
    Uyğun iradları cavablandıraq:
    1. Qədim imamiyyə hədisçiləri son həddə səy göstərərək bu məsələyə ehtiyatla yanaşmış və hədislər toplamışlar. Bu alimlərdən biri də Kuleynidir. Kuleyni hədisçilər arasında öz diqqət və ehtiyatı ilə seçilir. Şeyx Tusinin də uyğun istiqamətdə ciddi səyləri olmuşdur. O istinad etdiyi şəxslərə çox diqqətlə yanaşmışdır. Şeyx Səduq istinad etdiyi şeyxləri yaxşı tanımış, onların iman və ədaləti haqqında məlumat toplamışdır. Bu alim tanımadığı kəsdən rəvayət nəql etməmişdir.
    2. Biz əminik ki, Məhdəviyyət hədislərini nəql edən bu böyük alimlər nəql etdikləri hədislərin düzlüyünə inanmışlar. Onlar zəif cəhətləri aradan qaldıra bilən mötəbər dəlillərə əsaslanaraq uyğun hədisləri əminliklə nəql etmişlər. Şeyx Səduq və Tusi kimi alimlərin həqiqəti sübuta yetirməkdən başqa məqsədi olmamışdır. Uyğun mövzunu araşdırmaqda Şeyx Səduqun yeganə məqsədi Məhdəviyyətlə bağlı şübhələri aradan qaldırmaq olmuşdur.
    3. İlk üç əsrdə yazılmış və Məhdəviyyət mövzusunu açıqlayan mənbələr şeyx Səduq, Tusi və Nemaninin istinadgahı olmuşdur.
    4. Rəvayətlərin dörd yerə bölünməsi son dövrə aid olsa da, Şeyx Tusi öz dövründə hədislərə xüsusi üslubda yanaşmışdır.
    Şeyx Bəhayi hədisləri dörd qismə böldükdən sonra deyir: "Qədim alimlər belə bir bölgü aparmamışdır. Onlar əminlik yaradan dəlillərə malik hədisləri səhih (düzgün) saymışlar. Bu dəlillərə nəzər salaq:
    a) Hədisin rəvayətçilər arasında məşhur400 qaynaqdan nəqli.
    b) Hədisin iki və ya daha artıq mötəbər qaynaqda təkrarı.
    v) Hədisin imam səhabələri və səhabələr icması tərəfindən təsdiqlənən qaynaqda mövcudluğu.
    q) Hədisin imamlara təqdim olunmuş və imamlar tərəfindən təsdiqlənmiş kitabda mövcudluğu. Übeydullah ibn Əli Hələbinin imam Sadiqə (ə) təqdim etdiyi kitabı misal göstərmək olar.(Ricale-Nəccaşi”, s. 230.)
    d) Hədisin qədim alimlər tərəfindən etibarlı sayılan kitabda nəqli.("Vəsailuş-şiə”, c. 30, 197, 198.)
    5. Rical (hədis) alimləri məchul hədisləri iki qismə ayırırlar:
    a) İstilahi məchul: Bu qrupa rical alimləri tərəfindən cəhalati qeyd olunanlar daxildir.
    b) Lüğəvi məchul: Bu qrupa vəziyyəti məlum olmayan, rical kitablarında adı çəkilməyənlər daxildir. Birinci qrupdan olan hədislər zəif sayılır və onları araşdırmağa ehtiyac yoxdur. İkinci qrupdan olan hədislərin araşdırılmasına ehtiyac var. Müəyyənləşdirilməlidir ki, həmin rəvayətçinin adı nə üçün kitablarda qeyd olunmamışdır? Bunun səbəbi həmin şəxsin həm məşhurluğu, həm də cəhaləti ola bilər.(Mirdamad”, "Ər-rəvaşeh”, s. 60, 61.)
    6. Olsun ki qədim alimlər rəvayətçinin sədaqət və ədalətini əsas götürmüşlər. Yəni öncə rəvayətçinin ədalətli olması yox, ədalətsiz olması sübut olunmalıdır. Bu səbəbdən də ədalətin sübutuna ehtiyac duyulmur. Az adamların ədalətini sübuta yetirmək olar. Mütəfəkkirlər bu üsulu qəbul edir.
    7. Rəvayətin etibarlı olmasının müəyyənləşdirilməsi üçün yalnız qaynağı araşdırmaq bəs etmir. Əminlik müxtəlif yollarla yarana bilər. Nəzərdə saxlamalıyıq ki, əksər şiə alimlərinin mənbələrində rəvayətin düzlüyü müxtəlif baxışlardan öyrənilmişdir.
    Sual: 114. Həzrət Mehdinin (ə) mövludunu xəbər verən rəvayətlər zəifdirmi?
    Cavab: Bəziləri deyirlər ki, müəlliflər Mehdinin (ə) mövludundan danışan rəvayətlərin zəif olduğunu bildikləri halda, onları nəql etmişlər.
    Uyğun iradlara cavab verək:
    1. Bu mövlud haqqında yetərincə etibarlı sənədlər olduğundan zəif rəvayətləri araşdırmağa ehtiyac yoxdur. Bu əqidə şiə və sünni hədisçiləri tərəfindən qəbul olunmuşdur.(Nasirəddin Əlbani, "Silsilətul-əhadisul-səhihə”, c. 4, s. 358.)
    2. Aşkar etiqadi və kəlami məsələlərlə bağlı hədislər şiələr tərəfindən etibarlı sayılır. Bu məsələləri ağıl da təsdiqləyir. Aşkar etiqadi məsələlərin hədislərin araşdırılması yolu ilə təsdiqi zəruri deyil. Məhdəviyyət də bu qəbil məsələlərdəndir.
    3. Həzrət Mehdinin (ə) mövludundan xəbər verən hədislər təvatir (yetərlilik) həddindən çoxdur. Bu baxımdan da onların araşdırılmasına ehtiyac yoxdur. Mütəvatirlik əksəriyyət tərəfindən meyar qəbul olunmuşdur. Mütəvatir xəbəri nəql edən rəvayətçilərinin hər birinin ədalətli olması şərt deyil.
    4. İmam Əsgərinin (ə) yaşadığı dövrdəki siyasi vəziyyəti araşdıran şəxs anlayır ki, məhz həmin dövrün siyasi sıxıntıları səbəbindən bir çox rəvayətçilər həzrət Mehdinin (ə) mövludundan xəbərsiz qalmışdır. Bir çox hədisçilər rəvayəti nəql edərkən adlarını gizlətmiş, mövcud rejimin təzyiqlərindən çəkinmişlər.
    Sual: 115. Həzrət Mehdinin (ə) mövluduna əminlik yaradan hansı amillər var?
    Cavab: Bir xəbərin mütəvatir olması yəqinlik yaradır. Həzrət Mehdinin (ə) mövluduna yəqinlik yaradan bəzi mövzuları nəzərdən keçirək:
    1. 214 hədis həzrət Mehdinin (ə) mövludunu təsdiqləyir.("Kəmalud-Din”, s. 407.)
    2. Həzrət Mehdinin (ə) doğum ilini göstərən rəvayətlər.("Bihar”,c. 51.)
    3. Həzrət Mehdinin (ə) fərdi xüsusiyyətlərindən danışan rəvayətlər.(Kəmalud-din”, s. 475.)
    4. Həzrət Mehdinin (ə) imamlığını təsdiqləyən rəvayətlər.(Kəmalud-Din”, s. 435
    5. Müqəddəs nahiyə (imamın nümayəndəliyi) tərəfindən çıxarılan fərmanlar.(Bu barədə әtraflı danışılacaq.)
    6. Bəni-Abbas hökuməti tərəfindən imam Mehdinin (ə) qətli üçün görülən tədbirlər.
    7. Kiçik qeyb dövründə həzrət Mehdi (ə) tərəfindən dörd səfirin təyin olunması.
    8. Müxtəlif ölkə və şəhərlərdə müqəddəs nahiyənin (imamın nümayəndələrinin) vəkilləri.
    9. Həzrət Mehdi (ə) ilə baş tutmuş görüşlər.
    10. Həzrət Mehdinin (ə) kitablarda qeyd olunmuş möcüzələri.
    11. Tarixçi alimlərin imam Əsgərinin (ə) övladı olmasını etiraf etmələri.
    12. İmam Mehdinin (ə) mövludunun şiə icması tərəfindən qəbulu.
    13. Genetika mütəxəssislərinin imam Əsgərinin (ə) övladı olmasını təsdiqləməsi.
    14. Yalançı səfirlərin mövcudluğu.
    15. Hər bir məsum imamın həzrət Mehdinin (ə) mövludunu təsdiqləməsi.
    Sual: 116. Həzrətin mövludunu bildirən hədislər arasında səhih (düzgün) qaynağı olan hədis varmı?
    Cavab: Həzrət Mehdinin (ə) dünyaya gəlişini bildirən hədislər arasında etibarlı qaynağı olan hədislərdən bəzilərini nəzərdən keçirək:
    1. Kuleyni "səhih sənəd” sayılan Məhəmməd ibn Əbdüllah və Məhəmməd ibn Yəhyadan, onlar da öz növbəsində Əbdüllah ibn Cəfər Həmiridən nəql edir: "Mən Şeyx Əbu Əmr – Osman ibn Səid Əmri ilə birlikdə Əhməd ibn İshaqın hüzurunda idik. Əhməd ibn İshaq mənə işarə etdi ki, Əbu-Əmrdən imam Əsgərinin (ə) canişini haqqında soruşum. Əbu-Əmrə dedim: "Səndən heç bir şəkkim olmayan bir məsələ haqqında soruşmaq istəyirəm. İnanıram ki, yer üzü heç vaxt höccətsiz (ilahi rəhbərsiz) qalmır. Yalnız qiyamətdən öncə 40 gün belə ola bilər. Həmin gün çatdıqda höccət götürülər və tövbə qapısı bağlanar. Amma əminliyimi artırmaq istəyirəm. İmam Əsgərinin canişinini görmüsənmi?” Əbu-Əmr buyurdu: "Bəli, and olsun Allaha, boyu belə idi.” Sonra gördüyü canişinin boyunu əli ilə göstərdi...”("Kafi”, c. 1, s. 329-330)Hazırkı hədisi səhih sənədlə Şeyx Səduq da nəql etmişdir.("Kəmalud-din”, s. 441.)
    2. Kuleyni səhih bir sənədlə Hüseyn ibn Əladan belə nəql edir: "İmam Sadiqə (ə) ərz etdim: "Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: "Heç vaxt.”("Kafi”, c. 1, s. 178.)
    3. Müəllif digər bir sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: "Həqiqətən, yer üzü heç vaxt imamsız qalmaz.”(Həmin mənbə.)
    4. Digər bir sənədə əsasən, Həsən ibn Əli Vəşaya istinadən nəql edir ki, imam Sadiqdən (ə) soruşdum: "Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: "Heç vaxt.” Ərz etdim ki, biz nəql etdik ki, yer üzü yalnız Allah öz bəndələrinə qəzəbləndikdə höccətsiz qala bilər.” Həzrət buyurdu: "Yer heç vaxt höccətsiz olmur.”(Həmin mənbə.)
    5. Başqa bir səhih sənədlə Əbu-Haşim Cəfəridən belə nəql olunur: "İmam Əskəriyə (ə) ərz etdim ki: "Ey mənim ağam! Sizin övladınız varmı?” Həzrət buyurdu: "Bəli.” Ərz etdim: "Əgər sizə bir hadisə üz versə, harada ona müraciət edim?” Buyurdu: "Mədinədə.”
    6. Başqa bir səhih sənədə əsasən Məhmməd ibn Əli ibn Bilaldan belə nəql olunur: "İmam Əsgərinin (ə) şəhadətindən iki il öncə ondan bir məktub aldım. Məktubda həzrət öz canişini haqqında məlumat verirdi. Şəhadətindən üç gün öncə başqa bir məktub gəldi. Yenə həzrət canişini haqqında yazırdı.”(Həmin mənbə.)
    7. Kuleyni səhih sənədə əsasən Zürarənin imam Sadiqdən (ə) eşitdiklərini nəql edir: "Həqiqətən, o uşaq üçün qiyamdan öncə qeyb dövrü var... Ey Zürarə! Bu həmin Müntəzirdir ki, dünyaya gəlişinə şübhə olunar....”(Həmin mənbə.)
    8. Şeyx Səduq mötəbər sənədə əsasən Davud ibn Qasim Cəfəridən imam Hadinin (ə) belə bir buyuruğunu nəql edir: "Məndən sonra canişinim övladım Həsəndir. Ondan sonrakı canişini görməzsiniz. Onun adını çəkmək sizə halal deyil.” Onu necə çağırmaq haqqında soruşdum. Buyurdu: "Ali-Məhəmməd höccəti”;("Kəmalud-din”, s. 381.)
     
    Kitabın adı: 500 sual-cavab Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq
    Müəllif: Əliəsğər Rizvani

     
     
    Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.