» » » İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində
    +5
    Müəllif: Ewqi_Kerbela | 7-01-2015, 15:00 | Baxılıb: 1 194
     
     
    İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində

    Qeyd etdiyimiz kimi Həzrət Məhdi əleyhissəlama və onun zühuruna əqidə bəsləmək təkcə şiə məzhəbinə aid deyil, eyni zamanda sünni məzhəbinin görkəmli hədisçiləri də, o Həzrətə aid olan hədisləri səhabə və tabeinlər vasitəsilə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etmiş və öz kitablarında qeydə almışlar. Belə ki, şiə kitabları bir yana, İslamın digər məzhəblərində (Hənəfi, Şafei, Maliki və Hənbəli məzhəblərində) yazılmış kitablar da, Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) və onun zühuru barədə buyurduğu hədislərlə doludur. Bir sıra böyük tədqiqatçıların araşdırmalarına əsasən, sünni məzhəbinin hədisçiləri Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri Peyğəmbərdən (səlləllahu əleyhi və alih) otuz üç səhabə vasitəsilə öz kitablarında qeyd etmişlər. Sünni məzhəbinin böyük alimlərindən yüz altısı Həzrət Məhdi əleyhissəlamın zühuruna aid olan hədisləri öz kitablarında qeyd etmiş, onlardan otuz iki nəfəri isə bu barədə ayrıca kitab yazmışdır. Əhməd ibn Hənbəlin "Əl-Müsnəd” (vəfatı – hicri 241-ci ildə) və Buxarinin (vəfatı – hicri 256-cı ildə) "Səhih” kitabları sünni məzhəbinin ən mö’təbər kitablarından olub Həzrət Məhdi əleyhissəlamın doğulmasından qabaq yazılmış və həmin kitablarda o Həzrətə aid olan hədislər qeyd edilmişdir. Əhməd ibn Hənbəlin qeyd etdiyi hədislər sırasında aşağıdakı hədis də vardır: "Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Əgər dünyanın sonuna bircə gün də qalsa, Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar, o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar. Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam), onun xüsusiyyət və nişanələrinə dair buyurduğu hədislər qədim sünni mənbələrində o qədər çoxdur ki, sünni hədisyazar və hədis əzbərləyənləri bu hədislərin təvatür həddində olduğunu bildirmişlər. Qısa bir araşdırmaya əsasən, sünni məzhəbinin on yeddi görkəmli alimi Həzrət Məhdi əleyhissəlama aid olan hədislərin təvatür həddinə yetişməsini öz kitablarında qeyd etmişlər. Əllamə Şövkani bu hədislərin təvatür həddində olmasını sübut etmək məqsədilə "Ət-Tozihu fi-təvaturi ma caə fil-Müntəzəri vəd-Dəccali vəl-Məsih” adlı ayrıca bir kitab yazmışdır. Yaxşı olar ki, indi nümunə üçün sünni məzhəbinin bir neçə görkəmli aliminin bu barədə buyurduqlarını oxucuların nəzərinə çatdıraq:
    1) Şövkani yuxarıda adını çəkdiyimiz kitabda Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qeyd etdikdən sonra deyir: "Bununla məşğul olanlar bilirlər ki, qeyd etdiyimiz bütün hədislər təvatür həddinə çatmışdır. Deməli, bu hədislərin təvatür həddində olmasına yəqin etdik... Bütün bu dediklərimiz bir zərrə iman və düşüncəsi olan şəxslər üçün mənə elə gəlir ki, kifayət edər.”
    2) Hafiz Əbu Abdullah Gənci Şafei (vəfatı hicri 658-ci ildə) "Əl-Bəyan fi-əxbari Sahibəzzaman” kitabının on birinci fəslində deyir: "Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədislər çoxlu ravilər tərəfindən söylənildiyinə görə təvatür həddinə çatmışdır.”
    3) Görkəmli alim İbn Həcər Əsqəlani Şafei (vəfatı – hicri 852-ci ildə) "Səhihi-Buxari” kitabına yazdığı "Fəth əl-bari” adlı şərh kitabında deyir: "Məhdi əleyhissəlamın bu ümmətdən olması və İsa peyğəmbərin göydən enərək onun arxasında namaz qılacağına dair təvatür həddinə çatmış hədislər vardır.”
    4) Mö’min Şəbəlnəci yazır: "Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylənilmiş və təvatür həddinə çatmış hədislər göstərir ki, Məhdi (əleyhissəlam) onun nəslindən olub yer üzündə ədaləti bərpa edəcək.”
    5) "Əl-Əzhər” universitetinin professoru və "Ət-Tacül-camii lil-üsul” kitabının müəllifi Şeyx Mənsur Əli Nasir yazır: "Keçmiş və müasir alimlər arasında yayılmışdır ki, dünyanın axırında mütləq, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən Məhdi (əleyhissəlam) adlı bir şəxs zühur edəcək. O, bütün İslami ölkələrə hakim olacaq. Müsəlmanların hamısı ona tabe olacaq, o da müsəlmanlarla ədalətlə rəftar edib dini (İslam dinini) möhkəmlədəcək. Sonra Dəccal peyda olacaq. Həzrət İsa (əleyhissəlam) göydən enərək Dəccalı öldürəcək, ya da Dəccalı öldürməkdə Həzrət Məhdi əleyhissəlama kömək edəcək.Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) bir sıra fəzilətli səhabəsi rəvayət etmişdir. Əbu Davud, Tirmizi, İbn Macə, Təbrani, Əbu Yə’la, Bəzzar, İmam Əhməd ibn Hənbəl və Hakim Nişaburi kimi böyük hədisçilər həmin hədisləri öz kitablarında qeyd etmişlər.”1Sünni məzhəbinin ən görkəmli alimlərindən olan İbn Əbil-Hədid bu barədə yazır: "Bütün İslami firqələr bu əqidədədirlər ki, dünyanın və bəşərin İlahi hökmləri icra etmə təklifinin sonu Məhdi (əleyhissəlam) zühur etdikdən sonra yetişəcək.”
     
    Kitabın adı: İmam Məhdi əleyhissəlamın həyatı 
    Müəllif: Mehdi Pişvayi

     
     
    Bölmə: Əhli Beyt / İmam Məhdi (ə.f)
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 8 Ocak 2015 16:17 | Redaktor | Şərh yazdı
    İNŞALLAH AĞAMIZ ZUHUR EDER BİZDE AĞAMIZA QOVUŞARIQ.ALLAH RAZI OLSUN BACIM ELLERİN VAR OLSUN
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.