![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Məsum imamlar (ə) Mehdinin (ə.f) doğulması haqda nə deyiblər?
Sual: Həzrət Əli (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə xəbər veribmi?
Sual: İmam Mehdinin (ə.f) doğulması barədə İmam Həsən (ə) xəbər veribmi?
Cavab: Bəli, bir hədisdə İmam Həsənin (ə) belə buyurduğu rəvayət olunmuşdur:
"Allah rəsulundan (s) sonra imamlar on iki nəfərdir. (Onlardan doqquz nəfəri) qardaşım Hüseynin nəslindəndir və bu ümmətin Mehdisi onlardandır” ("Biharul-ənvar”, c.36, səh.383).
Sual: İmam Mehdinin (ə.f) doğulması barədə İmam Hüseyn (ə) xəbər veribmi?
Cavab: Şeyx Səduq öz sənədinə əsasən, İmam Hüseynin (ə) belə buyurduğunu nəql etmişdir:
"Övladlarımdan doqquzuncusunda Yusifdən bir sünnə və Musa ibn İmrandan bir sünnə vardır. O, bizim Əhli-beytin Qaimidir. Allah-təbarək və taala onun işini bir gecədə düzəldəcəkdir” ("Kəmalud-din”, səh.317; "Biharul-ənvar”, c.51, səh.132-133).
Sual: İmam Səccad (ə) İmam Mehdi (ə.f) barədə nə deyib?
Cavab: İmam Zeynül-abidinin (ə) oğlu atasından soruşdu:
–Ey ata! Nə üçün onu (qardaşımı) Baqir adlandırırsan?
Atam təbəssüm etdi. Mən bundan əvvəl onun (belə) təbəssüm etdiyini görməmişdim. Sonra dedi:
–Ey oğlum! Həqiqətən, bizim Qaimimiz qiyam edib zülm ilə dolan yer üzünü ədalətlə dolduracağı vaxta qədər imamət onun övladlarında (övladları vasitəsilə) olacaq. O, imam və imamların atasıdır, helmin mədəni, elmin mövzusu (mahiyyəti) və elmi yarandır. Allaha and olsun! Sözsüz ki o, insanlar arasında Allah Rəsuluna (s) ən çox oxşayanıdır.
Dedim:
–Ondan sonra imamlar neçə nəfərdir?
Dedi:
– Yeddidir və axirəz-zamanda din ilə qiyamedəcək Mehdi (ə.f) onlardandır("Biharul-ənvar”, c.36, səh.388).
Sual: İmam Baqir (ə) İmam Mehdinin (ə.f) doğulması barədə nə deyib?
Cavab: Məsudi "İsbatul-vəsiyyə” kitabında öz sənədilə Əli ibn Əbu Həmzənin belə dediyini nəql etmişdir:
Mən Əbu Bəsirlə idim. İmam Muhəmməd Baqirin (ə) xidmətçilərindən biri də bizimlə idi. O, İmam Baqirin belə buyurduğunu nəql etdi:
On iki mühəddis bizdəndir. Övladlarımdan yeddincisi Qaimdir” ("Əl-Vəsiyyə”, səh.283, "Biharul-Ənvar”, c.36, səh.395, hədis.11).
Sual: İmam Sadiq (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Şeyx Səduq öz sənədinə əsasən, İmam Sadiqdən (ə) əhatəli bir hədis nəql etmişdir. Həmin hədisdə İmam (ə) belə buyurub:
"Şübhəsiz ki, övladlarımdan altıncısı tezliklə qeybə çəkiləcəkdir. O, Allah Rəsulundan (s) sonra hidayətedici imamlardan on ikincidir. Onların birincisi möminlərin əmiri Əli ibn Əbutalib, sonuncusu haqq ilə qiyam edən (Qaim), Allahın yer üzərində saxladığı (Bəqiyyətullah) və zamanın sahibidir (Sahibəz-zaman)..." ("Kəmalud-din", səh.33; "Biharul-ənvar", c.42, səh.79, hədis.8)
Yenə də öz sənədi ilə İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir:
"Bütün imamları qəbul edib Mehdini (ə.f) inkar edən kəs elə bil ki, bütün peyğəmbərləri qəbul edib Muhəmmədin peyğəmbərliyini qəbul etməyən kəs kimidir".
İmama (ə) deyildi: "Ey Allah Rəsulunun övladı! Övladlarından hansı Mehdidir (ə.f)?"
Dedi: "Yeddincinin (İmam Musa Kazimin) nəslindən olan beşincisi kimliyini sizdən gizlədən və adının çəkilməsi sizə icazə verilməyən kəsdir" ("Kəmaluddin-din", səh.333).
Yenə də bir hədisdə Əbu Bəsirin belə buyurduğunu nəql etmişdir:
İmam Sadiqə (ə) dedim: "Siz Əhli-beytdən olan Qaim kimdir?"
Dedi: "Ey Əbu Bəsir! Oğlum Musanın nəslindən olan beşinci şəxsdir. O, (öz zamanında) qadın bəndələrin seyidəsinin oğludur. O, qeybə çəkiləcək və batil əhli o (qeyb) barədə şəkkə düşəcəkdir. Uca və əzəmətli Allah onu aşkara çıxaracaq və onun əli ilə yer üzünün şərq və qərbini fəth edəcəkdir" ("Kəmalud-din", c.31, səh.345, "Biharul-ənvar", c.51, səh.146, hədis.14).
Sual: İmam Kazim (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Yunis ibn Əbdürrəhman deyir: Həzrət Musa ibn Cəfərin yanına daxil oldum və ərz etdim:
"Ey Allah elçisinin oğlu! Sən haqq ilə qiyam edənsən (Qaimsən)?” Dedi: "Mən haqq ilə qiyam edənəm, lakin yer üzünü Allah düşmənlərindən təmizləyən və onu zülm ilə dolduğu kimi ədalətlə dolduracaq olan Qaim övladlarımdan (nəslimdən) olan beşincisidir. Onun (Qaimin) müddəti uzanacaq qeyb dövrü var” ("E`lamul-vəra”, səh.433).
Yenə də Şeyx Səduq öz sənədi ilə Həzrət Musa ibn Cəfərin (ə) belə dediyini nəql etmişdir:
Yeddincinin (İmam Kazimin) övladlarından (nəslindən) beşincisi qeybə çəkildiyi zaman dininiz barədə Allahdan qorxun! (yəni dininizdən muğayat olun!) ("Kəmalud-din”, səh.359, hədis.1)
Sual: İmam Rza (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Hüseyn ibn Xalid bir hədisdə nəql edir ki, İmam Rzaya (ə) belə ərz olundu:
"Siz Əhli-beytdən qiyam edən (Qaim) kimdir?” Dedi: "Övladlarımdan (nəslimdən) dördüncüsü və qadın bəndələrinin seyidəsinin oğludur. Allah yer üzünü onun vasitəsilə hər bir haqsızlıqdan (zorakılıqdan) təmizləyəcək və oranı bütün zülmlərdən təmizləyərək müqəddəsləşdirəcəkdir. O, elə bir şəxsdir ki, insanlar onun doğulmasında şübhə edərlər və o, zühur etməmişdən əvvəl qeyb dövrünün sahibidir (zühur etməmişdən əvvəl qeybə çəkiləcəkdir)” ("Biharul-ənvar”, c.52, səh.321, hədis.29).
Debel Xüzai deyir: Mövlam Əli ibn Musa Rza (ə) üçün bir qəsidə oxudum. Bu misralara çatdıqda:
İmamın xürucu (zühur etməsi) sözsüz baş verəcəkdir
O, Allahın adı və xeyir duası ilə qiyam edəcəkdir
Bizim aramızdan bütün haqq və batili seçəcəkdir
Və nemətlərlə mükafatlandıracaq və müsibətlərlə cəzalandıracaqdır.
İmam Rza (ə) hönkürtü ilə ağladı. Sonra başını mənə tərəf qaldırıb dedi: "Ey Xüzai! Bu iki beytdə Ruhulqüds sənin dilinlə danışdı. Bəs sən bu İmamın kim olduğunu və nə vaxt qiyam edəcəyini bilirsənmi?” Dedim: "Xeyr, mənim mövlam, mən ancaq (bunu) eşitmişəm ki, sizdən bir imam xüruc (zühur) edəcək, yer üzünü fəsaddan təmizləyəcək və oranı ədalətlə dolduracaqdır”. Dedi: "Ey Debel! Məndən sonrakı imam oğlum Muhəmməddir, Muhəmməddən sonra oğlu Əlidir, Əlidən sonra oğlu Həsəndir, Həsəndən sonra oğlu qeyb dövründə intizarı çəkilən (müntəzər) və zühuru zamanı itaət olunacaq qiyam edən (Qaim) Höccətdir” ("Yənabiul-məvəddət”, c.3, səh.309, hədis.1; "Biharul-ənvar”, c.49, səh.237).
Sual: İmam Cavad (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: İmam Cavaddan (ə) nəql olunmuş doxsana yaxın hədisdə İmam Mehdinin (ə.f) doğulmasına işarə olunmuşdur. Şeyx Səduq öz sənədinə əsasən, Əbdüləzim Həsənidən belə nəql etmişdir:
Mən Muhəmməd ibn Əli ibn Musa ibn Cəfər ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbutalibin yanına daxil oldum və Qaim barədə soruşmaq istəyirdim ki, o Mehdidir, yoxsa başqa bir şəxs? Həzrət sözünün əvvəlində buyurdu:
"Ey Əbülqasim! Həqiqətən, Qaim bizdəndir. O, qeyb dövründə intizarı çəkilməsi və zühur etdikdə itaət edilməsi vacib olan Mehdidir. O, mənim övladlarımdan (nəslimdən) üçüncüsüdür” ("Kəmalud-din”, səh.377, hədis.1; "Biharul-ənvar”, c.51, səh.156, hədis.1).
Şeyx Səduq öz sənədinə əsasən, Saqr ibn Əbu Dəlfdən nəql etmişdir ki, İmam Cavaddın (ə) belə buyurduğunu eşitdim:
"Məndən sonra imam oğlum Əlidir. Onun əmri mənim əmrim, sözü mənim sözümdür və ona tabe olmaq isə mənə tabe olmaqdır. Ondan sonra imam oğlu Həsəndir. Onun əmri atasının əmri, sözü atasının sözüdür və ona itaət etmək isə atasına itaət etməkdir”.
Sonra susdu və ona dedim: "Ey Allah elçisinin oğlu! Bəs Həsəndən sonrakı imam kimdir?” Hönkürərək ağladı və dedi:
"Həqiqətən, Həsəndən sonra (imam) oğlu – haqla qiyam edən (Qaim) və intizarı çəkiləndir (Müntəzər).” ("Elamul-vəra”, səh.436; "Biharul-ənvar”, c.51, səh.157, hədis.5).
Sual: İmam Hadi (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Saqr ibn Əbu Dəlf deyir: İmam Hadinin (ə) belə buyurduğunu eşitdim:
"Məndən sonra imam Həsəndir. Həsəndən (ə) sonra (imam) oğlu Qaimdir, kim ki yer üzünü zorakılıq (haqsızlıq) və zülm ilə dolduğu kimi (oranı) haqq-ədalətlə dolduracaqdır” ("Biharul-ənvar”, c.50, səh.239, hədis.3).
Davud ibn Qasim Cəfəri deyir: İmam Əbül-Həsən Hadinin (ə) belə buyurduğunu eşitdim:
"Məndən sonra xələf (canişin) Həsəndir. Canişindən sonrakı canişinə olan nisbətiniz necədir?” Dedim: "Nə üçün (necədir)? Allah məni sizə fəda etsin”. Dedi: "Həqiqətən, siz onun kimliyini görməyəcəksiz və sizə onun adını çəkməyə icazə verilmir” ("Kəşfül-ğümmə”, c.2, səh.406).
Sual: İmam Həsən Əskəri (ə) İmam Mehdinin (ə.f) dünyaya gəlişi barədə nə deyib?
Cavab: Bir çox rəvayətlərdə bu mövzuya işarə olunmuşdur.
Musa ibn Cəfər ibn Vəhəb Bağdadi deyir: İmam Əskərinin (ə) belə buyurduğunu eşitdim:
"Elə bil, sizi məndən sonra canişinim barədə ixtilafa düşmüş (halda) görürəm. Agah olun! Həqiqətən, hər hansı bir şəxs Allah Rəsulundan (s) sonra imamları təsdiqləyib, ancaq oğlumu inkar etsə, o, bütün Allah peyğəmbərləri və elçilərini təsdiq edib, Allah elçisi Muhəmmədin peyğəmbərliyini inkar etmiş şəxs kimidir”("Biharul-ənvar”, c.51, səh.160, hədis.6).
Osman ibn Səid Əmri atasından belə eşitdiyini deyir: Əbu Muhəmməd Həsən ibn Əlidən (ə) atalarından rəvayət olunmuş "yer üzü Qiyamət gününə qədər Allahın yaratdıqları üzərində höccətindən məhrum ola bilməz və zəmanəsinin İmamını tanımadan ölən şəxs cahiliyyət ölümü ilə ölmüşdür" xəbəri barədə soruşuldu və mən də onun yanında idim. Dedi (ə):
"Həqiqətən, bu, həqiqətdir. Necə ki gün həqiqətdir (Yəni günün mövcudluğu bizim üçün aşkar olduğu kimi, bu məsələ də həqiqətdir)". Ona deyildi: "Ey Allah elçisinin oğlu! Sizdən sonra höccət və imam kimdir?" Dedi: "Oğlum Muhəmməd. O, məndən sonra imam və höccətdir. Onu tanımadan ölən kəs cahiliyyət ölümü ilə ölmüşdür (bu ölüm ona görə cahiliyyət ölümü kimi təqdim edilmişdir ki, hər hansı bir şəxs İmamı qəbul etmədən və ya bu barədə araşdırma aparmadan ölərsə, bu ölüm cahil ölümü kimi vəsf edilmişdir) ("Biharul-ənvar”, c.51, səh.160, hədis.7).
Əhməd ibn İshaq deyir: İmam Həsən Əskərinin (ə) belə buyurduğunu eşitdim:
”Həmd Allaha məxsusdur ki, məndən sonrakı xələfi (canişini) görmədən məni dünyadan aparmadı. O, yaradılış və əxlaq baxımından insanlar arasında Allah elçisinə ən çox bənzəyəndir” ("Kəmalud-din”, səh.408, hədis.7; "Biharul-ənvar”, c.51, səh.161, hədis.9).
Müəllif: Fərid Abdullah
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum ...
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |