![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Yuxu yozmalari-N hərfi üzrə
NUR IŞIQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda işıq, nur görmək dörd yerə yozulur:
1.Hidayət, dindarlıq. 2.Elm. 3.Doğru yol. 4.Iman və sağlam etiqad».
NƏĞMƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda nəğmə oxumaq altı yerə yozulur:
1.Puç kəlam. 2.Kədər. 3.Müsibət. 4.Rüsvayçılıq. 5.Müharibə. 6.Elm və hikmət öyrənmək».
«NISA» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «nisa» surəsini oxuduğunu görən şəxs öz arzu və istəklərinə nail olacaq və pərhizkar bəndəyə çevriləcək. Bundan əlavə ona öz qohumlarından miras yetişəcək».
«NƏHL» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda «Nəhl» surəsini oxuduğunu görsə, Allah-təala ona elm və bilik əta edəcək. Əgər xəstə olsa şəfa tapacaq»
«NƏML» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «nəml» surəsini oxuduğunu görən şəxs çoxlu mal əldə edəcəkdir»
«NƏCM» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Nəcm» surəsini oxuduğunu görən şəxsə Allah-təala gözəl və əməli saleh bir övlad nəsib edəcək».
«NUH» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Nuh» surəsini oxuduğunu görən şəxs qorxu və nigarançılıqdan amanda qalacaq».
«NAZIAT» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Naziat» surəsini oxuduğunu görən şəxsin qəlbi məkr və hiylədən pak olacaq şükr».
NOVBAR XURMA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda təzə yetişmiş xurma görməyin dörd yozumu var:
1.Övlad. 2.Ne mət. 3.Mənfəət. 4.Mal».
NARINC(turş portağal)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda narınc görməyin dörd yozumu var:
1.Dost. 2.Dava-dalaş, münaqişə. 3.Övlad. 4.Mənfəət».
NATIF(halva)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda natif halvası görməyin üç cür yozumu var:
1.Şirin söz. 2.Halal mal. 3.Yaşayış».
NAVALÇA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda navalça görməyin üç yozumu var:
1.Şəhər hakimi. 2.Ailə başçısı. 3. Mənfəət».
NƏRDIVAN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda nərdivan görmək saleh adamlar üçün düşmən üzərində qələbə, fasiqlər üçün isə nifaq və ikiüzlülük nişanəsidir».
NƏRGIZ GÜLÜ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda nərgiz gülü görməyin üç yozumu var:
1.Xoş zövqlü bir adam. 2.Övlad. 3.Vəfalı dost».
NAMAZ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda namaz qılmağın yeddi yozumu var:
1.Əmniyyət. 2.Sevinc, şadlıq. 3.Izzət, məqam. 4.Yüksək mənsəb. 5.Nicat, qurtuluş. 6.Murada yetişmək. 7.Nöqsan, əskiklik.
Həmçinin yuxuda rüku və səcdələrin beş yozumu var:
1.Murada yetişmək. 2.Müttəfiqlik. 3.Kömək. 4.Zəfər. 5.Allah-təalanın əmr və göstərişlərini yerinə yetirmək; həmçinin yuxuda bir şəxs namazı qılıb tamamladığını görsə, duası qəbul olacaq, əks təqdirdə qəbul olmayacaqdır».
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |