![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Yuxu yozmalari-T hərfi üzrə
TULUQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tuluq görməyin doqquz yozumu var:
1.Əmanətdar şəxs.2.Qadın. 3.Xidmətçi. 4.Dininin güclənməsi. 5.Sağlamlıq və gümrahlıq. 6.Uzun ömür. 7.Mal-dövlət. 8.Xeyir-bərəkət. 9.Qadın tərəfdən yetişən miras».
TƏBIL ÇALMAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda təbil çalmaq yalan və bir-birinə zidd olan xeyirsiz xəbərlərdir».
TIKMƏK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda paltar tikən bir şəxsi görmək işlərinin onun əli ilə düzəlib yoluna düşəcəyinə dəlalət edir, xüsusilə onun özünə paltar tikmiş olsa».
«TÖVBƏ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «tövbə» surəsini oxuduğunu görən şəxs xalqın sevimlisinə çevriləcək».
«TUR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «tur» surəsini oxuduğunu görən şəxs Məkkədə məskunlaşaraq oranı özünə yaşayış yeri seçəcəkdir».
«TƏĞABUN» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Təğabun» surəsini oxuduğunu görən şəxs doğru danışan olacaq və əhval-ruhiyyəsində səbat yaranacaqdır».
«TƏLAQ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Təlaq» surəsini oxuduğunu görən şəxs öz əhli-əyalı ilə inadkarlıq edəcək, ailədə ədavət törədəcəkdir».
«TƏHRIM» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «təhrim» surəsini oxuduğunu görən şəxs haram və şəriətin qadağan etdiyi işlərdən uzaqdır».
«TƏKVIR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «təkvir» surəsini oxuduğunu görən şəxs qorxduğu şeyin təhlükəsindən hifz olacaq, nicat tapacaqdır»
TARIQ SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Tariq» surəsini oxuduğunu görən şəxsə müşkül işlər asan olacaq».
«TIN» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «tin» surəsini oxuduğunu görən şəxs dünya və axirətdə istəklərinə nail olacaq».
«TƏKASÜR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Təkasür» surəsini oxuduğunu görən şəxsin malı ticarət ilə artıb çoxalacaq».
«TƏBBƏT» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Təbbət» surəsini oxuduğunu görən şəxsin əleyhinə bir dəstə çalışsalar da, lakin istəklərinə nail olmayacaqlar».
TAS
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tas görməyin dörd yozumu var:
1.Xidmətçi qadın. 2.Kəniz. 3.Övlad. 4.Mənfəət».
TOVUZ QUŞU
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tovuz quşu görməyin iki yozumu var:
1.Əcəm padşahı. 2.Böyük və sərvətli şəxs».
TABAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tabaq görmək dörd cür yozumdur:
1.Məclis qulluqçusu, xidmətçi. 2.Kəniz. 3.Hidayət. 4.Mənfəət, fayda».
TEŞT
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda teşt görmək üç yozumdur:
1.Xidmətçi qadın. 2.Kəniz. 3.Qadın tərəfindən yetişən mənfəət».
TƏBIL
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda təbil çaldığını görən şəxs bihudə iş görəcək».
TƏLAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda həyat yoldaşını boşadığını görən şəxs gördüyü işdən peşman olacaq. Əgər yoldaşının istəyi ilə onu boşasa var-dövlətə sahib olacaq, qənimət əldə edəcək».
TUTUQUŞU
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tutuquşu görməyin üç yozumu var:
1.Övlad. 2.Bakirə qız. 3.Zirək şagird».
TISBAĞA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda tısbağa görməyin üç yozumu var:
1. Alim. 2.Pərhizkar zahid. 3.Sənətkar».
TOQQA QAYIŞ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qayış görməyin altı yozumu var:
1.Mənfəət. 2.Övlad. 3.Ucalıq. 4.Uzun ömür. 5.Murad, istək. 6.Dindarlıqda saflıq və xalislik».
TOZ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda toz görmək üç yerə yozulur:
1.Mal. 2.Bəla. 3.Cəza, işgəncə».
TƏPIK ŞILLAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda təpik və şıllaq atmaq dörd yerə yozulur:
1.Şərəf və əzəmətin azalması. 2.Zərər. 3.Kədər. 4.Həyat yoldaşının pis yola düşməsi».
TOPAL AXSAQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda axsaq görmək beş yerə yozumdur:
1.Mənfəət. 2.Bacarıqsızlıq. 3.Yoxsulluq. 4.Kədər, hüzn. 5.Güzəranda çatışmamazlıq».
TOYUQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda toyuq görməyin üç yozumu var:
1.Gözəl qadın. 2.Kəniz. 3.Ev qulluqçusu».
TULUQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda su tuluğu görməyin üç yozumu var:
1.Səfər. 2.Mal. 3.Güzəran».
TAXT
(hərəkət zamanı əmirlər üzərində dirsəklənən çarpayı)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda belə taxt görməyin dövlətlilər üçün səkkiz yozumu var:
1.Rahatlıq, asayiş. 2.Eyş-işrət. 3.Izzət, baş ucalığı 4.Dövlət, uğurlu tale. 5.Qədir-qiymətlilik, yüksək mənsəb. 6.Əmniyyyət. 7.Mehriban qadınlar. 8.Səmimi və ürəkyandıran kəniz. Həmçinin yoxsullar üçün dörd yozumdur:
1.Zindan. 2.Darısqal yer. 3.Kədər. 4.Məşəqqət, möhnət».
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |