![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Yuxu yozmalari-H hərfi üzrə
«HUD» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda «Hud» surəsini oxuduğunu görsə, onun doğruculluğuna, əmanətdarlığına dəlalət edir».
«HICR»SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Hicr» surəsini oxuduğunu görən şəxs xalq arasında məqam-mənsəbi artaraq yüksələcək».
«HƏCC» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Həcc» surəsini oxuduğunu görən şəxs din uğrunda çalışacaq, ibadət və zöhddə misli bərabəri olmayacaqdır».
«HÜCURAT» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Hücurat» surəsini oxuduğunu görən şəxs camaatla mehriban münasibət quraraq onlarla səmimi ünsiyyətdə olacaqdır».
«HƏDID» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Hədid» surəsini oxuduğunu görən şəxs layiqli dindar olacaq, hamı tərəfindən bəyəniləcəkdir».
«HƏŞR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Həşr» surəsini oxuduğunu görən şəxs düşmənlərini məğlub edərək qələbə çalacaq».
«HAQQƏ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Haqqə» surəsini oxuduğunu görən şəxs haqq yolda səy edərək əzmlə çalışacaqdır.
«HUMƏZƏ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Huməzə» surəsini oxuduğunu görən şəxsin əli ilə düşmən məğlub və fəth əldə olunacaqdır».
HƏBSXANA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda məlum bir zindanı görmək nicat və aqibət xeyirlilik əlamətidir. Mütəal Allah buyurur: «Yusif dedi: «Ey Rəbbim! Mənim üçün zindan onların məni sövq etdikləri işi görməkdən daha xoşdur» («Yusif» surəsi, 33-cü ayə). Lakin yuxuda tanış olmayan bir zindanı görmək korluğa və qəm-qüssəyə dəlalət edir. Necə ki, Yusif əleyhissəlam buyurmuşdur: Zindan dirilər üçün qəbir, bəla və müsibət evi, dostların sınaq yeri və düşmənlərin rişxəndinə səbəb olan amildir».
HULQUM
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda hulqum qazanc və xərcə işarədir və hulqumda gördüyü hər bir yaxşıya pis hal öz əksini qazanc və xərcdə tapacaq».
HICAB, ÖRPƏK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda çadra görməyin dörd yozumu var:
1.Qadın. 2.Kəniz. 3.Xidmətçi. 4.Qadın tərəfindən yetişən mənfəət».
HƏDIYYƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda bir kəsə təzə ət hədiyyə etdiyini görmək xeyirə yozulur».
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |