Yuxu yozmalari-F hərfi üzrə
«FÜRQAN» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Fürqan» surəsini oxuduğunu görən şəxs batildən üz çevirərək haqqa doğru yönələcəkdir».
«FATIR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «fatir» surəsini oxuduğunu görən şəxsin üzünə ne mət qapıları açılacaq».
«FƏTH» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Fəth» surəsini oxuduğunu görən şəxsə Allah-təala hər iki aləmdə tofiq (uğur və müvəffəqiyyətlər) əta edəcəkdir».
«FƏCR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Fəcr» surəsini oxuduğunu görən şəxsin əzəmət və şövkəti azalacaq».
«FƏLƏQ» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Fələq» surəsini oxuduğunu görən şəxs ruzigarın məşəqqət və müsibətlərindən amanda qalacaq».
FITNƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda aşağıdakı on şeydən birini görsə, həmin yerdə fitnə baş verəcəkdir.
1.Qaranlıq. 2.Od. 3.Soyuq külək. 4.Isti külək. 5.Günəşin tutulması. 6.Toz. 7.Qəfil yağış. 8.Ağacların köklərindən qopması. 9.Qırmızı bulud. 10.Sarı və qırmızı paltarlar geyinmək».