![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Yuxu yozmalari-Ş hərfi üzrə
ŞEYTAN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şeytan görmək altı yerə yozulur: 1.Düşmənlə görüşmək. 2.Dində fəsad və fisq. 3.Nəfsani meyllərə düşmə. 4.Bəndəlikdən, Allahın itaətindən sapınma. 5.Pərhizkar, saleh şəxslərdən uzaqlaşmaq. 6.Haramxorluq».
ŞƏHIDƏLLAH
(«Ali-Imran» surəsi, 18-ci ayə)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «şəhidəallah» ayəsini oxuduğunu görən şəxs öz dünya və axirət diləklərinə çatacaq və dindarlıqda, pərhizkarlıqda yeganə və misilsiz olacaq».
«ŞƏMS» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Şəms» surəsini oxuduğunu görən şəxs bəlalardan amanda qalacaq».
ŞADLIQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda özünü şad görən şəxsin əcəli yaxınlaşmışdır. Allah-təala buyurmuşdur: «Kafirlər özlərinə verilən (dünya) ne`mətlərinə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular, («Ən`am» surəsi, 44-cü ayə)».
ŞAHIN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şahin görmək dörd cür yozulur:
1.Məqam, ad-san. 2.Hakimiyyət, hökmranlıq. 3.Mal, ne mət. 4.Övlad».
ŞAFTALI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şaftalı görməyin beş yozumu var:
1.Xəstəlik. 2.Kəniz. 3.Mükafat, bəxşiş. 4.Mal. 5.Mənfəət».
ŞIKAR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda ov ovlamaq beş cür yozulur:
1.Məlahətli söz. 2.Öpüş vermək. 3.Mənfəət. 4.Övlad. 5.Mal».
ŞALVAR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şalvar görmək üç cür yozulur:
1.Qadın. 2.Kəniz. 3.Xidmətçi».
ŞAM
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şam görməyin on dörd yozumu var:
1.Padşah. 2.Qazı. 3.Övlad. 4.Toy. 5.Hakimiyyət. 6.Rəhbərlik. 7.Ev, saray. 8.Şadlıq. 9.Elm. 10.Sərvət. 11.Eyş-işrət. 12.Kəniz. 13.Qadın. 14. Şəxsin yuxuda gördüyü şey».
ŞƏHƏR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şəhərlər görməyin dörd yozumu var:
1.Dindarlıq. 2.Eyş-işrətli güzəran, yaşayış. 3.Öz arvadından yetişən mənfəət. 4.Asudəlik, asayiş».
ŞIRNIYYAT
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şirniyyat görməyin altı yozumu var:
1.Halal mal. 2.Mənfəət. 3.Elm, hikmət. 4.Mədəniyyət. 5.Mədh, səna. 6. Gözəl bir kəniz».
ŞIR
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şir görmək üç cürə yozulur:
1.Padşah. 2.Şücaətli adam. 3.Qüvvətli düşmən».
ŞIRƏ(doşab)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda şirə görməyin üç yozumu var:
1.Gözəl qadın. 2.Kəniz. 3.Xidmətçi».
ŞANAPIPIK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda hüd-hüd görməyin dörd yozumu var: 1.Xeyir. 2.Rifah. 3.Ucalıq, məqam. 4.Zəfər».
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |