İmam Hüseynin (ə) türbətinin şəfa qəsdi ilə yeməyin qaydası
İmam Hüseynin (ə) türbətinin şəfa qəsdi ilə yeməyin qaydası
Din alimlərinin arasında İmam Hüseyn əleyhissalamın türbətindən başqa, sair torpaqları yemək haramdır. İmam Hüseynin (ə) türbətinin şəfa qəsdi ilə (onu yeməkdən ləzzət almaq qəsdi olmadan) noxud böyüklükdə, (bəlkə daha artıq ehtiyata əməl etmək üçün mərci böyüklükdə) olsun. Türbəti yeyərkən daha yaxşı olar ki, onu ağıza qoyub, sonra bir qurtum su içərək desin:
"Allahumməhbəlhu rizqən vasiən və ilmən nafiən və şifaən min kulli dain və suqmin.
Əllamə məclisi buyurmuşdur: Əhvət nəzərə (daha artıq ehtiyata) əsasən İmam Hüseynin (ə) türbətindən düzəldilmiş möhr və təsbihi yeməsinlər bə həmçinin satmasınlar. Bəlkə onu bir-birilərinə hədiyyə etsinlər. Belə ki, İmam Sadiq əleyhissalamdan nəql olunmuş rəvayətdə belə oxuyuruq:
İmam Hüseyn əleyhissalamın qəbrinin torpağını satan adam, sanki o Həzrətin ətini alıb satmışdır.
Kitabın adı: Şəfa duaları 2-ci cild
Müəllif: Zəfər Cəfərzadə
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.