BAYQUŞUN İMAM HUSEYNӘ (ə) AĞLAMASI..
İmam Rza(ə): Qədim zamanlarda bayquş evlərdə yaşayardı və nahar zamanı masanın kənarına qonub ev sahibləri ilə birgə yemək yeyərdi.
İmam Huseyn (ə)-ı şəhid etdiklərinə görə insanlara etimadı azaldı, onlardan ayrılaraq xarabalıqda özünə yuva qurdu və orda yaşamağa başladı.
Allahın yaratdığı bu heyvan insanlardan vəfasızlıq gördü. Çünki onlar Peyğəmbər övladını şəhid etmişdilər.
Belə bir insanın öldürüldüyünuü görüb bir gün özünüdə öldürəcəklərini güman etdi. Bu günə qədər də tənha yaşayıb heç kimə görünmür. Yalnız gecələr öz ruzisini arayır, bir qədər ov etdikdən sonra imam Huseyn (ə)-ı yad edərək ağlayır, naləsi hər tərəfi bürüyür.
İndi bəzi "ağıllı" insanlar bu ağıllı quşu qovurlar ki, bəs o hara gəldisə ora xaraba qalır, daha demirlər ki, bu dünyanı Həzrət Hüseyni (ə.s) şəhid edənlər xaraba qoydular!