İmam Huseyn (ə)
+5
Müəllif:
miryaqub | 6-01-2014, 23:12 | Baxılıb: 1 499
İmam Əlinin davamçısı...
İbn Şəhri Aşub özünün «Mənaqib» adlı kitabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu:
- «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. »
Bəli, elə buna görə də, Həzrət İmam Muhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.