Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Yuxu yozmaları-K hərfi üzrə
KÖLGƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kölgədə əyləşmək beş yerə yozulur:
1.Əzəmət.2.Heybət. 3.Pənah. 4.Mənfəət. 5.Ölüm».
KÜP
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda küp görmək doqquz yerə yozulur:
1.Münafiq muzdur. 2.Qadın. 3.Xidmətçi. 4.Kəniz. 5.Dinin bərpası və möhkəmlənməsinə səbəb olan vasitə. 6.Sağlamlıq. 7.Xeyir-bərəkət. 8.Mal, ne`mət. 9.Qadın tərəfdən yetişən miras».
KASA
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kasa görməyin on yozumu var:
1.Arvad. 2.Xidmətçi. 3.Kəniz. 4.Dinin bərpası və möhkəmlənməsinə səbəb olan şey. 5.Vəziyyət və halın düzəlib yaxşılaşması. 6.Uzun ömür. 7.Mal. 8.Ne`mət. 9.Məlahətli, nəzakətli söz. 10.Qadın tərəfdən yetişən miras».
«KƏHF» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Əgər bir şəxs yuxuda «Kəhf» surəsini oxuduğunu görsə, bütün istək və diləklərininə nail olanadək ömür sürəcək».
«KÖVSƏR» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «kövsər» surəsini oxuduğunu görən şəxs xeyirxah işlər görərək əcr və savaba nail olacaq».
«KAFIRUN» SURƏSI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda «Kafirun» surəsini oxuduğunu görən şəxsin din yolunda himmət və dəyanəti kəskindir».
KƏCAVƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kəcavə görməyin altı yozumu var:
1.Yüksəklik. 2.Izzət, məqam. 3.Rütbə, mənsəb. 4.Rəyasət. 5.Hökmranlıq. 6.Sərkərdə və ya qulluq sahibi ilə yaxın münasibət».
KƏKLIK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kəklik görməyin dörd yozumu var:
1.Oğlan. 2.Dost. 3.Asayiş, rifah. 4.Arzuya yetişmək».
KƏDU(ağ badımcan)
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kədu görməyin üç yozumu var:
1.Izzət, məqam. 2.Mal, ne`mət. 3.Işlərdə nizam-intizam».
KÜRSÜ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kürsü görməyin dörd yozumu var:
1.Ədalət. 2.Insaf. 3.Izzət, şərəf. 4.Mənsəb, rütbə. 5.Hökmranlıq. 6.Yüksək, ali dərəcə. Həmçinin əgər bir kəs yuxuda asimanda kürsü üzərində əyləşdiyini görsə, onun işləri düzələcək və bütün arzu-muradına çataraq xalq arasında möhtərəm şəxsə çevriləcək. Amma yuxuda taxtadan kürsü qadına işarədir və onda olan hər bir kəm-kəsir və ya bər-bəzək qadındakı hər hansı müsbət və yaxud mənfi keyfiyyətlərə dəlalət edir».
KARLIQ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda karlıq dörd şeyə yozulur:
1.Yoxsulluq. 2.Hədər olma, fəsad. 3.Kədər. 4.Işlərin düyünlənməsi».
KÖYNƏK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda köynək görməyin dörd yozumu var:
1.Qüvvət. 2.Pənahgah, dayaq. 3.Səfər. 4.Işlərdə nizam-intizam».
KIŞMIŞ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kişmiş görmək üç yerə yozulur:
1.Mənfəət. 2.Halal mal. 3.Qazanc, dolanacaq».
KƏ`BƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda Kəbəni görməyin dörd yozumu var:
1.Xəlifə 2.Imam. 3.Iman. 4.Əmniyyət».
KÖKƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kökə görməyin dörd yozumu var:
1.Halal mal. 2.Ruzi bolluğu. 3.Ne`mət bolluğu. 4.Rifah, asayiş və xoş güzəran».
KAMAN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kaman görməyin altı yozumu var:
1.Müsafirət. 2.Övlad. 3.Qadın. 4.Güc-qüvvət. 5.Gözəl xasiyyət. 6.Dost, rəfiq».
KUZƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda bardaq görməyin doqquz yozumu var:
1.Qadın. 2.Xidmətçi. 3.Kəniz. 4.Din və imanın qüvvətlənməsinə səbəb. 5.Sağlamlıq. 6.Uzun ömür. 7.Mal. 8.Xeyir-bərəkət. 9.Qadın tərəfindən yetişən miras».
KISƏ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda boş kisə görməyin üç yozumu var:
1.Insan bədəni. 2.Sir. 3.Yoxsulluq.
KILIM
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kilim görməyin beş yozumu var.
1.Rəis. 2.Başçılıq. 3.Varlı qadın. 4.Kəniz. 5.Mənfəət».
KIŞI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda qoca kişi görmək hiylə və xoşagəlməz bir xəbərə işarədir».
KƏFƏN
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kəfən görməyin üç yozumu var:
1.Mal. 2.Müşkül. 3.Din və imkanından sapınma. Əgər tanış bir adamın dirildiyini görsə, ona bir iş həvalə olunacaq. Amma bu yuxunu padşah görsə, elm və hikmət öyrənəcək və naümid olduğu bir işi başa çatdıracaq. Allah-təala buyurur: «Sonra Allah onu öldürərək yüz il ölü halında saxladı, sonra diriltdi» («Bəqərə» surəsi, 259-cu ayə).
KIPRIK
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kiprik görməyin dörd yozumu var:
1.Dinini qorumaq. 2.Dost. 3.Mal. 4.Şadlıq».
KƏRƏ YAĞI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kərə yağı görməyin dörd yozumu var:
1.Halal mal. 2.Doğru, münsif şahidlik. 3.Elm, bilik. 4.Yaxşı yaşayış və dolanışıq».
KILSƏ ZƏNGI
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kilsə zəngi görməyin üç yozumu var:
1.Yalan danışmaq. 2.Nifaq. 3.Kafirlərə ehtiram göstərmək».
KAĞIZ
Həzrət Sadiq əleyhissəlam buyurur: «Yuxuda kağız görməyin üç yozumu var:
1.Halal mal. 2.Dolanacaq, qazanc. 3.Murad».
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |