Görmə, iybilmə və danışıq qabiliyyətinin yoxlanması
Əli (ə.s)-dan soruşdular ki, bir nəfər başqasının başına zərbə vurmuşdur, vurulan iddia edir ki, görmə, iy bilmə və danışıq qabiliyyətini itirmişdir. Əli (ə.s) buyurdu: – Əgər o düz deyirsə, ona üç diyə verilməlidir.
Soruşdular: – Bunu necə bilmək olar?
Əli (ə.s) buyurdu: – İybilmə qabiliyyətini itirib-itirməməsini belə yoxlamaq olar ki, yarı yanmış vəziyyətdə olan bir parçanı onun burnunun altına qoyarlar, əgər o şəxs öz yerində dayanıb hərəkət etmirsə, düz demişdir, əgər başını uzaqlaşdırsa və gözlərindən yaş axsa yalan demişdir. Görmə qabiliyyətini belə yoxlamaq olar; gözlərini günəşin qarşısında açıq saxlayın, əgər ixtiyarsız olaraq gözlərini qırpsa, yalan demişdir, əks halda düz demişdir. Danışıq qabiliyyətini də belə yoxlamaq olar; dilinə bir iynə batırsınlar, əgər qırmızı qan çıxsa yalan demişdir, əgər qara qan çıxsa düz demişdir.
Kitabın adı: Həzrət Əli (ə)-ın qəzavətləri
Müəllif: Ayətullah Məhəmmədtəqi Tustəri