![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Kumeyl ibni Ziyad Əli (ə.s)-dan nəfsin nədən ibarət olması barəsində soruşduqda, Həzrət buyurdu: – Hansı nəfs?
Kumeyl dedi: – Məgər birdən artıq nəfs vardırmı?
İmam (ə.s) buyurdu: – Dörd dənə nəfs vardır: 1-Bitkilərə məxsus olan nami nəfs 2-Heyvani nəfs, 3-Qüdsi-natiqə nəfs, 4-Külli-ilahi nəfs. Bu nəfslərdən hər birində beş qüvvə və iki xasiyyət vardır:
Bitkilərə məxsus olan nami nəfsin beş qüvvəsi aşağıdakılardır: 1-Masikə, 2-Cazibə, 3-Hazimə, 4-Dafiə, 5-Mürəbbiyə. Onun iki xassəsi də nöqsan və artımdır ki, qara ciyərdən qaynaqlanır.
Heyvana məxsus olan nəfsin beş qüvvəsi: 1-Eşitmə, 2-Görmə, 3-İy bilmə, 4-Dad bilmə, 5-Lamisə hissi (toxunmaqla hissetmə). Onun iki xassəsi: razılıq və qəzəbdir ki, qəlbdən yaranırlar.
Natiqə nəfsinin beş qüvvəsi: 1-Fikir (təfəkkür və idrak), 2-Zikr, 3-Elm, 4-Əməl, 5-İntibah (ayıqlıq). Bunun bədəndə mənşəyi yoxdur və mələkuti nəfsə çox oxşayır. Onun iki xassəsi isə nəzahət (paklıq) və hikmətdir.
Külli-ilahi nəfsin beş qüvvəsi: 1-Fənada əbədi qalmaq, 2-Zillətli halda izzətli olmaq, 3-Zəngin halda fəqirlikdə olmaq, 4-Bəlalarda səbir etmək, 5-Əzab-əziyyət və zəhmətdə xoşluqda olmaq. Onun iki xassəsi də helm və kərəmdir ki, onların da mənşəyi Allah-Taaladır ki, Qur`anda buyurur: «Və nəfəxna fihi min ruhina – Yə`ni ona Özümüzün müqəddəs ruhumuzdan üfürdük.» Onun qayıdış yeri də Allaha tərəfdir. Belə ki, buyurulur: «Ya əyyətuhənnəfsul-mutməinnəh, ircii ila Rəbbiki raziyətən mərziyyəh: – Ey mütməin (qüdsi) nəfs və (Allahın zikri ilə) aram tapmış qəlb, bu gün Pərvərdigarının hüzuruna qayıt, elə bir halda ki, sən Ondan (Onun əbədi ne`mətlərindən) və O da səndən (sənin yaxşı əməllərindən) razıdır». Əql də bu nəfslərin hamısının arasındadır ki, heç kəs təfəkkür və əndişə olmadan bir söz danışmasın.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |