Qəzavət-Bilmək lazım
+8
Müəllif:
Admin | 30-10-2014, 14:00 | Baxılıb: 1 759
HƏNNAN VƏ MƏNNANIN MƏ`NALARI
Əli (ə.s)-dan (Allah-Taalanın adlarından olan) «Hənnan və Mənnan»ın mə`nası barəsində soruşduqda, buyurdu: «Hənnan o kəsdir ki, ondan üz çevirənləri qəbul etsin. Mənnan da o kəsdir ki, (başqası) bir şey istəmədən (ona) əta etsin.»
İKİ ƏKİZ QARDAŞIN YAŞ FƏRQİ
Əli (ə.s)-dan soruşdular: – Hansı qardaşlardır ki, bir gündə dünyaya gəldilər, bir gündə vəfat etdilər, amma onlardan birinin əlli, digərinin isə yüz əlli yaşı var idi?
Həzrət buyurdu: – Üzeyir və Əzrə idilər ki, bir gündə dünyaya gəldilər, Üzeyir yüz il ölü vəziyyətdə qaldıqdan sonra Allah onu diriltdi, bir müddətdən sonra hər ikisi eyni bir gündə vəfat etdilər.
ATADAN BÖYÜK OĞUL
Əli (ə.s)-dan soruşdular: – Hansı oğlan atasından böyük idi?
Buyurdu: – O, Üzeyir idi. Allah onu (yüz ildən sonra) diriltdi. Onun qırx yaşı olduğu zaman oğlunun yüz on yaşı var idi.
NƏ GECƏDƏN, NƏ GÜNDÜZDƏN OLAN SAAT
Əli (ə.s)-dan soruşdular: – Hansı saat nə gecədəndir, nə gündüzdən?
Buyurdu: – Günəşin çıxmasından qabaq olan saat.
HƏZRƏTİ ƏLİ (Ə)-IN QƏZAVƏTLƏRİ
Müəllif: Ayətullah
Məhəmmədtəqi Tustəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.