Qəzavət - Qadınların həya və iffəti
+14
Müəllif:
Admin | 24-04-2015, 19:00 | Baxılıb: 2 101
Qadınların həya və iffəti
Sərvi «Mənaqib» kitabında qeyd edir ki, qırx qadın Ömərin yanına gəlib ondan şəhvət barəsində soruşdular. Ömər dedi: – Kişilərdə bir, qadınlarda isə doqquz pay şəhvət var.
Soruşdular: – Bəs necə olur ki, kişilər müxtəlif daimi və müvəqqəti izdivaclardan, habelə kənizlərdən istifadə edirlər, lakin qadınlar üçün birdən artıq kişi caiz deyildir?!
Ömər bu sualın cavabını bilmədiyi üçün Əli (ə.s)-dan soruşdu, Həzrət onlara göstəriş verdi ki, hər biri bir qab dolusu su gətirsin. Sonra buyurdu ki, onları böyük bir qaba töksünlər. Daha sonra hər birinə buyurdu: – İndi hər biriniz öz tökdüyünüz suyu götürün!
Dedilər: – Bunu ayırıb götürmək mümkün deyildir!
İmam Əli (ə.s) nəticə alaraq buyurdu ki, əgər o qanun olmasaydı, övlad və nəsəb arasında fərq qoymaq olmazdı, miras və nəsəb qanunları pozulub aradan gedərdi.
Müəllif: Mütəal Allah qadınlara səbir, həya və iffət əta etməklə bu məsələni cübran etmişdir. Belə ki, bu mətləb Əsbəğ ibni Nəbatənin həzrət Əli (ə.s)-dan nəql etdiyi hədisdə də qeyd olunmuşdur.
Məs`ədətin nəql etdiyi rəvayətdə qeyd olunur ki, «Allah-Taala hər bir qadına on kişinin səbir və müqavimətini əta etmişdir.»
Kitabın adı: Həzrət Əli (ə)-ın qəzavətləri
Müəllif: Ayətullah Məhəmmədtəqi Tustəri
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.