Fatimənin (s) tərbiyəsində səy
Əvvəldə qeyd olundu ki, övlad tərbiyəsində ata-ananın vərasət (gen), ünsiyyət yolu ilə mühüm rolu vardır. Uşağın formalaşmasında başqa amillər də vardır. Məsələn, uşaqların ünsiyyətdə olduğu başqa bir ailə üzvləri, mədrəsə mühiti, müəllimlər, cəmiyyətə hakim quruluş. Amma ən təsirli amil ata və xüsusi ilə anadır. Valideyn o zaman müvəffəqiyyət qazanır ki, ailə məsələləri, tərbiyə üsulu ilə tanış olsun, əməli nümunələr göstərsin. Çünki əməlin təsiri sözün təsirindən daha çoxdur. Tərbiyəçinin sözü ilə əməli uyğun gəlməlidir.
əgər maarif, elm və tərbiyə üsulu ilə tanışlıq nəzərindən bəşəriyyətə müəllim, tərbiyəçi olan islam Peyğəmbəri (s) atadırsa (onun əməl və rəftarı nümunədirsə), nümunə və möminə Xədicə anadırsa, onların qoynunda layiq bir qız yetişər. Bu övlad uca, ilahi, insani kamilliklər və əxlaqi fəzilətlərdən faydalanmış olacaq. Xüsusilə, o zaman ki, ata bu qızı adi bir fərd kimi görmür. Onda kamal və ləyaqət əsərləri əvvəlcədən aşkardır. Ona görə də Peyğəmbər (s) Zəhranın (s) tərbiyəsində çox səy göstərər, daima ondan muğayat olardı. Hər gün Zəhranın üzünə elm və fəzilətindən yeni bir qapı açılırdı. Həzrət Peyğəmbər (s) onun qeyb elmi, islami maarif, Quranla daha yaxından tanış olması üçün hər bir fürsətdən istifadə edirdi. Fatimə (s) atasının yanına gəlib ev işlərində kömək üçün xidmətçi götürməyə icazə istəyəndə həzrət onun bu istəyi müqabilində ona yeni bir fəzilət - «Təsbiahti Zəhra» adı ilə məşhur olan bir zikr öyrədir. Bu ata tərəfdən qızına ən yaxşı hədiyyə idi.(«Kafi» cild 3.)
Bu təsbihatdan gözəl hədiyyə olsaydı, həzrət onu Fatiməyə təqdim edərdi. Həzrət (s) qızının tərbiyəsindən heç zaman ayrılmaz, onunla ünsiyyəti qənimət bilərdi. Səfərə çıxarkən sonuncu ayrıldığı, səfərdən qayıdarkən ilkin görüşdüyü kəs Fatimə olardı.
Həzrətin (s) Fatiməylə görüşmədiyi bir gecə yox idi.(«Bəhar» cild 43.)
Fatimə (s) Peyğəmbərin ən əziz, ən sevimli yaxını idi.(«Bəhar» cild 43.)
Fatimə Peyğəmbərin gözünün nuru, qəlb meyvəsi idi.(«Bəhar» cild 43.)
Peyğəmbərin (s) başqa övladları da vardı. Amma onların haqqında bu sözlər deyilməmişdi – deyilənlər Fatiməyə aid idi.
Kitabın adı: İslamda nümunəvi qadınlar – Fatimə (s.ə)
Müəllif: Həbibullah Əhmədi